Qədim Misir dini və Misir tanrılarının yaranması

Post date:

Author:

Category:

Qədim Misir dedikdə ağlınıza yəqin ki, ilkin olaraq əzəmətli Misir piramidaları gəlir

Bu əzəmətli və bir o qədər də maraq oyandırıcı piramidalardan başqa olduqca qəribə və maraqlı olan Misir tanrıları da Qədim Misir mədəniyyətinin ayrılmaz parçasıdır. Bu məqalədə biz sizinlə birlikdə, Qədim Misir dini və ya Misir mifologiyası və Misir tanrılarının ortaya çıxışını araşdıracağıq.

Qədim dövrdə Misirlilərin yaratdığı mənəvi dünya, din tarixində bənzərsiz və ecazkar bir dünya idi. Bu mənəvi dünyanın xarakteri həm sirrli, həm də açıq-aydın idi. Eyni anda həm əlçatan, həm də gizliydi. Misir dini tez-tez mif və ritual qatlarına səth olsa da, qədim Nil sivilizasiyasına nüfuz etdi və sonunda Misir mədəniyyətini haradasa təsəvvür edilə bilən hər şəkildə formalaşdırdı, bəslədi və istiqamətləndirdi.

Misirin tanrıları həm fironların, həm vətəndaşların həyatında vardı. Buna görə də, qədim dünyanın digər yerlərindən daha möhtəşəm bir teokratik cəmiyyət yaratdılar. Heredotun “Misirlilər digər xalqlardan daha çox dindardır” açıqlamasının arxasındaki həqiqət çox genişdir. Yüzlərlə tanrı və ilahələri, zahirdə sonsuz məbədləri, zənginliyi və mürəkkəbliyi ilə misilsiz bir mifologiyanı əhatə edir.

Qədim Misir. ll Ramzesin həyat yoldaşı Nefertarinin məzar otağı

Digər mədəniyyətlərin insanları kimi qədim zamanın Misirliləri də həyatın mənasını tapmağa çalışdılar , amma onlar, dünyanı yaratdıqlarına, dünyanın mövcudluğunun və davamının hər tərəfində iştirak etdiklərinə inanılan minlərlə tanrıları ehtiva edən teoloji fikirlərlə bu hədəfə çatdılar. Qədim Misirlilərin sitayiş etdiyi tanrıların sayı həqiqətən də təəccüblüdür və ətraflı bilinənlərin sayı daha az olmasına baxmayaraq 1500-ə yaxın tanrı və ilahə adı bilinir.

Heyvan, mələz insan və qarışıq formaları da daxil olmaqla daim dəyişən rəmzləri və atributları olan bu saysız-hesabsız tanrı cəmiyyəti ən yaxşı halda qəribə və qarışıq, ən pis halda isə anlaşılmaz görünür. Amma daha yaxından araşdırılınca mifləri və təmsilləri ilə qarşılıqlı əlaqələnib, çox zaman gözlənilməyən intellektual və incəsənətdə inkişaf sərgiləyən, xalça toxuyan tanrı və ilahələr dünyası ortaya çıxır.

Qədim Misir və onun zəngin teokratik mühiti

Bu tanrılarla əlaqəli dəlillərimiz həm qədimdir, həm də mətn, memarlıq, təmsili və əl işləri mənbələriylə genişdir. Dəlillərimiz eyni zamanda təəccüblü dərəcədə nizamsız və parçalanmışdır. Qədim dövr tanrıları ilə bağlı əlimizdə olan məlumatların əsas mənbələri dini mərasimlərin təşkil olunduğu və dini inancların qeyd olunduğu yerlər olan məbədlər və məzarlardır. Eyni zamanda qədim dövr tanrıları ilə bağlı əksər məlumatlarımızın mənbələri də bunlardır. Təəssüf ki, bir çox dövri və coğrafi ərazilərlə bağlı məbədlərdən də məhrumuq.

Qədim dövr işçilərinin kəndi – Deyrul Mədinə kimi ərazilərdə ən sadə evlərdə belə tapılan əşyalardan, ikonalardan və məbədlərdən də Misir tanrılarını tanıyırıq, amma yenə burada da bir çox bölgədə və dövrdə məişət mühiti əfsus ki, yetərli qədər təmsilr edilməmişdir.

Qədim Misir. Tanrılar. Soldan sağa Osiris, Ra və İsida

Misir qoruqları və abidələrinin qeyri-bərabər qorunmuş olmasının  nəticəsi olaraq, əlimizdəki yazılı mətnlərdə böyük boşluqlar var. Bu boşluqlar tanrılar və onlara sitayişlə əlaqəli davamlı olaraq təkrarlanan problemləri ortada qoymaqdadır.
Yenə də qədim Krallıq piramidalarının divarlarındakı yazılı mətnlər (bunlar dünyadakı ən qədim dini yazılardır) və daha sonrakı törəmə mətnlər, qədim dövrdə misirlilərin zəngin teolojik mühiti ilə əlaqəli, bəzən şifrəli də olsa, dəyəri ölçülməz sübutlar göstərməkdədir.

Qədim Misir tanrıları bir çox misirli üçün həyat enerjisiydi

Əlimizdəki müxtəlif mənbələrdən, Qədim Misir tanrılarının bəziləri qeydə alınmış tarixdən 1 əvvəl yarandıqlarını və qədim dövr dünyasının sonuna qədər yaşadıqlarını bilirik (Qeydə alınan  insan tarixinin beşdə üçü boyunca sitayiş edildiyini bilirik). Son olaraq, mövqelərini daha sonrakı inanclara buraxdıqlarından sonra belə Misir tanrıları bəzən yenidən həyat tapdı və təsirləri bir çox baxımdan davam etti (kiçik dini motivlərin və hekayələrin ən bilinən qabaqcıllarından, təktanrıçılıq anlayışına qədər).

Amma ilk dövrlərdə misirlilər üçün tanrılar, bütün miflərin və xəyalların toplamından çox idi. Bu günə qədər qalan abidələr və əl işi əşyalar, Qədim Misir tanrılarının böyük gücünün yalnızca kiçik bir hissəsini göstərir. Qədim misirlilərin zehinlərində yaşayarkən, təsirləri dəhşətli idi. Bütün misirlilər üçün olmasa belə bir çox misirli üçün tanrılar həyat enerjisiydi. Bu qədim dövr tanrılarını anladığımız ölçüdə qədim Misir cəmiyyətinin və mədəniyyətinin təbiətini (şəxsən misirlilərin həyatını və o biri dünya haqqındakı təsəvvürlərini) başa düşə bilərik.

Qədim Misir dini və Tanrıların mənşəyi

Qədim Misirdə dinin və tanrıların mənşəyi, heç bir zaman tam bilməyəcəyimiz, tarix öncəsi, uzaq və qaranlıq bir zamana qədər gedib çıxır. Yenə də bu ən qədim tarix öncəsi zamanların sübutlarını açıqlayacaq müasir qeydlərimiz olmamasına baxmayaraq, arxeologiya və daha sonrakı zamanda qeydə alınan miflər, Misir tanrılarının doğuşu ilə əlaqəli bizə mənalı ipucları vermiştir. Sübutlar tanrıları, dünyanın vacib bir parçası olaraq var olan, yaşaya bilən və ölə bilən, mifik olaraq kainatla eyni taleyə  məhkum olan bir mədəniyyəti göstərir. Yaradılışın digər elementləri üçün olduğu kimi tanrılar üçün də zaman sonunda tükənəcəkdi.

Amma tanrıların xidmət müddəti kosmik nisbətlərdəydi və Misir tanrılarının, digər mədəniyyətlərin tanrıları kimi böyük gücləri vardı. Bu vəziyyət ən açıq formada yaradılış mifində görülür. Yaradılış mifində dünyanın inkişafı, Misirin böyük dini mərkəzlərində müxtəlif formalarda danışılırdı. Bu hekayələr, kainatın özü ilə birləşərək fiziki dünyanı öz transsendental 2 güclərinə görə formalaşdıran, şəkilləndirən və idarə edən tanrılara inancın altında yatan heyrətləndirici bir tutarlılıq nümayiş etdirir.



Qədim Misir Tanrılarının yaranması

Qədim Misir tanrılarının yaranması tarix öncəsi zamanlara qədər gedir. Bu ən qədim başlanğıclar, Misirin milli dövlət olaraq var olmasından və yazının yaranmasından əvvəl gerçəkləşmişdir. Bu səbəblə yalnızca yazılı olmayan dəlillərlə, çox zaman nisbi qeyri-müəyyən kontekstlərdən və mühitlərdən sübutlarla çalışmağa məcburuq. Antropologiya, tarix öncəsi və din alimləri Misir dininin bu formalaşma mərhələsini təhlil etməyə çalışdılar, amma əldəki dəlilləri şərh etmək hələ də çətindir və fikir fərqlilikləri davam etməkdədir.

“Böyük bəyaz” , Xanədanlıq öncəsi dövrdən , E.Ə 3000, erkən bir babun tanrı. Misir muzeyi. Berlin

Yenə də açıq kult əşyaların varlığında, heyvan və insan məzarlarında, formal ritualların gerçəkləşdirildiyi anlaşılan ərazilərdə müqəddəs anlayışının olduğu anlaşılır. Bu növ əl işi əşyaların və qoruqların ilahi bir varlığa ya da varlıqlara inancı əks etdirib-etdirmədiyi bilinmir, amma elm adamlarının vurğuladığı kimi, tarix öncəsi zamanda ölülərin basdırılmasına göstərilən qayğı və bu qayğının işarə etdiyi axirət inancı, belə bir inanc üçün lazım olan intellektual inkişafın olduğunu göstərir.

Ruh, Fetiş, Totem və Tanrı

Bir çox ibtidai insanlar kimi, tarix öncəsi zamanlarda Nil çayı ətrafında yaşayan xalqlar da təbii dünyanın (həm canlı həm cansız) güclərinə hörmət etmiş kimi görünürlər. Canlılar Misirdə üstünlük qazanmış kimi görünür, amma Gərzə Palitrasında və son Neolit dövrə (e.ə 3600-3300) aid digər əşyalarda tapılan təkrarlı ulduz təsvirləri, Misirdə bir ulduz kultunun erkən inkişafına işarət edir. Bununla birlikdə, Misirin arxeoloji qeydlərində tapılan ilk açıq ilahlar, bir çox vəziyyətdə inək və qızılquş kimi heyvan tanrılardır (kainatın görünüşlərini təmsil edən və şübhəsiz insan məşğuliyyətləri və yaşamları üzərində dominant olduqlarına inanılan tanrılar).

Narmer palitrasının arxa hissəsi, Royal Ontario müzeyi , Kanada
Son tarix öncəsi dövrdə ritual kontekst olduğu anlaşılan yerlərə basdırılmış heyvanların, xüsusilə it (ya da çaqqal), ceyran, inək (ya da camış) və qoç abidələrinə və bir növ animizmə ya da fetişizmə (insanlar kimi heyvanların da, hörmət olunması və sakitləşdirilməsi lazım olan “ruhları” olduğu düşüncəsi) işarət etməsi mümkün ola biləcək heyvan təsvirlərinə  rast gəlirik. Bu heyvan görkəmli şəkillər yalnızca qəbilə totemlərindən ibarət deyilsə və necəsə ilahi olanın təzahürlərinə işarət edirsə, Misir tanrılarının təkmilləşməsində mənalı bir mərhələni təmsil edirlər.
Narmer palitrasının ön hissəsi, Royal Ontario müzeyi , Kanada

İlahi olanın heyvan görkəmində təzahür edəbiləcəyi düşüncəsi, Xanədanlıq Öncəsi dönəmin sonunda heyvanların tamamən insan kimi hərəkət edərkən göstərilməsi, Misir tanrılarını təmsil etmələri üçün həyati bir ilkin şərtdir.

Bu keçid zamanına (e.ə. təqribən 3000) aid edilən məşhur Narmer Palitrası bu vəziyyətin açıq-aşkar nümunələrini təqdim edir. Palitranın arxa üzündə bir əsir tutan qızılquş, ön üzündə bir şəhərin divarlarını dağıdıb, düşməni əzən öküz görünür. Uzun boyunlu serpopardlar (ilan-leopardlar) da təsvir edilir və bu səhnələrin üstündə, hər iki tərəfdə insan və inək xüsusiyyətlərini birləşdirən inək başlı bir tanrının iki vizual görüntüsü görünür – şübhəsiz bu onun önəmini göstərir. Burada və bu dövrün digər əşyalarında heyvan görkəmli ilahlar vardır və bir çoxu bu günə qədər gəlib çatmışdır.

İnsan görkəmli tanrılar

Digər tərəfdən insan görkəmli tanrıların bu dövrdə, yoxsa daha sonra ortaya çıxdıqları mübahisəlidir. Naqada Dövrü və daha öncəsinə aid arxeoloji tapıntılarda gildən ya da fil dişindən kobudca şəkilləndirilmiş insan görkəmli fiqurlar vardır, amma bunlar tanrı olaraq şərh edilmiş olmalarına baxmayaraq Peter j.Ucko-nun geniş araştırması bunu göstərir ki, bu fiqurların geniş bir istifadə və məna çeşidliliyinə sahib olmaları mümkün ola bilər və birmənalı olaraq bir tanrını təmsil etdikləri qəbul edilməz.

Misirdə bilinən ən qədim insan görkəmli ikonların bəziləri. ll Naqada dönəmindən qalan bu boyalı torpaq qadın fiqurunun qollarının buynuzabənzər əyrililikdə olduğu, insan şəklini heyvan xüsusiyyətləri ilə qarışdırmış kimi görünür. Brooklyn incəsənət muzeyi

Tarixi dövrün başlanğıcında insan şəklində, sitayiş edilən Min və Neit kimi tanrılarla əlaqəli sübutlar var, amma insan görkəmli tanrılar anlayışı Misirdə yavaş mənimsənilmiş kimi görünür. Müəyyən mənada heç bir zaman tam məninsənilməyib. Çünki Misir tanrı və ilahələrə, Misir tarixi boyunca əsasən heyvan başlı ya da gövdəli mələz görkəmlər gözü ilə baxılırdı. Nümunə olaraq ilahə olan Hathor, insan görkəmli forma verilən ilk ilahlardan biri imiş kimi görsənir, amma o belə müqəddəs heyvan inəyin buynuzlarını qorudu və ortaya çıxdıqdan sonra min il boyunca inək görkəmində təsvir edildi.

Təməl və siyasi ehtiyaclar

Müəyyən hadisələr və təbii vəziyyətlər üzərində güc sahibi olan fərdiləşmiş tanrılar anlayışının inkişafı əsasən dünyanın və insan kövrəkliyinin idarəsini hansısa üsulla ələ alma arzusunun təkmilləşməsi ilə bərabərzamanlı qəbul edilir. Bu mövzuda ilk insan cəmiyyətlərinin ehtiyacları hər yerdə eyniydi (və tarix boyunca xüsusi olaraq dəyişmədi). Amma qədim dövrdə insanların vəhşi heyvan hücumlarına və təbiət güclərinə qarşı kövrəkliyi gedərək əzabdan və yoxluqdan qurtuluş kimi uzun müddətli ehtiyacların şüurunda olmalarına yol açmış olabilər.

E.ə 3000-ci illərdə mərkəzi bir idarəçilik yarananda, Nil vadisinin qədim əhalisi üçün dərk edilən ehtiyaclar ilə həqiqi ehtiyaclar sürətli bir şəkildə dəyişmişdir olabilə. İlahi kral kultunun bərabərində milli ilahlar da var olmağa başladı. Con Baynesin (John Baines) işarət etdiyi kimi, xanədanlığın yaranması və bunun nəticəsində Misir dövlətinin yaranması fərqli məqsədləri və ehtiyacları birləşdirən yeni bir diqqət mərkəzi təmin edərək qədim dini həqiqətən dəyişdirdi. Əslində deyilə bilər ki, bu nöqtədən etibarən Misir tanrılarının “körpəliyi” sona çatmışdı və sonrakı 3000 illik tarixi inkişaf Misir dininin təməl təbiətini köklü  şəkildə dəyişdirməyəcəkdi.

Mənbələr:

1.http://www.antiktarih.com/2018/11/18/misir-dini-ve-tanrilari/

2. http://www.antiktarih.com/2018/12/12/misir-tanrilarinin-dogusu/

Redaktə etdi: Yaqubov Şəhriyar

  1. red. Öyrənilmiş, bizə məlum olan tarixdən
  2. Həmçinin oxu: Transsendent,Transsendental, Emanasiya nədir? // Fəlsəfə lüğəti

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...