Peyvənd: Adi bir kənd həkimi bəşəriyyəti ölümcül xəstəlikdən necə xilas etdi?

Post date:

Author:

Category:

Peyvənd:

Bir kənd həkimi bəşəriyyəti ölümcül xəstəlikdən necə xilas etdi?

Müəllif: Riçard Brenson (ing. Richard Branson) – aktivist və “Virgin Group” kooperasiyasının rəhbəri.

“Düşünmə, et!” – cərrah Con Hanterin (ing. John Hunter) şüarı bu idi və bu şüarı dərs verdiyi təcrübəçi həkimlərə də aşılayırdı. Digər tərəfdən, onun ən bacarıqlı şagirdi Edvard Cenner (ing. Edward Jenner) bu şüarı ürəkdən mənimsəmişdi və zamanla insan sağlamlığının çöhrəsini kökdən dəyişdirəcək kəşfini etdi.

Əsrlərdir dünya qorxunc bir bəlanın pəncəsində idi: çiçək xəstəliyi. Xəstələrdə görünən qızartılar bir müddət sonra maye ilə dolu qabarcıqlara çevrilirdi, lakin xəstəliyin təsirləri heç də kiçik deyildi, XVIII əsrin sonunda Avropada, təxminən, yarım milyon insan hər il bu xəstəlikdən ölürdü. İçində beş hökmdar var idi və həmin ərəfədə baş verən korluqların üçdə-biri çiçək xəstəliyi ilə bağlı idi.
XVII əsrdə avropalılar əsrlərdir Asiyada tətbiq edilən peyvənd müalicəsini mənimsədilər. Çiçək xəstəsinin dərisi kəsilərək açılır və yara xəstəliyin daha az təhlükəli formasına sahib olan bir xəstənin yara qabığından əldə edilən maddə ilə ovulurdu.

Bu tətbiq primitiv çiçək xəstəliyində və sonrakı immunitetdə bəzən işə yarayır, amma çox zaman bu epidemiya yaradan təkmilləşmiş çiçək xəstəliyinə çevrilirdi. Milyonlarla insan bu xəstəlikdən ölməyə davam edirdi.
Edvard Cenner Londondan köçüb 1773-cü ildə Berklidə işə başlayanda çiçək xəstəliyinin müalicəsini tapmaqda qərarlı idi.
Nə qədər çox xəstə ilə qarşılaşırdısa, ağlındakı model bir o qədər də təkmilləşirdi. Müalicə üçün ona gələn süd satan qızların çoxu çiçək xəstəliyinə məruz qalmırdı. Sonrakı çalışmaları qızların hamısının çiçəyin nisbətən daha zərərsiz bir növü olan mal-qara çiçək xəstəliyinə (ing. cowpox) məruz qalmış olduqlarını ortaya çıxardı. Əgər mal-qara çiçək xəstəliyi bir şəxsdən digərinə ötürülərsə, zərərsiz növün ölümcül növü əngəlləyə biləcəyini düşündü.

Mentorunun (ing. mind teacher) verdiyi öyüdə əməl edən Cenner düşüncəsini həyata keçirməyə qərar verdi. Xəstələrindən biri süd satan bir qız olan Sera Nelmes idi. Sera süd sağarkən çiçək xəstəliyinə tutulmuşdu. 1796-cı ilin 14 mayında Cenner süd satan qızın dərisindəki qabarcıqlardan mayeni toplayıb bağbanın oğlu Ceyms Filipsə inyeksiya etdi.
Bunu etmək riskli idi, amma oğlan yaşadı və dünyada peyvənd vurulan ilk şəxs oldu. Peyvəndin (vaksinasiya) ingiliscə qarşılığı olan “vaccination” latınca mal-qara mənasını verən “vacca” sözündən yaranmışdır. Alınan risk çox böyük idi, amma Cenner xeyir-zərər hesabı etdikdən sonra potensial qazancın böyük olduğunu anladı.
Edvard Cenner insanları çiçək xəstəliyini peyvənd ilə müalicə etməyə başladığı zaman tək bir sağlamlıq tədbiri ilə dünya əhalisinin yarısına məzar olan bir xəstəliyini ortadan qaldırdı.
1798-ci ildə Cenner peyvəndin faydaları haqqında bir kitabça dərc etdi, lakin rəhbərləri peyvəndin təkmilləşmiş və faydalı bir addım olduğuna inandırmağı təxminən 40 ilini aldı. 1840-cı ildə siyasətçilər həkimin yerli təcrübələrinin əhəmiyyətini anladılar və iki il sonra digər tədbirlər qadağan edilərək peyvənd icbari hala gətirildi.
Cenner peyvəndinin tam olaraq necə işlədiyini heç kim bilmirdi, amma kəşfinin necə möhtəşəm olduğunu anlayırdı.
1980-ci ildə Dünya Səhiyyə Təşkilatı çiçək xəstəliyinin tamamilə yox edildiyini elan etdi. Xəstəliyin nümunələri sadəcə ABŞ və Rusiyada təhlükəsiz laboratoriyalarda saxlanılır. Günümüzə qədər dünya səviyyəsində milyardlarla insan peyvənd sayəsində hər cür xəstəlikdən qurtuldu və qurtulmağa da davam edir.

Çünki nəsillər boyunca peyvənd ən böyük müalicə sıçrayışı olmuşdur.

Tərcüməçi: Fəridbəy Həsənli

Redaktor: Ziya Mehdiyev

Məqalə “Rezonans Toplusu 1” kitabı üçün tərcümə edilmişdir.

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...