Gernika – Bir əsərin tarixçəsi

Post date:

Author:

Category:

1937-ci il Gernika şəhərində faşist bombardımanından sonra çəkilən rəsm bütün dünyada müharibə zülmünə qarşı dura bilmək üçün böyüdü.

1937-ci ilin aprelində Pikasso 3 ay idi ki, yeni rəsmi üçün mövzu axtarırdı. Eyni zamanda Parisdə yaşayan ispan rəssama 1937-ci il Paris Beynəlxalq Sərgisində İspaniya köşkü üçün divar rəsmi çəkməsi sifarişi verilmişdi. Lakin rəssamın şəxsi həyatındakı problemlər və İspaniyadakı vətəndaş müharibəsinin şiddətlənməsi rəsmin hazırlanması prosesini pozdu. Müharibənin dəhşəti Pikassoya müasir müharibənin dağıntı və vəhşətinin sadə insanlar üzərindəki təsirini cəsur, qorxusuz şəkildə çəkmə ilhamı verirdi. Pikassonun əsəri – “Gernika” XX əsrin ən böyük işlərindən biri və müharibəyə qarşı güclü bir bəyandır.


Müharibə cinayəti

1936-cı ilin iyulunda avtoritar ispan generalı Fransisko Franko İspaniya Demokratik Respublikasına qarşı yarı-müvəffəq çevriliş başlatdı. Ölkənin bir hissəsi Frankonun hakimiyyəti altına düşdü, digər hissə respublika tərəfindən qoruna bildi. ll Dünya Müharibəsi ərəfəsində beynəlxalq təzyiq artır, İspaniyanın şiddətli vətəndaş müharibəsi sürətlə qloballaşırdı. Faşist Almaniya və İtaliya Frankonu silahlandırarkən respublika da SSRİ-dən yardım və silah qəbul edirdi.

Gernika, 26 aprel 1937-ci il, bazar ertəsi günü. Həmin gün şəhərə ilk gələn alman və italyan bombardımançıları yanğının daha sürətlə yayılması üçün binaları əzmək üçün bombalar, onların ardınca gələnlər isə 2500°C-də yanan maddələr atmağa başladılar. Axşama Gernikadakı binalarınn çoxu yaşanılması mümkün olmayacaq halda idi. İlk əvvəl ölü sayının minlərlə olduğu düşünülsə belə sonradan aparılan yoxlama sayın 200-300 arası olduğu qənaətinə gəlmişdir. Bu hadisə dünyaya bir mesaj idi: “Faşist qüvvələr yeni silahlarını mülki əhaliyə qarşı doğrultmağa hazırdılar”. Bu, ll Dünya Müharibəsi ərzində digər Avropa şəhərlərinə də edilən bombardımanların başlanğıcı idi.

26 aprel 1937-ci ildə Britaniya döyüş gəmisi “HMS Hood”un ekipaj üzvləri İspaniyanın şimal sahillərinə döyüş təyyarələrinin yığılmasını müşahidə edirlər. Gördükləri kiçik bask şəhəri Gernikanı bombalamağa gedən alman və italyan təyyarələrinin qarışıq düzülüşləri idi. Müdafiəsiz şəhəri partlayıcı və yandırıcı maddələrin köməyilə xarabalığa çevirmək üçün hücum saat 16:30 radələrində başladı və üç saat davam elədi.

Hücum barədə məlumat London “Tayms” qəzetindən müharibə müxbiri Corc Lotr Stir (George Lowther Steer) tərəfindən çatdırıldı. O, Gernikaya gəldi və Dünyanı yaxınlaşan fəlakətdən xəbərdar etmək üçün hesabat təqdim etdi: “Mən bu gün saat 2-də şəhərə baş çəkdim. Dəhşətli mənzərə var, şəhər alov içindədi”.

Stir həmçinin hücumun hərbi məqsəd yerinə əhalini qorxutmaq üçün təşkil olunduğunu da bildirmişdi: “Şəhərdən kənar hərbi materiallar istehsal edən zavod var, heç bir zərər görməyib. Şəhərdən bir az aralı isə 2 hərbi hissə var”.


Rəsmin hazırlanması

1 may 1937-ci ildə Pikasso ilk eskizləri hazırladı. İlk eskizlərdə öküz, at, yıxılmış əsgər və lampalı qadın təsvir olunmuşdu. Zatən buradakı elementlərin bir-neçəsi Pikassonun əvvəlki işində, 1935-ci ildə hazırlanmış minotavr oymasında iştirak etmişdi.
ORONOZ/ALBUM. © SUCESIÓN PABLO PICASSO. VEGAP, MADRID, 2018

Köhnə fiqurların dəyişməz qalmasına baxmayaraq Pikasso işə çoxlu düzəliş etdi. Rəsmdə işlədilən qara, ağ və boz rənglər İspan Vətəndaş Müharibəsinin media tərəfindən böyük diqqət yetirilən ilk müharibələrdən biri olduğunu bildirmək üçün qəzet kağızının nəşrindən ilham alınıb.
ORONOZ/ALBUM. © SUCESIÓN PABLO PICASSO. VEGAP, MADRID, 2018

5 həftə sonra geniş, divar ölçüsündə kətan hazır olur. Rəvayətə görə bir nasist zabit əsərin şəklini Pikassoya göstərərək “Bunu siz etmisiz?” deyə soruşur. Pikasso isə “Yox, siz..” cavabını verir.
DPA/ALBUM. © SUCESIÓN PABLO PICASSO. VEGAP, MADRID, 2018


İncəsənət hücum edir

Hücümun sabahı günü Pikasso Parisdə “Café de Flore”da oturarkən qəzetdən vəhşəti öyrənir. Gernikadan gələn dəhşətli xəbərlə o, nəhayət, mövzusunun hazır olduğunu anlayır.

Sürətlə işləyərək böyük kətanı müharibə dəhşətinin təsviriylə doldurur. Əsərin “Beynəlxalq Sərgi”dəki açılışı ciddi sensasiyaya səbəb oldu və 42 il ərzində qaldığı ABŞa çatanadək bütün Dünyan dolaşdı. Nyu Yorkdakı “Müasir İncəsənət Muzeyi”nə (Museum of Modern Art) yerləşdirilmiş əsər müharibə sonrası amerikan rəssamlarına böyük təsir etdi. Cekson Pollok (Jackson Pollock) kimi böyük abstrakt rəssamı sadəcə rəsmi seyr etmək üçün hər gün muzeyə gəlirdi. Hətta bir dəfə bir ziyarətçinin əsər haqqında pis fikir bildirdiyinin şahidi olan Pollok adamı dava etmək üçün çölə çağırıb.

Pikasso həmişə İspaniya respublika olanadək rəsmin vətəninə getməsinə icazə verməyəcəyini deyirdi. General Franko Pikassodan 2 il sonra – 1975-ci ildə öləndə İspaniya konstitutsiyalı monarxiya olaraq demokratiyaya keçid etdi. İspaniyanın Pikassonun xəyalındakı kimi respublika olmamasına baxmayaraq 1981-ci ildə “Gernika”nın İspaniyaya göndərilməsinə razılıq verildi və əsər Madriddəki Prado Muzeyində (Museo del Prado) sərgiləndi. İllər ərzində rəsmin təhrik gücü azalmadı. “İspaniya Vətəndaş Müharibəsinin ehtirası hələ də solmamışdı” deyə, “Gernika” partlayıcı və güllə keçirməz şüşənin altında sərgilənirdi. Əsər 1992-ci ildə son səfərinə çıxdı və hazırda hər gün təxminən 11 min nəfər tərəfindən ziyarət edildiyi Madriddəki Reina Sofia Milli İncəsənət Mərkəzi Muzeyinə (Museo Nacional Centro de Arte Reina Sofía) göndərildi.

Müasir İncəsənət Muzeyinin işçiləri Gernikanı İspaniyaya göndərməzdən əvvəl bükürlər.
BETTMANN/GETTY IMAGES


Müharibənin siması

Bu gün belə müharibə dünyanın hər yanında dinc sakinləri təhdid edir. “Gernika”nın qorxu, əzab və itki təsvirləri onu müharibəyə qarşı ən böyük sənət əsəri olaraq saxlayır. Pikasso əsərlərinin mənası haqqında danışmağı sevmir. “Gernika” da istisna deyil. “Siz mənim əsərlərimdə müəyyən şeylərə məna versəz bu doğru ola bilər, lakin bu mənaları yükləmək mənim fikrim olmayıb. Sizin gəldiyiniz fikir və nəticələrə mən də gəlirəm, lakin instiktiv və şüursuz olaraq. Mən rəsmi rəsm üçün çəkirəm. Obyektləri olduqları kimi boyayıram” – deyə rəssam bildirib.

İllər ərzində sənətkar və tənqidçilər rəsmin güclü təsvirlərindən təəccübləndilər və izah etməyə çalışdılar. Pikassonun istifadə etdiyi ənənəvi ispan simvolu olan öküzün qurbanlarınımı, yoxsa ispan vəhşətinimi təmsil etməsi mübahisəlidir. Ölmüş uşağına yas saxlayaraq ağlayan qadın Mikelancelonun “Pyeta”sında (Pietà) öz oğlu üçün kədərlənən Bakirə Məryəmə istinad edilmiş ola bilər. Yaralı at əsərdə mərkəzi fiqurlardan biridi. O, yerdə parçalanmış əsgərin bədənini kor-koranə tapdalayır. Tək ümidli fiqur pəncərədən boylanan qadındır. O, qalan Dünya onu görə bilsin deyə əlindəki lampanı dağıntıların üstünə tutur.

Tənqidçi Herbert Riid (Herbert Read) “Gernika”nı İsanın çarmıxa çəkilməsi ilə eyniləşdirir. O, əsər haqqında “insan həssaslığı və zəifliyinin bomba tərəfindən parçalanmasındakı iztirab” kimi danışır. Avstraliyalı tənqidçi Robert Haqs (Robert Hughes) əsərdən qərb incəsənət ənənəsində “sonuncu böyük tarixi əsər” kimi danışır”Əsər həmçinin siyasət mövzulu, çox sayda insanın avtoritarlıq barədə fikir və hislərini dəyişdirmək niyyətində olan böyük önəmə sahib son müasir rəsm əsəridi” deyə o bildirib.

Məqalə “National Geographic“dən tərcümə edilmişdir.

Tərcümə və redaktə etdi: Əhməd İsmayılov

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Əhməd İsmayılovhttp://rezonanss.com
17 yaş. İstək Liseyi məzunu, BDU tələbəsi. Şəkidə anadan olub

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...