Qədim Romada Etrussk mədəniyyəti

Post date:

Author:

Category:

Qədim Roma Etrussk mədəniyyəti

Antik mədəniyyətin tərkib hissələrindən digərini Roma mədəniyyəti təşkil edir. Əsasən yunan
mədəniyyətinə istinad edən bu mədəniyyət dünyaya sırf Roma dövlətinə xas olan yeni bir mədəniyyət bəxş
etmişdir. Qədim Roma özünün çiçəklənmə çağında Aralıq dənizini bütövlükdə əhatə edərək Yunanıstanı özündə
birləşdirməklə öz mədəniyyəti ilə Avropanın bir çox hissəsinə, Şimali Afrikaya, Yaxın Şərqə təsir edirdi.
Dövlətin mərkəzini Aralıq dənizində yerləşən İtaliya təşkil edirdi.
Apennin yarımadasının ərazisindəki Etrussk sivilizasiyası çox qədim tarixə malikdir. B.e.ə. I minillikdə
Mərkəzi və Şimali İtaliyada etrussklar romalılardan çox-çox əvvəllər öz şəhər-dövlət federasiyalarını
yaratmışlar. Daş divar və binaları, küçələrin dəqiq planlaşdırılması bu şəhərlərin əsas xüsusiyyətlərindən idi.
Etrussklar memarlığın inkişafına təkan verənlər olmuşlar.
Roma rəqəmlərinin kəşfi etrussklara məxsusdur. Latın əlifbasının mənşəyi də etrussklardan gəlir.
Arxeoloji qazıntılar etrussklara məxsus mədəniyyət abidələrini üzə çıxarmışlar. Divar naxışları ilə
bəzədilmiş sərdabələr, sarkofaqlar, qəbir daşları, silah, zərgərlik məhsulları, məişət avadanlığı, tunc
heykəltəraşlığına aid nümunələrin tapılması etrussk mədəniyyətini sübut edən abidələrdir. Etrusskların təsviri
sənətinə realizm xüsusiyyətləri xas olmaqla, daha həyati keyfiyyətlərin ötürülməsinə cəhd göstərilmişdir. Bu
xüsusiyyət, daha çox portret janrına aiddir. Məhz etrusskların təsiri ilə portret janrı sonralar daha da
təkmilləşmişdir.
Arxeoloji qazıntılar nəticəsində 10 minə yaxın yazı nümunələri tapılmışdır. Bu yazılardan yalnız bir neçə
sözün açılışına nail olunmuşdu ki, bu da etrusskların özünəməxsus dili olduğuna dəlalət edir.
Etrusskların məişət və mədəniyyətində dinə xüsusi münasibət mövcud idi. Xüsusilə, qədim romalılar olan
etrussklarda fala baxma sənəti özünəməxsus şəkildə inkişaf etmişdir. Etrussklar heyvanların daxili orqanlarının
vəziyyəti, quşların uçuşuna, təbiət hadisələrinin gedişi əsasında taleyazma xüsusiyyətinə malik idilər. Allahlar
panteonu qədim yunanlar ilə oxşarlıq təşkil etsə də, etrussklar bir çox xeyir və şər iblislərinə etiqad edirdilər.
Etrussk mədəniyyətinə İtaliyaya Böyük kalonizasiya nəticəsində (b.e.ə. VIII-VI əsrlər) gəlmiş yunanlar da
əhəmiyyətli dərəcədə təsir göstərmişlər. Etrussklar keramika sənətində onların tətbiq etdikləri bəzək və naxışlardan
istifadə edir, yunanların mifik qəhrəmanlarından bəhrələnərək öz qəhrəman obrazlarını yaradırdılar. Öz
növbəsində etrussklar italyan tayfalarının birləşməsinə də təsir göstərdilər. Bunlardın biri Apennin yarımadasının
mərkəzi hissəsində yaşamış Latsiya ərazisində yaşamış latınlar idi.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

19,107FansLike
2,050FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...