Planetlərin Günəşdən olan məsafələri hansı qanunauyğunluğa tabedir?

Post date:

Author:

Category:

XVIII əsrin sonlarında Günəş sisteminin 7 planeti məlum idi. Onlardan Merkuri, Venera, Mars, Yupiter və Saturn hələ çox qədimdən müəyyən edilmişdir. O dövrdə səma mexanikasına əsasən planetlərin dolanma periodları və orbitlərinin ölçüləri kifayət qədər dəqiqliklə hesablanmışdır. Məlum olmuşdur ki, planetlərin Günəşdən olan məsafələri təqribən həndəsi silsilə ilə artır. Bu qanunauyğunluq Titsius-Bode qaydası adlanır.

0,4+0=0,4 a.v. – Merkuri
0,4+0,3=0,7 a.v – Venera
0,4+0,3×2=1 a.v. – Yer
0,4+0,3×4=1,6 a.v. – Mars
0,4+0,3×8=2,8 a.v – ?
0,4+0,3×16=5,2 a.v. – Yupiter
0,4+0,3×32=10,0 a.v. – Saturn
0,4+0,3×64=19,6 a.v. – Uran

Burada a.v. – astronomik vahiddir. Ardıcıllıqdan görünür ki, silsilənin 5-ci sırasına uyğun gələn planet yoxdur. Belə çıxır ki, təbiətdə simmetriklik pozulmuşdur. Astronomlar 30 ildən çox bu uyğunsuzluğun səbəbini axtarmışlar. Nəhayət, 1801-ci ildə italyan astronom Cuzeppe Piatsi Mars ilə Yupiter arasındakı boş olan 5-ci orbitdə kiçik ölçülü planet aşkar etdi. Bu göy cisminə qədim yunan-roma xalqlarında bərəkət ilahəsi sayılan “Serrera” adı verildi. Çox keçmədən Pallada, Vesta və Yunona adlandırılmış başqa kiçik planetlər də aşkar edildi.
Sonralar həmin orbitdə Günəş ətrafında dövr edən çoxlu miqdarda kiçik planetlər müəyyən edildi. Bu planetlər teleskopda kiçik ulduzlar kimi göründüyündən, V.Herşel onları “ulduzabənzərlər” – asteroidlər adlandırmağı təklif etdi.

Hazırda 8000-dən çox asteroid aşkar edilmişdir. Asteroidlərin ən kiçiyinin ölçüsü 1 km-dən başlayaraq, en kəsiyi yüzlərlə kilometrədək olan formasız bərk cisimlərdir. Fotometrik tədqiqatlar asteroidlərin, əsasən daş süxur və metal tərkibli olduğunu müəyyən etmişdir. Onların əksəriyyəti, Mars və Yupiterin orbitləri arasında Asteroid qurşağı adlandırılan, beşinci orbitdə hərəkət edir. Lakin istisnalar da vardır: məsələn, Troyan müharibəsi qəhrəmanları şərəfinə “Troyalılar” və “Yunanlar” adlandırılmış asteroid qrupları Yupiterin orbiti üzrə hərəkət edir. Ehtimal edilir ki, asteroidlər Günəş sisteminin formalaşma prosesində artıq qalan maddələrdən yaranmışdır. Böyük sürətlərlə baş verən asteroid toqquşmaları nəticəsində, onlar tədricən kiçik hissələrə parçalanmışlar.

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...