Parasetamol (Asetaminofen) dərmanının təsirləri

Post date:

Author:

Category:

Parasetamol haqqında

Parasetamol digər bilinən adları ilə: Panadol, Tylenol və s.


Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr.

Farmakodinamikası: Anelgezik (ağrı kəsici) və antipiretik (qızdırmasalıcı) təsir göstərir. Para-aminofenol törəmələri qrupuna aiddir. Beyində prostaqlandinlərin sintez və ifrazını blokada edir. (güman olunur ki SOG-3-ü bloklayır). İltihabəleyhinə təsirinin zəif olması periferik siklooksigenaza fermentini blokada etməməsi ilə əlaqədardır.

Farmakokinetikası: Bir dəfəlik qəbulda ağrı kəsici təsiri 3-4 saat davam edir. Asetaminofen aspirin, ibuprofen və naproksen kimi QSİƏP- lərdən fərqli olaraq mədə və bağırsaq xorası riskini artırmır. Lakin bu QSİƏP-lər kimi iltihab ödemini təsir edib azalda bilmir. Daha dəqiq və ətraflı məlumat üçün həkiminizlə məsləhətləşin və hansı dərmanın sizin üçün uyğun ola biləcəyini müəyyənləşdirin.

Böyüklərdə qızdırma və ağrı üçün:

325-650 mq hər 4 saatdan bir olmaqla, 1000 mq doza isə hər 6-8 saatdan bir daxilə təyin olunur. Maksimum günlük doza 4 qramdır.

Uşaqlarda ağrı üçün: 2 yaşdan kiçik uşaqlarda istifadə zamanı həkimlə məsləhləşin.
1 aydan kiçik uşaqlarda oral yolla istifadə zamanı hər 6-8 saatdan bir 10-15 mq/kq (çəkiyə görə).

1 aydan 12 yaşa qədər: hər 4-6 saatda 10 ilə 15 mq / kq / doza (Maksimum: 24 saat ərzində 5 doza)

Uşaqlarda qızdırma üçün:

Ateş: 4 aydan 9 yaşa qədər: İlkin Doz: 30 mq / kq

12 yaşdan böyük uşaqlarda: 4 ilə 6 saatdan bir 325-650 mq və ya 6 ilə 8 saatdan bir 1000 mq.

İstifadəsinə göstəriş:

  • Orta və yüngül dərəcəli dismenoreya
  • Baş ağrıları
  • Əzələ ağrısı
  • Artritlər ( Yüngül ağrıları aradan qaldırsa da iltihabəleyhinə təsiri zəifdir və oynaq ödəminə təsiri yoxdur.)
  • Diş ağrısı
  • Soyuqdəymə
  • Qızdırma

Əks göstərişlər:

Aşağıda sadalanan vəziyyətlərdə istifadə etmədən öncə həkiminizlə məsləhətləşin!

  • Əlavə təsirləri: Bilinən güclü yan təsirləri yoxdur. Nadir hallarda aşağıdakı simptomlar ortaya çıxa bilər.
  • Səpgi, qızarıqlıq
  • Ürəkbulanma
  • Dəri-allergik reaksiyalar
  • Baş gicəllənmə
  • Nadir hallarda yuxarı tənəffüs yollarının ödəmi, bronxospazm
  • Anemia
  • Hepatotoksik təsiri ( qaraciyər nekrozu)
  • Böyrək zədələnməsi (analgetik nefropatiya) və s.
  • Asetaminofenin maye, çeynənən formalarına qlükoza və aspartam əlavə olunduğuna görə və bəzən asetaminofen sidik qlükoza testinin nəticəsində səhvliyə səbəb olduğuna üçün istifadədən öncə diabetik xəstələr diqqətli olmalıdır.

Doza həddinin aşılması zamanı ortaya çıxan simptomlar:

  • Hepatotoksik təsiri ( qaraciyər nekrozu)
  • ürək bulanması
  • qusma
  • iştahsızlıq
  • tərləmə
  • mədə / qarın ağrısı
  • həddindən artıq yorğunluq
  • gözlər və dəridə saralma
  • sidiyin rüngində tündləşmə

Mənbə:

https://www.drugs.com/paracetamol.html

Paracetamol Tablet

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...