Samoslu Pifaqor və Pifaqorçuluq məktəbi

Post date:

Author:

Category:

Pifaqorun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür. Məhz, pifaqorçular Yunanıstanda ilk dəfə “Kamil insan” ideyasını irəli sürmüşdülər. Bu da sonralar başqa dinlərdə və fəlsəfi təlimlərdə təkrarlanmışdır.

Samoslu Pifaqor  (təxminən m. ö. 570 – 490) Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür.O, dövrünün ən bilikli adamlarından biri və bir çox elmi nəzəriyyələrin yaradıcısı olmuşdur.Onun ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur.Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsini də Pifaqor kəşf etmişdir. Onun ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur.Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsini də Pifaqor kəşf etmişdir.O, həm də “kosmos” anlayışını müasir anlamda, bütün dünyanı əhatə edən sonsuzluq mənasında işlətmiş, onun ahəngini və qanunauyğunluqlarını göstərməyə çalışmışdır.Pifaqor haqqında bütün məlumatlar onun ardıcılları tərəfindən vermişdir.Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır.Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o “Tərbiyə haqqında”, “Dövlət haqqında” və “Təbiət haqqında” adlı dövrümüzə gəlib çatmayan kitabların müəllifi olmuşdur.

Pifaqorun elmi bilgiləri qədim Babil və Misir kahinlərindən alması haqqında rəvayətlər də vardır.

Daha sonra Pifaqor Krotonada “Pifaqorçular ittifaqı” adlı dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Orada tərbiyə edilən gənclər bilikləri ilə seçilmiş və onlar gələcəkdə yüksək vəzifələr tutmaq üçün hazırlanırdı.Bu birliyin fəaliyyətinin bir çox məqamları həmçinin gizli saxlanılmış, onun barəsində məlumatlar cəmiyyətə açıqlanmırdı.Yeni üzvlər “Pifaqorçular ittifaqına” yalnız müəyyən edilmiş sınaqları keçdikdən sonra girə bilərdilər.Zaman keçdikcə pifaqorçuluq platonçuların təlimi ilə qarışmışdır. Yalnız Roma imperiyası dönəmində “yeni pifaqorçular” cərəyanı meydana gəlmiş, müəyyən bir müddət ərzində fəaliyyət göstərmişdir.

Pifaqorçuluq məktəbinin əsas filosofları:
  • Filolaus(Krotanalı)
  • Hippasus(Mesapontumlu
  • Arxitas(Tarentli)
  • Alkemon(Krotonalı)

Pifaqorun ideyaları bir çox məqamlarda mistikaya yaxın idi. Ona görə də, sonralar onun məktəbinin ənənələrini yeni-platonçu filosoflar davam etdirmişdilər. Pifaqor bir sıra mənəvi və əxlaqi prinsiplər də irəli sürmüşdür.

Pifaqorun təliminə görə insanlar yetkinliyə doğru inkişaf etməlidir. Buna da yalnız gözəlliyə, eləcə də faydalı şeylərə yönəlməklə çatmaq mümkündür. Məhz, pifaqorçular Yunanıstanda ilk dəfə “Kamil insan” ideyasını irəli sürmüşdülər. Bu da sonralar başqa dinlərdə və fəlsəfi təlimlərdə təkrarlanmışdır. Pifaqora görə kosmosun gözəlliyi yalnız mənəvi cəhətdən yetkin və intizamlı insan üçün açılır. Həyatın mənası da kosmosun ahənginin insan həyatında əks olunmasıdır.

Pifaqor həm də ruhların bir bədəndən başqasına köçməsinə (reinkarnasiyasına) inanırdı.

Onun fikrincə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir və əslində yeni olan heç nə yoxdur. Ruh günahların ağırlığına görə bədəndə qalmağa məhkumdur. Məqsəd də onu bədəndən azad etməkdir.

Pifaqor və onun ardıcılları hakimiyyət məsələlərinə də diqqət yetirirdilər. Onların fikrincə cəmiyyət hakimiyyətsiz yaşaya bilməz. Bu baxımdan da ən yüksək hakimiyyət tanrılara məxsusdur. Onlara hamı ibadət etməlidir.Tanrılardan sonra hökmdarlar, hörmətli insanlar, valideynlər və ən sonda qanunun aliliyi gəlir. Beləliklə, hakimiyyət iyerarxik sistemlə(hansısa bir silsilə sistemdə hər bir üzvün özündən öncə gələnə tabe olmasıdır)qurulmalıdır.Pifaqor məktəbinin təliminə görə biliyin mənbəyi vardır. Bunu da “matemata” adlandırırlar. Onun hikmətini  isə yalnız yüksək məqama çatmış müdriklər bilir. Onlar bu biliyi özləri bildikləri kimi öyrəncilərinə ötürürdülər.Öyrəncilər də bu bilikləri sual vermədən dəlilsiz qəbul  etməli idilər. Buna da “akusmata” deyirdilər.Bu prinsiplər sonralar dinlərin, mistik təriqətlərin, mənəvi qardaşlıqların qaydalarında təkrarlanmışdır.

Pifaqorun və onun ardıcıllarının kosmoqonik baxışlarına görə, hər şey 4 ünsür: od, su, yer və havadan yaranmışdır.

Yer isə kürə şəklindədir.O sonsuz və əbədi boşluqdan yaranıb, o boşluqla nəfəs alır.Bunun nəticəsi olaraq dünya genişlənir və daralır. Bu səbəbdən məkan, zaman, göy cisimləri və onların hərəkəti yaranır.Dünyanın mərkəzində od, baş tanrı Zeusun məbədi və təbiətin qanunu (“fatum” və ya “loqos”) durur. Sonra isə oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlər və ulduzlar gəlir.Beləliklə, Pifaqorun ardıcılları yeri kürə şəklində təsəvvür etmiş və onu dünyanın mərkəzində yerləşdirmişdirlər. Bu baxışlar isə orta əsrlərin sonuna qədər dünya elmi və fəlsəfəsində qüvvədə olmuşdur. Ancaq sonra Nikolay Kopernik (XVI yüzillik) yer kürəsinin dünyanın mərkəzində olmasını inancını şübhə altına almışdır. Sonralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın mərkəzində yerləşmir.

Pifaqorun çox maraqlı rəqəmlər fəlsəfəsi olmuşdur.O hesab edirdi ki, dünya və çevrəmizdə olan şeylər heç də bizim gördüyümüz və duyduğumuz kimi deyildir. Onlar duyğularımızla yox, düşüncəmizlə qavranıla və anlaşıla bilər. Hər şeyin arxasında bir birlik durur. Əlbəttə dağ dağdır, insan insandır, daş daşdır. Ancaq, bu kimi müxtəlifliyin bir başlanğıcı, birləşdirici nöqtəsi vardır. Bu da rəqəmlərdir. Onlar hər şeyin pərdə arxası və başlanğıcıdır, çünki istənilən şeyi rəqəmlə göstərmək mümkündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn,suyun miqdarını litrlə, ağırlığın çəkisini kiloqramla, bitkilərin sayını ədədlə göstərmək olar. Deməli, rəqəmlər hər şeyin əsasında durur.

Beləliklə, dövrünün başqa filosoflarından fərqli olaraq Pifaqor hər şeyin ilkin səbəbini maddədə deyil, dərk olunmayan şeylərdə axtarırdı.

Sonralar bu fikri Platon daha da inkişaf etdirərək ideyalar haqqında təlimlə çıxış etmişdir. Bu baxımdan Pifaqoru fəlsəfi idealizmin yaradıcısı hesab etmək olar. Ancaq onu da qeyd etmək lazımdır ki, bu kimi fikirlər ondan öncə Misir və Babil kahinlərinin arasında da yayılmışdır. Ehtimal olunur ki, Pifaqor mistikanı məhz onlardan öyrənmişdir.

Eyni zamanda, rəqəmlər həndəsi mənada da anlaşılırdı. Nöqtə Bir rəqəmini ifadə edirdi. Bu rəqəm isə hər şeyin başlanğıcı və əsası hesab edilirdi. Pifaqor üçün bir rəqəmi həm də Tanrıdır. Başqa şeylər isə müxtəlif rəqəmlərin cəmidir. Belə ki, iki nöqtədən düz xətt alınır, üç nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. Bu rəqəm dörd ünsür olan od, yer, su və havanın təməlində durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.Həmçinin, bu nöqtələrdən üçbucaq, dördbucaq və s. fiqurlar yaranır. Üçbucaq dünyaya gəlmənin və hər şeyin yaradılmasının səbəbidir.

Dördbucaq Tanrı təbiətinin təcəssümüdür.

Pifaqorun ardıcıllarının rəmzi isə pentaqram (beş guşəli ulduz) olmuşdur. Bu gizli rəmz vasitəsi ilə onlar bir-birini tanıyırdılar.

Monad
Diad
Triad
Tetrad
Pentad

Pifaqorun ardıcıllarının müqəddəs rəqəmi 36 idi.Çünki, 36 rəqəmi 1+2+3 kombinasiyasından yaranır.Bir dünyanın birliyinin rəmzidir. Hər şey ondan başlayır deyə, o Tanrı ilə eynilik təşkil edir. İki hər şeyin xeyir-şər, işıq-qaranlıq kimi dualistik göstəricisidir. Üç isə kamil rəqəmdir. Çünki onda başlanğıc, orta və son vardır. Həm də 36 rəqəmində elə sirlər var ki, onlar başqa rəqəmlərdə yoxdur (örnək: 1+2+3+4+5+6+7+8=36).Beləliklə, rəqəmlər Pifaqor məktəbində universal obyektlərdir. Onlar təkcə riyazi deyil, həm də həqiqətin çoxluğunun göstəricisidir. Onlara görə hər şeyin, o cümlədən mənəvi məsələlərin də riyazi mahiyyəti vardır.

Pifaqorçuluq məktəbinin şagirdləri Krotonada siyasi durum gərginləşirdiyi üçün təqiblərə məruz qalırdı.Bu təqiblər zamanı pifaqorçuların mərkəzi dağıdılmış, onlardan bir çoxları öldürülmüşdür. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş vermiş hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölmüşdür. Sağ qalan pifaqorçular isə şəhərdən qaçaraq antik dünyanın müxtəlif bölgələrində məskunlaşmış və fəaliyyətlərini davam etdirmişdirlər.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Nisə Quluzadə

STAY CONNECTED

20,156FansLike
2,244FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...