Hələ həyatın ilk yarandığı dövrlərdə canlılarda cinsiyyət ayrılması baş verməmişdi. Cinsiyyətin təkamüldə yaranmasının ən əsas səbəbinin, növ içərisindəki adaptasiya qabiliyyətinin artırılması və iş bölgüsünün təmin edilməsi olduğu düşünülməkdədir. Çünki, indiki vaxtda belə, cinsiyyətin təkamül müddəti içərisindəki müvəffəqiyyətlər valideynlər təsiri nəzərə alınaraq araşdırılır.

Ortaya çıxan nəticələrdən görülür ki, hər bir fərdin hayatı öz genlərini övladlarına ötürməkdən ibarətdir. Belə də demək olar ki, sizlər yalnız valdeynlərinizin genlərini öz övladlarınıza ötürmək üçün bu dünyaya gəldiniz. Təbiətin ən sarsıdıcı gerçəklərindən biridir bu!

Bioloji həyatın mahiyyətinin gen ötürməsi olduğunu xatırlatdıqdan sonra, bu qədər təkamül həngaməsinin sadəcə cinsiyyət üzərindəmi qurulduğunu düşünürsünüz? Elə düşünürsünüzsə, təəssüflər olsun ki, doğru düşünürsünüz. Bizlər sadəcə daşıyıcı rolunu oynayırıq. Həm də ürəyinizi sıxmayın, hələ də həyatımızı bu eqoist genlərə borcluyuq. Qeyri-adi məna və məqsədlər axtarmaqdansa, naturalist olmağa çalışın.

Təkamül müddəti içərisində orqazm kimi fizioloji proseslərin qazanılması, bu gen ötürülməsini daha mürəkkəbləşdirdi və bununla bərabər cinsi seçmə qədər önəmli təkamül mexanizmlərinin yaranmasına səbəb oldu. İnsanlarda sosial həyatın yaranması seksin bir bioloji prosesdən çox insanlar arasında bir növ empatiya olaraq formalaşmasına səbəb oldu. Bununla yanaşı bəzi problemlər də özünü göstərməyə başladı. Bəzi məməlilərdə cinsi birləşmə, hormon sintezini başladar və ovulyasiya üçün lazımlıdır.

Journal of Experimental Zoology ‘də nümayiş olunan bir məqalədə, qadın orqazmının keçmişinə dair araşdırmalar edilmiş və primitiv dişi məməlilərdə də cinsi birləşmə əsnasında ortaya çıxan bənzər bioloji reaksiyalar təqib edilmişdir.

Aristoteldən bəri, araşdırmaçılar qadın orqazmının bioloji və funksional məqsədlərinə dair araşdırmalar edirlər. Məməlilərin çoxalma biologiyasının böyük səviyyədə müxtəlifliyinə baxmayaraq, bəzi xarakteristikalar məməli təkamülü ərzində dəyişmədən də qala bilər. Məsələn, qadınlardakı ovulyasiya dövrü, seksual fəaliyyətdən aslı deyil. Digər tərəfdən, digər məməli növlərindəki ovulasiyaya isə kişi fərdlər səbəb olur. Yəqin ki, pişiklərin çoxalması haqqında məqalələri oxumusunuz. Kişilər sperma ifrazı üçün orqazm olmaq məcburiyyətindədirlər, ancaq qadınların hamilə qalmaq, ya da yumurta hüceyrənin uşaqlıq borusuna düşməsi üçün orqazm olmağa ehtiyacları yoxdur. Bəzi araşdırmaçılar, orqazmların çoxalma baxımından fizioloji funksiyalarının əhəmiyyətli olduğunu irəli sürürlər. Orqazm yaxşı hiss etdirir, beləcə də partnyorların daha çox seks edə bilməsinə səbəb yaradır. Araşdırmada əldə edilən analizlər; erkək tərəfindən dişilərdəki ovulasiyanın başladılmasının əvvəl təkamül keçirdiyini və periodik, ya da özbaşına gələn ovulasiyanın isə daha sonra insanlarda təkamül edən, törəmiş bir xüsusiyyət olduğunu göstərir.

Qadın orqazmının mexanizmi.

Yale Universitetindən, təkamülçü bioloq Günter Wagner və Cincinnati Children’s Hospital Medical Centerdən Mihaela Pavliev, dişi orqazmının ovulasiyadan necə ayrıldığını anlaya bilmək üçün primitiv məməliləri daha kompleks məməlilərlə müqayisə etdi.

Tək halda yaşayan heyvanlarda (məsələn pişiklər və dovşanlar) erkəklərin səbəb olduğu bir ovuliyasiyaya (cinsi birləşmə əsnasında yumurtalıqdan inkişaf etmiş bir yumurta hüceyrə ayrılır) təcrübələrlə rast gəlinmişdır. Araşdırmaçılar, bu vəziyyətin kişilərin boşalmasına bənzər bir fizioloji reaksiyaya olduğuna dair dəlillər olduğunu irəli sürürlər. Belə ki; bu heyvanlarda ovulyasiya zamanı prolaktin adlı bir hormon ifrazı baş verir. Bu prosesi neyro-endokrin boşalma olaraq adlandırılar.

Lakin, qadınlar da orqazm olduqlarında aybaşı (ovulyasiya) olmasalar belə prolaktin ifraz edərlər. Yeni edilən bu araşdırma, dişi orqazmının və bu hadisəylə paralel gedən hormon ifrazının əcdadlarımızdan bir çoxalma funksiyası qalığı olduğunu ortaya çıxarır. Çünki insanlar və primatlar kimi digər yüksək təkamüllü məməli heyvanlarda özbaşına yaranan bir yumurta hüceyrə oldduğu müşahidə edilir. Erkək-səbəbli ovulyasiya, özbaşına baş verən ovulyasiyaya evulyasiya etdikcə, dişi orqazmı da insan çoxalmasında nəzərə çarpan bir rola sahib olmamasına baxmayaraq, başqa bir məqsədi reallaşdırmağa başladı. Araşdırmaçılar ayrıca, ovulasiyanın orqazma dayanması durduqca, klitorun da vaginal kanal içərisindəki mövqeyinin dəyişdiyi nəticəsinə gəldilər.

Yəni qadın orqazmı da eynilə kor bağırsağın apendiks çıxıntısı kimi təkamülün qalığıdır (rudiment ). Wagner,  bunun bir zamanlar əhəmiyyətinin olduğunu, ancaq indi partnyorlar arasındakı psixoloji bağın yaradılmasından başqa rolunun olmadığını söyləyir. Bu nöqtədə də araşdırmaçılar, qadın orqazmını insanın musiqidən zövq almasına bənzədir.

Digər tərəfdən, qadın orgazmı təkamüldə rudiment olar keçmiş olmasının xaricində, insanlarda hələ ovulyasiyanı sürətləndirə bilir, lakin bu da yalnız ovulyasiya bir saat içərisində reallaşsa, mümkün ola bilər.

 

Klitor olmasa, penis də olmaz.

a0e4d2d2968096b61c669fa290477da3

Qadın orqazmı bioloji funksiyasını itirmiş ola bilər, ancaq yenə də varlığını qorumalıdır. Çünki, klitor və penis, embrionun eyni hissəsindən inkişaf edir. Əgər önümüzdəki təkamül müddətində klitoris yox olarsa, penis də yox ola bilər. Penisin yox olması da spermanın qadın bədəninə təbii yollardan daxil olmasını ortadan qaldırar. Bu səbəbdən, hər nə qədər süni mayalandırmaq kimi medikal üsullarla çoxalmaq imkanımız olsa da bu vəziyyət insan irqinin gələcəyi üçün bir təhlükə ərz edə bilər.

Digər tərəfdən, kişilər də bənzər bir səbəblə döş uclarına malikdir və kişilərdəki döş ucları seksual həzzi artırmasından başqa heç bir rola malik deyil. Bu döş ucları da embrion inkişafından törəmiş bir qalıqdır. Ancaq döş ucları dişilər üçün zəruridir və bu səbəblə də erkək anatomiyasında da təzahür etmişdir.

Şübhəsiz ki, bu gün insanlar çoxalma baş vermədən sosial əlaqə olaraq sekslə məşğul olur. Bu zaman məqsəd heç də çoxalmağa xidmət etmir. Yuxarıda da dediyimiz kimi klitor qadınlarda rudiment olduğu üçün, qadınların 5%-ində orqazm olmama kimi hallar müşahidə edilir. Bu zaman klitor oyanıqlılığa malik olmur.

Nəticə olaraq təkamüldə, qadın orqazmı, çoxalmağa köməkçi olmanın kənarında təkamül göstərmiş ola bilər, ancaq yenə də cinsi birləşmədə böyük əhəmiyyətə malikdir. Orqazm, qadının yaxşı hiss etməsinə və partnyorlar arasındakı bağın güclənməsinə səbəb ola bilər.

 

Orqazm cinsi orqanla deyil, beyinlə olur.

Nevroloqlar, bu vizualda, beynin orqazm əsnasında necə aktivləşdiyini göstərir. Nəticələr olduqca maraqlıdır. Orqazm zamanı  beyin pilləli olaraq aktiv hala gəlməkdə və fərqli bölgələri işləməkdədir.

Orqazmın ilk dəqiqəsində beynin cinsi toxunma korteksi, talamus və motor hərəkətlərimizi idarə edən hissələr fəaliyyət göstərir. Bunlar, orqazma səbəb olan toxunmanı qəbul etmə, bunu beynin fərqli bölgələrinə çatdırma və buna reaksiya vermə müddətlərini nəzarət etmə məqsədiylə aktiv olurlar.

2.5 dəqiqə qədər sonra elektrik siqnallarının sayı və şiddəti artmağa başlayır. Beynin daha bir çox bölgəsi xəbərdar edilir və həzz gedərək artır. Mühərrik fəaliyyətlərin artmasıyla əzələlərin tonusu artmağa və azalmağa başlayır.

5-ci dəqiqədən etibarən siqnallar dalğayabənzər bir hərəkətə başlayırlar və beyini ritmik olaraq xəbərdar edərlər. Hipotalamus, nukleus akumbens və kaudat nüvə aktiv hala gəlir. Bunların fəaliyyəti, həzzin pik nöqtəyə çatmasına səbəb olur. Beyin, girilən fəaliyyətdən ötəri özünü mükafatlandırmış olur. Bu da, beyinin və bu səbəbdən psixoloji halın stabil ola bilməsi üçün ana şərtlərdən biridir. Bu müddətdə beyinin demək olar hər nöqtəsi aktivləşir. Əzələlərin fəaliyyəti ən yüksək nöqtəyə çatır, bəzən isə nəzarətsiz təqəllüslər meydana gəlir. Orqazm ruhi vəziyyətə yaxşı gəlirsə, o zaman dahi Avstriyalı psixoanalizçi Ziqmund Freydi indi çox gözəl anlamaq olar.

Müəllif: Hikmət Həmdullayev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here