Pr.Miçio Kaku, Dejavu Paralel Kainatlarla bağlıdırmı?

Post date:

Author:

Category:

Psevdo-elmçilər tərəfindən çox zaman elmdən uzaqlaşdırılan ən məhşur fikirlərdən biri də “Paralel kainatlar” və “Dejavu”dur. Dejavu çoxlu kainatlarla bağlıdırmı? Fərqli kainatlar arasında gedib gəlmək, hansı ölçüdə olursa-olsun? mümkündürmü? Dünyaca məhşur fizikçi  cavablayır:

“Dejavu hər birimizin başına gəlmiş fenomendir. Bir otağa girdiyimizdə və ya yeni bir durumla qarşılaşdığımızda “daha öncə burda olmuşam, hərşey çox tanış gəlir” deyə düşünərik.

Bir nəzəriyyə var ki, dejavu beynimizdə saxladığımız xatirələrin bəzi bölümlərinin ortaya çıxmasıdır. Daha öncə təcrübə etdiyimiz bir şeyi bizə xatırladan bir ortama girdiyimizdə ortaya çıxan xatirələrdir. Yəni, dejavunu açıqlamaq üçün paralel və çoxlu kainatlara baş vurmağa gərək yoxdur. Amma bu, başqa sualı ortaya çıxarır. Fərqli kainatlar arasında gedib-gəlmək, hansı ölçüdə olursa-olsun, mümkündürmü? Bunun cavabı, əslində, çox da açıq deyil. Məsələn, biz fiziklər birdən çox kainat olduğuna inanırıq, hətta oturduğumuz otaqda belə. Biz dalğalarıq, titrəşən dalğalar. Funksiyasına görə, bu dalğalar titrəyir və zamanla ayrılırlar. Nobel mükafatçısı Stiv Venberq bunu buna bənzədir: “Radio düşünün. Oturduğunuz otaqda durur və BBC kanalını dinləyirsiniz. Bu radio bəlli bir tezliyə nizamlanmışdır. Amma oturduğunuz otaqda bütün tezliklər var. Radio Kuba, Radio Moskva, Top40 Rock kanalları – bütün bu tezliklər oturma otağınızda titrəşməkdədir. Amma radio bir tezliyə qurulmuşdur. Başqa bir sözlə, əgər iki fərqli kainat eyni yerdədirsə, bir-biriylə harmoniyadadır. Birindən digərinə keçə bilərsiniz. Amma zaman keçməyə başladığında, bu iki kainat bir-birindən ayrılır, başqa tezliklərdə titrəşməyə başlayır. Artıq, bir-birlərinə müdaxilə edə bilməzlər. Yaxşı, bəs niyə sizin radio Moskva Radiosunu çalmaz? Sizin radionuzun bütün tezlikləri çalması niyə imkansızdır? Çünki, radionuz onlarla ahəngini itirib. Artıq digər frekanslarla ahəng içində deyil.”

Kvant fizikasında da eynisi olur. Biz atomlardan yaranmışıq, atomlarımız titrəşir, amma artıq digər kainatlarla ahəng içində titrəşməz. Onlarla bağlantımızı kəsmişik və onlarla harmoniya içərisində deyilik. Başqa sözlə, dejavu, böyük ehtimal, sadəcə, beynimizdəki bölümlərdən bəzi keçmiş xatirələrin və parçaların ortaya çıxışıdır. Halbuki, kvant fizikasında bizi çevrələyən kainatlar olduğu görüşü vardır. Problem budur ki, biz o kainatlara girə bilmərik. Çünki, onlara uyğunlaşa bilmirik, artıq onlarla ahəng içində deyilik”.

Müəllif: Sübhan Qulu

Mənbə: bigthink.com

 

 

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...