Platon Mağara Alleqoriyası və Kinematoqrafiya

Post date:

Author:

Category:

Platon, Mağara alleqoriyasında (Dövlət, e.ə 360) epistemologiya və inanc arasındakı nəzərə çarpacaq fərqi diqqət çəkici vizual ifadəylə gözlər önünə sərir. Bununla da bizə tarixin ilk filmini təqdim etmiş olur. Bu qısa pasaj fəlsəfə tarixində ən məşhur pasajlardan sayılır.
Fəlsəfi tərəfdən aydınlanmamış insanlar, yeraltı mağarada doğulandan bəri zəncirlənən dustaqlar şəklində təsvir edilir. Və həmin bu dustaqlar divarda hərəkət edən kölgələrdən başqa heç nəyi görə bilmirlər. Bu kölgələri saf həqiqət olaraq qəbul edirlər. Filosoflar isə bundan qane olmayaraq, zəncirləri qırıb, üzlərini işığa çevirərək, real dünyaya doğru həqiqəti axtarmaq üçün təhlükəli bir səyahətə çıxacaqlar. İlk əvvəldə onların gözləri günəşin şüaları altında qamaşsa da , sonra onlar öyrəşəcək və aydın görməyə başlayacaqlar. Beləliklə, əvvəllər həqiqət olaraq qəbul edib inandıqlarının kölgə və illuziyadan başqa heç nə olmadığını anlayacaqlar. Onlar saf həqiqəti və fəlsəfi baxımdan aydınlanmanın təkcə bu yolla tapıla biləcəyini başa düşəcəklər. Platon mağaraya dustaq dostlarının yanına geri dönməyi özünə borc bilsə də , bu cəhdi dustaqlar tərəfindən heç də xoş qarşılanmayacaqdır. Hətta əlini uzatsa belə onu öldürmək istəyəcəklər. Heç şübhəsiz ki, Platon bunu Afinada dinsizlik və gəncləri yoldan çıxarmaq ittihamlarına məruz qalaraq edam edilən müəllimi Sokratın yaşamına istinadən söyləmişdir.

Platonunun Mağara alleqoriyasının müasir kinematoqrafiyayla olan bənzərliyi bizi xeyli təəccübləndirir, çünki bizlər də qaranlıq bir yerdə oturub qarşımızdakı ekranda əks olunan hərəkətli dram rəsmlərinə baxırıq.

Maksim Qorkinin 1896-cı ildə Lümyer kinematoqrafiyasına qatıldıqdan sonra söylədiklərinə baxaq :

Dünən gecə Kölgələrin Krallığında (Kingdom of Shadows) idim. Orda olmağın necə əsrarəngiz bir duyğu yaşatdığını heç bir zaman bilə bilməzsiniz. Ordakı hər şey torpaq, ağaclar, insan su və hava monoton boza qərq olmuşdu. Boz göy üzündə günəşin boz şüalari, boz simalarda boz gözlər, ağacların yarpaqları, onlar da kül rəngində boz. Həyat deyil, kölgə idi, hərəkət deyil, sanki səssiz bir spektr idi.

Platonun mağara dustaqları ilə kinematoqrafiya izləyiciləri arasında çox vacib bir fərq var, o da Platonun dustaqları gördüklərinin illuziya və kölgələrdən ibarət olduğunu bilmirlər və bunu saf həqiqət olaraq qəbul edirlər. Digər tərəfdən biz isə (hər nə qədər kinematoqrafiya texniki cəhətdən inkişaf etsə də) bilirik ki, ekranda gördüklərimiz filmin xaricində olan real həyatla eyni deyildir.

Platonun bu alleqoriyasının bir çox filmdə istifadə edildiyini görə bilərik. Bunlara nümunə olaraq Bertoluççinin 1970-ci il istehsalı olan Conformista, Tornatorenin Yeni kinoteatr “Paradiso”, Kubrikin  Mexaniki portağalını göstərmək olar. Bunlardan bəzilərində bu alleqoriyanın təsiri açıq şəkildə hiss olunsa da, bəzilərində isə daha az nəzərə çarpır.

Mağara alleqoriyasının bizə çatdırmaq istədiyi əsas nöqtələrdən biri elə fəlsəfənin öz təbiəti ilə əlaqəlidir. Belə ki, fəlsəfə inandıqlarımızı sorğusuz qəbul etməyi rədd edir, sual verməyi tələb edirlər.

Buna əsaslanaraq Bertran Rassel yazır:

Fəlsəfəyə başlar-başlamaz ən sadə gündəlik proseslərin belə tam aydın formada izah edə bilmədiyimizin və onlara əksik cavablar verdiyimizin açıq şəkildə şahidi olduq.

Artıq aydınlananlar günəşin şüaları altında hər şeyin fəlsəfəsini öyrənir və kino da bunlardan sadəcə biridir. Hətta düşündüyümüzdən daha da çoxu – günəşin şüaları altında yayılan, önəmli və təhlükəli potensiala sahib olan bir şeydir.

Elm, ağıl və din fəlsəfəsi olduğu kimi, eynilə film fəlsəfəsi də var. Filmi fəlsəfi bir baxışla analiz etmək, “filmi sənət olaraq qəbul etməliyik mi?” bənzəri suallarla birlikdə 20-ci əsrdə müzakirə olunmağa başladı. Buna görə də “Film sənətdir mi?” sualı da fəlsəfi sual sayılır.

Belə ki, filmin tam olaraq nə olduğu, reallıqla əlaqəsi, film personajlarının və hadisələrinin uydurma olduğunu bildiyimiz halda bundan təsirlənməyimiz illər boyu filosofların baş yorduğu suallardan olmuşdur.

Son illərdə filmlər fəlsəfi nöqteyi-nəzərdən analiz edilməkdən əlavə, fəlsəfi görüşləri və arqumentləri təcrübi şəkildə aydınlıq gətirmək üçün vasitəçi kimi filmlərdən çox istifadə olunur. Buna ən yaxşı nümunə kimi 17-ci əsrdə yaşamış filosof Rene Dekartın arqumentlərini bizlərə çatdırmaq və ya göstərmək üçün çəkilən Matrix filmidir.

Sevinə bilərik ki, fəlsəfi dünyagörüşümüzü və eləcə dolayı yolla kinematoqrafiya tərəfdən də dünyagörüşümüzü artıracaq və zövqlərimizi daha da təkmilləşdirəcək bir çox belə nümunə var.

Son olaraq qeyd etmək istərdim ki, filmlər son illərdə fəlsəfi fikirləri izah etməklə yanaşı, özləri də fəlsəfi görüşlər ortaya qoyur. Belə ki, Kyeslovski, Kubrik, Haneke kimi rejissorların filmlərini, Platonun Mağara alleqoriyasında etdiyi kimi, ətrafımızdakı dünya ilə əlaqəli düşüncələrini və görüşlərini onların fəlsəfi tezislərinə baxaraq analiz etmək olar.

Beləliklə kölgələri həqiqət olaraq qəbul edən Platon dustaqlarından fərqli olaraq, əslində bizlər kinonu ətrafımızdakı dünyaya dair müəyyən görüşlər qazanmaq üçün istifadə edə bilərik.

Mənbə:

https://dusunbil.com/platonun-magarasi-ve-sinema/

PLATO’S CAVE AND THE CINEMA

Tərcümə etdi: Nisə Qulizadə

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

19,091FansLike
2,040FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...