Piy emboliyası nədir?

0
15

Emboliya (yunanca embolon-“paz” emballen-“içəri tullamaq’)  — qan dövranı pozğunluqlarının ən təhlükəli formalarından biri olmaqla, eyni zamanda damar cərrahiyyəsinin ən asan və ən sürətli müalicə olunan xəstəliklər qrupuna daxildir.

Embol adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür və qan və limfa damarı keçidinin müxtəlif maddələrlə tutulmasına deyilir. Tromboz ve emboliya ilə əlaqədar meydana çıxan ilkin patoloji dəyişikliklər mənfəzi tutulmuş arterial damarın qanla təchizedici sahəyə uyğun qan dövranının pozulması, toxumalarda hipoksiya ilə əlaqədar oksidləşməmih maddələrin artması ve metabolik asidozun meydana çıxması ilə xarakterizə olunur.

Belə vəziyyətdə qan elementlərinin xüsusilə trombositlərin adhezivliyinin artmasından törənmiş aqreqatlar kapillyar mənfəzini tutaraq mikrosirkulyator pozğunluqlar törətməklə, toxuma hipoksiyasını artırır. Hipoksiyanın nəticəsi olaraq toxumalarda toxuma membranına toksiki təsir göstərən aktiv polipeptidlərin (histamin, serotonin, kininlər, prostoqlandinlər) miqdarı artır.

Tədricən toksiki prosesler toxuma membranının keçiriciliyini artırır, kapillyar damarlarda staz, toxumalararası sahədə isə ödem baş verir. Prosesin davam etməsi toxumaların nekrozlaşması ilə nəticələnir.

 

Patoloji dəyişikliyə uğramış sahədən toksiki maddələrin qana sorulması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, parenximatoz orqanlarda, xüsusilə böyrəklərdə mikrosirkulyator pozğunluqlara, ümumi metabolik asidoza və ürək damar pozğunluqlarına səbəb olur.

Orqanizmdə müxtəlif damarlarda meydana çıxmış embollar eyni hərəkət istiqamətinə və eyni ünvana (qanla gedərək harada dayandığı yer) malik olmurlarş Bu cəhətdən embollar üçün orqanizmdə 3 qapaı zona – istiqamət ayırd edilir

  1. Bütün venoz damarlarda meydana çıxmış embollar son nəticədə venoz qanla ağciyərə gətirilir və ağciyər arteriyasının şaxələrində ilişib qalırlar.
  2. Ürəyin mitral və aortal qapaqlarında sol qulacıq və mədəcikdə  aortada meydana çıxmış embollar arterial qanda müxtəlif üzv və toxumalara ünvanlanır, onların mikrosirkulyator damarlarında ilişib qalır və venoz qana keçə bilmirlər.
  3. Mədə-bağırsaq traktından başlanğıc götürən qapı venası sistemində meydana çıxmış embollar qaraciyərə gətirilir və bu üzvdə qapı venasının kiçik kalibrli şəxslərində və ya qaraciyər paycıqlarının sinusoidlərində ilişib qalırlar.

     Bəzi anormal hallarda isə fərqli istiqamətlər də ola bilər.

  1. Retroqrad istiqamət. Məsələn aşağı boş venaya düşmüş güllə və ya qəlpə qırığı öz ağırlığına görə venoz qanın əksi istiqamətində, yəni aşağıya doğru düşə bilər.
  2. Paradoksal istiqamət. Qulaqcıqlar və ya mədəciklərarası çəpərlərdə defekt olarsa sol ürəkdəki embol üzvlərə deyil, sağ ürəyə keçərək ağciyərə gedə bilər.

Embolların təbiətindən asılı olaraq emboliyaların aşağıdakı növləri vardır: trombemboliya, hava, qaz, piy, toxuma, mikrob, dölyanı maye və yad cisim emboliyaları.

PİY EMBOLİYASI: Borulu  sümüklərin qırıqları və ya başqa böyük travmalar zamanı çoxluqla asimptomatik olaraq ağciyər parenximi və dövranda yağ kürəciklərinin tapılması olaraq izah edilir. Piy embolizmi sindromu isə piy emboliyası nəticəsində ortaya çıxan kliniki əlamətləri ifadə edən və ölümcül müşahidə edilə bilən bir tablodur. Ən çox borulu sümük və çanağın qapalı sınıqları zamanı görülür.Yumşaq toxuma travması, liposuction proseslərindədə görülə bilər.Ümumilikdə ölüm faizi 5-15% arasındadır. Erkən diaqnoz və müalicə ölüm riskinin azaldılması üçün vacibdir.

Piy emboliyası daha çox orta və qoca yaşlı şəxslərdə baş verir, nəinki uşaq yaşlarda. Çünki uşaq yaşlardan fərqli olaraq böyüklərdə borulu sümüklərin sümük iliyi əsas etibarilə piylərdən təşkil olunur və sümülərdə atrofiyaya uğramış süngəri sümüyün yerini piy maddələri tutur. Yerdəyişməli sınıqlar zamanı sınıq ucunun yaxınlıqdakı dərin venanı kəsməsi ilə əlaqədar sarı sümük iliyi mənfi təzyiqə malik dərin venaya axır  və həll olmuş şəkildə venoz qana qarışır. Digər əksər embollardan fərqli olraq bu zaman embol cisimcik şəklində deyil, həll olmuş şəkildə qanla hərəkət edir.

Ağciyərdən keçərkən bir-birinin üzərinə yapışmaqla piylər ağciyər kapilyarlarının divarına çökür və nəhayət mənfəzin tamamilə tutulmasına və xəstənin asfiksiyadan ölümünə səbəb olur. Hematoksilin və eozinlə boyadılmış preparatlarda ağciyər kapilyarlarının əksəriyyətinin mənfəzləri genişlənmiş və boş vəziyyətdə görünürlər. Lakin Sudan-3 boyağı ilə boyadıldıqda ağciyərlərin əksər kapilyarlarının arteriol və kiçik arteriyalarının mənfəzinin qırmızı-kərpici rəngli piy kütləri ilə obturasiyası müşahidə olunur. Bu zama kapilyarların piy emboliyası tək ağciyərdə deyil, bu və ya digər dərəcədə başqa daxili üzvlərin, o cümlədən də baş beyin kapilyarlarında da qeyd edilir.

Image result for fat embolism

Kliniki əlamətlərinin üstünlüyünə və tanatogenetik roluna görə piy emboliyalarının ağciyər forması və baş beyin forması ayırd edilir.

Ağciyərdə piy emboliyasının mikroskopik kriteriyalarla dərəcəsi kiçik böyüdücüdə bir görmə sahəsindəki piy damlalarının sayı ilə ölçülür.1-2 embolun görünməsi zəif dərəcəli, 10-40 embol orta dərəcəli, 40-dan çox piy embolu isə ağır dərəcəli sayılır.

Baş beyin toxumasının piy emboliyasına praktikada az rast gəlinmir.  Bu zaman beyin qabığında, ağ maddədə, qabıqaltı nüvələrdə, beyin kötüyündə və beyincikdə kiçik kalibrli damarların mənfəzində çoxlu miqdarda piy embolları qeyd edilir. Bundan əlavə əsasən ağ maddədə lokalizasiya olunmaqla qansızma və nekroz ocaqları da müşahidə olunur.

Qansızmalar dəyişilməmiş toxumada kiçik ocaqlar şəklində; nekrozlaşmış toxuma ilə birlikdə və ya piy emboliyalı damarlarla birlikdə ovalşəkilli halqa formasında və damarətrafı sahələrdə görünür. Nekrozlar əsasən xarakter “rozetşəkilli” görünüşə malik olur. Bu nahiyələrdə beyin toxuması struktursuz homogen kütləyə çevrilir. Belə hallarda ölüm ağciyər mənşəli asfiksiyadan deyil, baş beyin kapilyarlarının piy emboliyası nəticəsində beyin toxumasına çoxlu miqdarda nöqtəvari qansızmalardan, kəskin işemik və nekrotik dəyişikliklərdən baş verir.

Klinik Tablo

Daha çox travmadan 24-72 saat sonra mərkəzi sinir sitemi, ifrazat sitemi, göz və dəri əlamətləri ilə özünü göstərir. Amma 12 saat sonra, hətta 2 həftə sonra üzə çıxan hadisələr də vardır.

Kliniki triad

– Tənəffüs dəyişikliyi

– Nevroloji pozuntular

– Petexiyal səpgilər

 

Piy emboliyası səbəbləri

Travmaya bağlı

– Uzun sümük qırıqları

– Çanaq qırıqları

– Digər ilik tərkibli sümük qırıqları

– Ortopedik əməliyyatlar

– Yumşaq toxuma travmaları

– Yanıqlar

– Liposuction

-Sümük iliyi yığılması və transplantasiyası

Travmadan fərqli

– Pankreatit

– Şəkərli diabet

– Osteomielit və Blefarit

– Sümük şişi lizisi

– Steroid müalicəsi

– Alkoqol mənşəli qaraciyər xəstəlikləri

Image result for piy embolisi

Mexanizm tam bilinməsə də, mexaniki və biokimyəvi səbəblər problemin qaynağı kimi bilinir. Piy emboliyası  bütövlüyü pozulan yağlı toxumadan və ya sümük iliyindən çıxan yağ kürəciyinin qan dolaşımına keçməsi (mexaniki), ya da plazmaya qarışan toksiki yağ ara maddələri ilə ortaya çıxır. Bu sindromun ən çox borulu sümüklərin qırıqlarında görülməsinin səbəbi buradan qan dolaşımına keçən yağ miqdarının çox olmasıdır.

Mənbə: Ə.B.Həsənov, Patoloji anatomiya, Tibb universiteti üçün dərslik

 

Aysel Əliquliyeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here