“Qara qızıl” – Neftin tarixi

Post date:

Author:

Category:

Neftin fiziki və kimyəvi xassələri

Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələrə də rast gəlinir. Adətən neft qara rəngdə olur. Lakin bununla yanaşı qırmızı, yaşıl, kəhrəba, mavi və şəffaf rənglərdə də ola bilir. Neftin rəngi tərkibində olan qətranlı maddələrin rəngindən, sayından və növündən asılıdır. Şəffaf və yaxud ağ neft əsas etibarilə qaz kondensatıdır.

Neft necə əmələ gəlir?

Bu sual hələ XX əsrdə iki rəqib nəzəriyyə – neftin biogen abiotik genetikası yarandığı zaman yaranmışdı. Biogen nəzəriyyəyə əsasən neft – qədim bioloji orqanizmlərin, heyvanların və bitkilərin qalıqlarından əmələ gəlib. Abiotik nəzəriyyəyə görə isə neft – Yerin təkindəki kimyəvi reaksiyaların nəticəsidir. Bu da neftin əsasən çökçüş dağ suxurlarında cəmlənməsini izah edir. Bu nəzəriyyəyə görə nefti məhz belə çökmə suxurlarda axtarmaq lazımdər və neft ehtiyatları tükənəndir.

Biogen nəzəriyyəsi nöqteyi-nəzərindən biokütlənin neftə çevrilməsi milyon illərlə davam edib.  Bu nəzəriyyəyə görə neft və qaz fosil yanacaqlarıdırlar. Fosil yanacaqları milyon illər əvvəl yaşamış bitki və heyvanlardan əmələ gəlir. Bizim bu gün çıxardığımız neft və qaz 10-160 milyon il öncə əmələ gəlmişdir. Dənizlər və nəm ərazilər bakteriya və fitoplankton və zooplankton adlı mikroskopik heyvan və bitkilərlə zəngindir. Həmin canlılar öləndə suyun dibinə çökürlər və üzvi maddələrin qalın laylarını formalaşdırırlar. Bu laylar yavaş-yavaş palçıq, qum və digər mineral çöküntü layları ilə örtülür. Bu tortalı (sedimentary) lay (dənizin dibini təşkil edən palçıq və qumdan ibarət olan lay) adlanır.

Laylar (qum,palçıqdan ibarət olan) qalınlaşdıqca,təzyiq və temperatur da həmçinin artır. Üzvi maddədə hava yoxdur, lakin oksigensiz yaşaya bilən anaerob bakteriya üzvi maddəninin tərkibini dəyişməyə başlayır. Bu baş verdikcə, qum və palçıqla örtürülmüş mum,yağ və neft kerogen adlanan tünd ləkələr formalaşdırır. Kerogen təbiətdə tapılan, bərk, həll olmayan üzvi maddə olaraq, daş mənbə süxurlarında rast gəlinir və qızdırıldıqda neft əmələ gətirə bilir. Kerogenin tipik üzvi tərkib hissələri dəniz yosunu və ağac mənşəli bitki materialıdır. Kerogen bitum və ya həll olan üzvi maddəyə nisbətən yüksək molekul kütləsinə malikdir. Bitum neftin yaranması zamanı kerogendən əmələ gəlir.

Bu formada neft və qazdan ibarət olan süxurlar  qaynaq süxuru (source rocks)  adlanır. Diaqramda qaynaq süxurunun ən aşağı layda olğunu görə bilərsiniz. Dərinliyə getdikcə temperatur daha da artır. Karbohidrogen zənciri qısalır odur ki yüngül neft və qaza parçalanır.

Biz bilirik ki, neft və qazın sıxlığı suyun sıxlığından azdır buna görə də, bu yolla formalaşan neft və qaz yavaş-yavaş yuxarı məsaməli süxura (porous rock, daha böyük boşluğu olub-bu boşluqlar porous-məsamə adlanır-,maye və qazı keçirməyə qadir olan süxur.) doğru qalxır.

Bu məsaməli süxurlar qaynaq süxurların üzərində yerləşən reservoir rock- rezerv süxurlarıdır. Neft və qaz impermeable trap- sızdırmayan qat(maye və qazın keçməsi mümkün deyilvə ya cap rock- qapaq süxur adlanan qat  ilə üzəri bağlanır. Neft və qazı çıxarmaq üçün bu süxur deşilməlidir.

Abiotik nəzəriyyə isə neftin təbiətinin kimyəvi proseslərlə izah edir. Onlara görə bu su buxarı, karbon qazı, hidrogen-sulfid, azot, hidrogen və s.dir. Dmitriy Mendeleyev bu nəzəriyyənin fəal tərəfdarı idi.  O belə hesab edirdi ki, bu proses bütün planet üzrə davamlı olaraq baş verir. Kristallarda və maqmatik suxurlarda neftin tapılması, neftdə yüksək metal tərkibinin olması bu nəzəriyyənin lehinə düşünməyə səbəb olur. Bu müşahidələri biogen nəzəriyyəsi nöqteyi-nəzəri ilə izah etmək çətindir.  Bu nəzəriyyənin gəldiyi nəticə odur ki, istənilən çatlaq suxur neft tapılması üçün yaxşı perspektiv ola bilər. Bundan başqa, neft heç vaxt tamamilə tükənməyəcək. O daim planetin dərinliklərində əmələ həlir.

Neft sözünün etimologiyası

Neft sözünün şərq mənşəli olduğu yəqin ki sizləri çox da təəcübləndirməz. Neft sözünün mənşəyi rus mənbələrində farslardan türk dilinə keçmiş naft, yəni neft sözündən gəldiyi yazılır. Neft sözünün mənşəyi, neft sözünün etimologiyası bizim mənbələrdə: ”Qədim (e.ə IX-VI əsrlər) Midiya dilinə məxsus “nafata” kimi ifadə edilən söz olub, ilkin mənası “sızıb üzə çıxan” deməkdir. Nafata “nafta” forması naftalin, naftalan kimi sözlərdə hifz olunub (Bəşir Əhmədov. Etimologiya lüğəti). Qərbi avropa dillərində neft üçün başqa adlardan istifadə edirlər- petrol, petroleum,peatrole. Orta əsrlərdə latın dilində istifadə olunan petroleum sözü  yunan mənşəli alınma bir sözdür.  Yunan dilində petra “daş, qaya” oleum “yağ” deməkdir. Qısaca, petroleum “yağlı daş” mənasına gəlir.

Neftin ilkin istifadəsi

Arxeolojik qeydlərdə neft sənayesinə ilk dəfə indiki İraqın Xit şəhərinin yaxınlığında rast gəlindiyi qeyd olunur. Xit şəhəri Fərat çayının sahilində yerləşən və yerlilər tərəfindən Qatran Fontanı (Fountains Of Pitch) kimi tanınan neft sızıntısının olduğu bir yerdir. Burada asfalt (xam neftin işlənməsi nəticəsində tərkibində ağır metalların və kükürd olan yan məhsul. ) düz 6000 il bundan əvvəl tikinti daşları arasında həvəng kimi istifadə olunmaq üçün çıxarılırdı. Asfalt həmçinin hamam, dulusçuluq və gəmiçilik işlərində sudan qoruyucu maddə kimi də istifadə olunurdu.

Babillilər gəmilərini asfaltla suvayırdılar. Mesapotamiyada 4000 il ərzində gəmiləri suvamaq üçün, bəzək əşyaları və mozaika üçün çərçivələrin hazırlanmasında  və silahların dəstəklərini möhkəmləşdirmək üçün yapıştırıcı maddə kimi istifadə edilmişdi. Misirlilər isə onu ölülərini mumyalamaq üçün istifadə edirdilər, babilistanın divarları və məşhur piramidlər də bu yapışqan maddənin vasitəsilə bir-birinə  tutunmuşdu. Neft əsasən yer səthinə buxar şəklində sızır və onun arxasınca bitum torpağı tərk edir. (Bitum– karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. Bu məvhum müxtəlif məna daşısa da çox hallarda neft və onun törəmə məhsullarının adlandırılmasında istifadə olunur. Qədim zamanlarda bitum deyildikdə meftin bərk və qatı xəmirəbənzər foması başa düşülürdü.)

Figure 1. Examples of a typical blackened mummy part (a; female adult RMO 41) compared with another mummy (b; male adult (RMO 40). (c) ‘Resin’ lump with attached thread from the right ankle of female adult (332–30 BC; NMS 1956.352) example of sample used in 14C determinations. (d) Extensively blackened adult male XXI dynasty mummy (1064–948 BC, BM 6660). (Online version in colour.)
https://royalsocietypublishing.org/doi/10.1098/rsta.2016.0229

Min illər boyu bu maddə gəmi qayırma və ya dulusçuluqda  üçün sudan qoruyucu maddə, kərpic yapıştırıcı maddə kimi istifadə olunmuşdur. Hətta bitumun Musanın səbəti üçün örtük kimi istifadə edilməsinə və Nuhun gəmisinin iç  və çöl hissələrinin  bununla qətranlanmasına dair məlumatlar var. Təbii  neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. İlk dövrlərdə bitum sement və qatışıq kimi qatrana verilən ad idi. Təxminən 2000 il bundan əvvəl insanlar Çində neft və təbii qazdan artıq isinmək və işıq üçün istifadə edirdilər. Onlar qazı bambuk borularında daşıyırdılar.

Qədim farslar, 10-cu əsrdə yaşamış Sumatralılar və Kolumbdan əvvəlki hindular neftin müalicəvi faydalıları olduğuna inanırdılar. Marko Polo Xəzər dənizi bölgəsində dəvələrdə podaqra (gut) xəstəliyinin müalicəsi üçün istifadə edildiyini kəşf etmiş və Venesueladan (1539-cu ildə) ixrac edilən ilk neft  Müqəddəs Roma İmperatoru V Çarlzın podaqra xəstəliyinin müalicəsinə görə  olmuşdu. Amerikanın yerli xalqı da nefti dərman kimi istifadə etmək üçün onu yığırdı. Daha sonra onlar neftin suda çoxlu çirklənəməyə səbəb olduğunu görüb lampalarında yanacaq olaraq istifadə etmək üçün toplamağı öyrəndilər.

Sakramento yaxınlığında yaşayan hindular qatranı (asfaltı) səbətlərini (kisə) sudan qorumaq və sabunotu bitkisinin çubuqlarını yapışdırmaq üçün (süpürgə və yaxud da fırça hazırlanmasında) istifadə edirdilər. Həmçinin sərt qatranlar (asfaltları) ox ucluqları və bıçaqların iti ucu  üçün ağızlıq kimi də istifadə olunurdu.

Şimali Kaliforniyada Mattole Vadisində  sahildəki qonşuları da həmçinin ziftdən hava keçirməz kisələr, ox ucluqlarını taxtadan hazırlanmış gövdələrini yapışdırmaq üçün və bəzi mənbələrdə öskürək, soyuqdəymə, kəsikələr və yanıqların mülicəsində istifadə etdikləri söylənilir.

Görünən odur ki, neftin indiki dəyərinə gəlib çatmasına hələ xeyli müddət lazım olub. İnsanlar nefti o dövrdə yerin üz qabığına yaxın hissəsindən toplayır və bəsit işlər üçün istifadə edirdilər. Neft o zamanlar insanlarda ya narahatlıq (iyə görə və yaxud da heyvanların içdiyi suyu çirkləndirdiyi üçün ) ya daki qorxu hissi(anidən baş verən partlayışlar) yaradırdı. Hətta o dövrlərdə insanlar su və duz əldə etmək üçün yeri qazanda ordan neft çıxdıqda hər yeri məhv etdiyi üçün qəzəblənir və meyus olurdular. Yəni daha çox nefti heç kəs istəməzdi odur ki, neft əldə etmək üçün yeri qazmaq da heç kəsin ağlına gəlmirdi.

Ancaq bir sıra tarixi amillər işlərin gedişatını dəyişdirdi. 1854-cü ildə icad olunan kerosin lampası, nəticəsində benzinə ilk geniş miqyaslı tələbat yarandı. (Kerosin əvvəlcə kömürdən hazırlanırdı, lakin 1880-ci illərin sonlarına doğru kerosin tələbatının çox hissəsi artıq xam neftlə ödənirdi.) Neft əldə etmək üçün quyu qazmaq üsulunu ilk dəfə nyu-yorklu hüquqşunas Georg Bissell tətbiq etmişdir. Bissell nefti analiz etdirərək, onun bir çox faydalı keyfiyyətlərini aşkar etmişdi. 1857-ci ildə Bissell özünün neft mülkiyyətinin bütün işlərini Edvin L.Dreykə həvalə edir.

Edwin Laurentine Drake (29 mart 1819 – 9 noyabr 1880)

Dreyk isə neft axtarışı məqsədilə qazma işlərinə başlayır. Amma qazılan bütün quyulara torpaq dolurdu. Sonradan Dreykin ağlına belə bir ideya gəlir ki, qazılan quyulara torpaq dolmasin deyə, quyulara dəmir borular salmaq lazım idi. Elə o zamandan indiyədək bu üsuldan istifadə olunur…
İlk neft buruğu 1859-cu ildə 21 metr dərinliyində qazılmışdır. Dreyk quyunun dibindəki tünd rəngli mayeni yoxlamış və bunun xam neft olduğuna tam əmin olmuşdur. Qazma üsulu ilə xam neft əldə edən ilk şəxs məhz elə Dreyk olmuşdur. Və budur 1859-cu ildə Pensilvaniyanın Tutisvill şəhərində Polkovnik Edvin Dreyk ilk uğurlu quyunu qazdı və xam neft istehsal etdi. Bəzilərinin “Drake nin axmaqlığı” adlandırdığı şey müasir neft sənayesinin başlanğıcı idi. Bu məlumat bütün dünyaya yayılır. ABŞ-ın hər bir yerində, əsas da Kanada və Avropada neft axtarışlarına başlanılır.

Mənbə:

http://www.dnr.louisiana.gov/assets/TAD/education/BGBB/2/ancient_use.html
https://www.bizimyol.info/news/45658.html

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...