Partenogenez nədir?

Post date:

Author:

Category:

Spermatozoidlərin iştirakı olmadan yumurta  hüceyrəsinin bölünərək inkişaf etməsi və bu qayda üzrə nəsil alınmasına partenogenez və ya qız çoxalma deyilir. Partenogenez təbii və süni olur.Təbii partenogenezdə yumurta hüceyrəsi daxili və ya xarici faktorların  təsirindən bölünür və spermatozoidin iştirakı olmadan rüşeym inkişaf edir. Təbii partenogenez bəzi canlılar üçün məsələn, ibtidai  xərçəngkimilər, rotatorilər, zərqanadlılar və s. üçün xarakterikdir. Bəzi  heyvanlarda partenogenezdə mayalanmamış yumurtadan ancaq dişi əmələ gəlir. Erkəklər isə mayalanmış yumurtadan inkişaf edir. Bəzi ibtidai xərçəngkimilərdə, məsələn dafniyalarda partenogenez normal çoxalma ilə  növbələşir. Bunlar əlverişli şəraitdə partenogenez yol ilə çoxalır, ilkin yumurtada meyoz getmədən ancaq dişi cinsiyyət əmələ gəlir. Ona görə də  dafniyada dişi cinsiyyət diploid xromosoma malikdir. Qeyri-əlverişli şəraitdə temperaturun aşağı düşməsi və qida çatışmaması dişi orqanizmin  yumurta qoymasına səbəb olur. Bu haploid yumurta partenogenez yol ilə çoxalır və haploid xromosoma malik erkək fərdlər törəyir. Süni partenogenezə eksperimental yolla alınan partenogenezə deyilir. İlk dəfə A.A.Tixomirov 1885-ci ildətut ipəkqurdunun yumurtalarında süni  partenogenezlə əldə etmişdir.Bəzi canlılarda süni partenogenez yolu ilə istənilən cinsiyyətin  alınması məsələsini həll etməyə çalışırlar.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

20,764FansLike
2,402FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.