Pol Sezan ilə bir fincan qəhvə

Post date:

Author:

Category:

İmpressionist rəssam Pol Sezan (Paul Cezanne) 1839-cu il, yanvarın 1-də Fransanın cənub əyaləti Provansda anadan olmuşdur. İmpressionizmdən çox postimpressionizmdə adı çəkilən, impresionizmlə kubizm arasında körpü açan görkəmli fransız rəssamı modern sənətin banisi hesab olunur. Rəssamın əsərlərində ardıcıl olaraq impressionizmdən kubizmə keçişi bir film kimi izləmək olar.

Pol Sezan ailəsinin böyük oğlu idi. Atası əvvəlcə papaqçılıqla məşğul olmuş, sonralar isə öz bankını quraraq qısa zaman ərzində Provansın ən zəngin adamlarından birinə çevrilmişdi. O, orta təhsilini Bourbon liseyində almış və orada dövrünün ən böyük fransız yazarı olacaq Emile Zolya ilə dostlaşmışdı. Onlar birlikdə şeir yazıb Provans çəmənliklərində gəzintiyə çıxırdılar.

Pol 1857-ci ildə rəssamlıq məktəbinə gedərək burada canlı modellər üzərində işləmiş və yağlıboya texnikasını qismən mənimsəmişdir. Getdikcə rəssam olmaq haqqında daha ciddi düşünən Pol bu barədə atasını razı sala bilmirdi. Atası onun daha hörmətli peşəyə yiyələnməsini və  özünün varisi olmasını istəyirdi. Atasının istəklərini nəzərə alaraq hüquq sahəsində təhsil alıb bir müddət bankda işləmişdir. Zola məzun olduqdan sonra Parisə köçür, Sezan isə Zolanın dalınca Parisə getməyi və burada rəssam olmağı arzulayırdı.

Bir müddətdən sonra o atasını razı salmağı bacarır və Parisə gedərək İsveçrə Akademiyasında yenidən canlı modellər üzərində işləməyə başlayır. O, akademiyada Kamil Pisarro (Camille Pisarro), Alfred Sizli (Alfred Sisley), Eduard Mane (Edouard Manet) ilə tanış olmuş və bir müddət Pisarro ilə birgə işləmişdir. Pisarro ona açıq havada rəsm çəkməyi öyrətmiş və rəssam kariyerasının son dövrünədək davam etdirdiyi iş yönümünün əsasını qoymuşdu. Pol Sezan Yucin Delakroy (Eugene Delacroix)un bir çox əsərinin kopyasını çəkmişdir. Ondakı böyük sənətkarlıq tutqusu öz qabiliyyətini gündən-günə təkmilləşdirməyə vadar edirdi.

Rəssam öz rəsmlərində tünd rənglərə üstünlük verir və çox qalın, cəsarətli yaxmalar edirdi.  Fəqət sonradan öz rəssam dostlarının təsiri altında açıq rənglərdən istifadəyə və daha incə toxunuşlar etməyə başladı.

Pol Sezan təbiəti ilk dəfə silindr və kürələrdən yaranan formalar kimi təsvir etməyi düşünmüş və öz fərqli baxış bucağını rəssamlığa qatmışdır. Daha dərin və detallı işlədiyi üçün bəzi tablolarını hətta 7-8 ilə bitirmişdir.

Sezan vaxtaşırı ümidsizliyə qapılırdı. 1866-cı ildə dövlət sərgisinə ilk dəfə bir əsərini göndərdi, lakin əsər qəbul edilmədi. Yalnız 1 dəfə dostu Gulemetin vasitəçiliyi ilə bir əsəri sərgiyə qəbul olunur, lakin tablo heç kəsin diqqətini çəkmir.

Sezan 1869-cu ildə özündən 10 yaş kiçik olan Hortense Fiquet ilə Parisdə tanış olur. 1870-ci il Fransa-Prussiya müharibəsi illərində savaş bitənə kimi Hortense ilə birlikdə Fransanın cənubunda kiçik bir balıqçı qəsəbəsi olan Estaque də yaşadılar. Bu dövrdə rəssamın sənətkarlığının təkmilləşməsində kəskin irəliləyiş baş verdi, rənglər bir qədər canlandı. Rəssamın rəsmlərinin əsas mövzusu mənzərə idi və o, bu seçimi heç vaxt dəyişdirmədi. O, sonralar Vinsent Van Qoqun (Vincent Van Gogh) həkimi olan doktor Qacet ilə tanış oldu. Doktor Qacet onun əsərlərini alan ilk adam idi. Qısa zaman ərzində bu sənətsevər adam Sezanın tablolarına sadəcə heyran olmuşdu. Elə bu zamanlar Pol sənəti baxımından dönüş nöqtəsi sayılan “Asılmış adamın evi “ əsərini ərsəyə gətirmişdi.

Birinci impressionist sərgisinə qatılmış və sərgidə “Asılmış adamın evi” və Eduard Manenin “Olympia” adlı tablosunun öz görünüşünə görə yenidən işlənmiş “Modern Olympia” adlı tablosu ilə çıxış etmişdir.

İmpressionistlərin 3-cü sərgisinə tənqidçilərin və xalqın tənqidinə tuş gələn 16 rəsmini göndərmişdi. Bu sərgidə Sezanın tabloları “Bu ölü rənglər və qəribə insan siluetləri hamilə qadının uşağını düşürməsinə yol aça bilər” kimi təriflər almışdı. Ambrasse Vollard 1855-ci ildə Sezanın əsərlərindən ibarət sərgi açsa da, xalqın diqqətini çəkə bilmir. Daha sonra 1899-cu ildə Pol öz rəsmlərini Azad Rəssamlar sərgisinə göndərir və bir qədər adı tanınmağa başlayır.

Pol Sezanın kubizmin təməlini qoyması ilə bağlı uydurulmuş belə bir məzəli  əhvalat da vardır:

Bir gün Pol Sezan meşədə tablo üzərində işləyərkən yoldan keçən bir kəndli yaxınlaşaraq soruşur:

– Nə edirsən?

– Ağacın rəsmini çəkirəm.

– Niyə? Onsuz da, bunun eynisindən orda var.

Bu zaman Sezan “Heç bunu düşünməmişdim, doğrudan da, mən bunu niyə çəkirəm ki? Ən yaxşısı, mən bunu parçalayım! “ deyərək kubizmin əsasını qoymuşdur.

Sezanın doğum günündə anadan olduğu şəhərdə 1 həftə ərzində festivallar keçirilir, əsərlərinin sərgiləndiyi muzeyə biletler çox öncədən satışa çıxarılır, 200 avro dəyərində olan 200-ə yaxın bilet 15 dəqiqə ərzində tükənir. Küçələrdə piştaxtalarda Sezanın adı yazılı köynəklər və başqa əşyaların satıldığını görmək olar. Rəssam hətta ad günündə Google şirkəti tərəfindən də anılır.

Emile Zoyanın yazdığı L Oeuvre (Əsər) adlı romanı dostların arasının bir dəfəlik açılmasına səbəb olur. Zolanın əsərindəki Claude Lantier adlı obrazın yaradılmasında müvəfəqiyyətsiz rəssam olan Pol Sezandan ilhamlandığı söylənilir. Həmin ərəfələr Sezanın atası öldü və oğluna böyük bir sərvət qaldı. Bundan sonra o, Provansa qayıdaraq dünyadan tamamilə təcrid oldu.

Sezan qarışıqlığı sevmirdi, çox danışmaz və ziyarətçi qəbul etməzdi. Ömrünün sonuna kimi doğulduğu şəhərdə Provansda yaşamışdır. Ölümündən əvvəl o, revmatizma xəstəliyindən əlində fırçanı tuta bilmirdi. Fırçanı əlinə bağlayaraq beləcə şəkil çəkməyə davam etmişdi. Bir gün açıq havada rəsm çəkərkən yağış altında qalmış və evə qayıdarkən yolda huşunu itirmişdi. Yoldan keçən bir sürücü onu evine aparmış, səhərisi gün o, rəsm çəkmək üçün yenidən qalxmış və huşunu itirmiş və bir neçə gündən sonra vəfat etmişdir.

Mənbələr:

Paul Cezanne kimdir? hayatı ve eserleri

Paul Cezanne

Paul Cezanne Galeri

Redaktə etdi: Pəri Abbaslı

 

STAY CONNECTED

20,166FansLike
2,245FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...