Qəbizlik (Ensiklopedik bilgi)

Post date:

Author:

Category:

Qəbizlik—bağırsaqların yavaş boşalması nəticəsində defekasiyanın Çox vaxt bağırsaq əzələlərinin və peristaltikanın zəifləməsi, bağırsaqların və qarın əzələlərinin atoniyası və ya yoğun bağırsağın ayrı-ayrı yerlərində girdə əzələlərin tonusunun qalxması nəticəsində baş verir. Atonik qəbizliyə oturaq həyat tərzi, tez həzm olunan yeməklər (sıyıq, xama), az miqdarda sellülözlü qida (çörək, tərəvəz və s.) yemək, spastik qəbizliyə isə sellülözü çox olan qaba qida yemək səbəb olur. Adət edilmiş qəbizlik—tələsmə, işin çoxluğu, utancaqlıq üzündən normal defekasiya refleksinin daim yatırılması nəticəsində baş verir, nəticədə bağırsaqlar gec-gec boşalmağa adət edir. Qəbizlik 3—4 gün danam etdikdə ürəkbulanma, qarın boşluğunda köp, qarının aşağısında xoşa gəlməyən duyğu əmələ gəlir, iştaha azalır, aqızdan pis iy gəlir. Spastik qəbizlik—girdə əzələlərin tonik yıqılması nəticəsi olub bağırsaqların müvafiq hissəsində peristaltikanın dayanmasına səbəb olur. Bağırsaqların spazmının əmələ gəlməsində sisteminin həddindən artıq oyanması böyük rol oynayır. Mexaniki qəbizlik—bağırsaqlar burulduqda, bağırsaqların müxtəlif şöbələrini şiş, hemorroidal düyünlər, nəcis daşları tutduqda əmələ gəlir.

Mənbə: Tibb bacısının məlumat kitabı (2008)

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.