Poliploidiya nədir?

Post date:

Author:

Category:

İrsi əlamət və xassələrin xromosomlarda yerləşən genlər vasitəsilə nəsillərdən-nəsillərə ötürülməsi isbat edildikdən sonra hüceyrələrin  nüvələrində xromosom sayının daha dərindən öyrənilməsinə başlanıldı. Xromosomlar genetiklərin diqqət mərkəzində oldu. Orqanizmlərin somatik  hüceyrələrində xromosom sayı diploid (2n), cinsiyyət hüceyrələrində isə haploid say (n) adlandırıldı. Lakin sonralardan məlum oldu ki, hüceyrələrin nüvələrində bu adi xromosom saylarından başqa triplod (3n), tetraploid (4n), pentaploid (5n) və i. a. sayda xromosoma malik  orqanizmlər də vardır. Aparılan sitoloji tədqiqatlar göstərmişdir ki, istifadəedilən bitkilərin 50%-dən çoxu poliploiddir. Ən çox təsərrüfat əhəmiyyəti olan buğda, pambıq, şəkər çuğunduru, tut və subtropik bitkilərin əsas  sortları poliploiddir. Müxtəlif bitki və heyvan cinslərinə daxil olan növlər  xromosom saylarına görə fərqlənir. Lakin onların hər birinə xas olan haploid saylı xromosom kompleksi  olur ki, buna əsas xromosom sayı deyilir.

Poliploidiya 3 yol ilə baş verə bilər: 1. Mitoz prosesində, yəni mitotik  yol ilə; 2. Meyoz prosesində, yəni meyotik yol ilə; 3. Ziqotun ilk bölünərək inkişaf etməsi prosesində, yəni ziqotik yol ilə. 1. Əgər ana hüceyrədə diploid kompleksi 2n=6 isə, xromosomların ikiləşməsi sayəsində ana hüceyrənin nüvəsində 12 xromosom meydana gəlir. Ana hüceyrə bölünüb, iki qız hüceyrə əmələ gətirdikdə, hər qız hüceyrəyə 6 xromosom düşür, yəni ikiləşmiş xromosomun hərəsindən biri qız hüceyrəsinə keçmiş olur. Bəzən ana  hüceyrədə 12 xromosom olduğu zaman hər hansı bir səbəbdən iki qız  hüceyrə arasında arakəsmə əmələ gəlincə 12 xromosom iki hissəyə ayrıla bilməyərək bir qız hüceyrədə qalmış olur. Nəticədə, alınmış qız hüceyrədən birində 6 əvəzinə 12 xromosom düşür, digər qız hüceyrə xromosomsuz olur. Sonra mitoz normal getdikdə artan hər hüceyrədə 6  deyil 12 xromosom olur. Bu qayda üzrə 4p, 3×4=12 xromosomlu tetraploid orqanizm meydana gəlmiş olur.

2. Meyoz prosesində normal halda birinci dərəcəli spermatit və ya ovositdən ikinci dərəcəlilər əmələ gələndə xromosom sayı reduksiyaya  uğrayır, yəni iki dəfə azalır. Qametlərə haploid saylı xromosom düşür. Əgər reduksiyadan əvvəl hüceyrədə 6 xromosom varsa, qametdə 3  xromosom olmalıdır. Bəzən hüceyrədə xromosomların reduksiyası getmir  və diploid saylı xromosoma malik qametlər əmələ gəlir. Bu hadisə həm spermatogenezdə, həm də ovogenezdə baş verərsə, onda normal hallarda olduğu kimi mayalanmadan sonra 3+3=6 deyil, 6+6=12 xromosomlu, yəni  tetraploid orqanizmlər alınmış olur.

3. Normal mayalanma (3+3=6) sayəsində diploid xromosomlu  ziqot əmələ gəlir. Bu 6 xromosoma malik ziqot əvvəlcə blastomerə (hüceyrəyə) sonra 4, 8 və i. a. hüceyrə bölünür. Bu qayda üzrə inkişaf prosesində orqanizmin bütün hüceyrələri diploid sayda – 3 cüt xromosoma malik olur. Lakin bəzən ilk ziqot mitoz yolu ilə iki blastomerə bölünərək  hüceyrələrdən birində 12 xromosomun hamısı qalır, o biri hüceyrə isə xromsomsuz olur. Bu qayda ilə 12 xromosoma malik hüceyrə normal hallarda olduğu kimi 6 xromosomlu deyil, 12 (4p) xromosoma malik  tetraploid orqanizmlər meydana gəlmiş olur.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...