Qırmızı qapıları qaraya boyamaq istəyənlər

Post date:

Author:

Category:

Full Metal Jacket“, “The Devil’s Advocate” kimi filmlərin son səhnələrində bütün filmin məcmuəsini bir növ daha da mənalandırmaq üçün istifadə edilən “Paint it, Black” mahnısı bizə nə demək istəyirdi?

6 may, 1966-cı il çıxışlı bu əfsanəvi mahnının 250-dən çox coveri olduğu deyilir. Bunların 95%-ni studiyoda yazılmış coverlər təşkil edir. Rəqəmlərin bu qədər çox olması mahnının möhtəşəmliyindən savayı məşhurluğundan da xəbər verir. Fəqət mənasını bilənlər olduqca azdır. Demək istədiyim, həqiqi mənasını.

“Paint it, Black” və Vyetnam müharibəsi

Vietnam War

Con Lennon (John Lennon)un “20-ci əsrin ən möhtəşəm bəstəsi” adlandırdığı bu mahnı Vyetnam müharibəsi dövründə amerikan əsgərlərin ən çox dinlədiyi bəstə olduğu güman edilir. Və məntiq yürüdəndə “Full Metal Jacket” kimi Vyetnam müharibəsini mövzu alan filmlərdə işlədilməsi bizə təsadüfi görünmür. Elə ona görə də mahnının mənası ilə bağlı yürüdülmüş mülahizələrdən biri də budur.  Vyetnam müharibəsi 1960-cı illərdə amerikan xalqının qarşı çıxdığı bir müharibə idi. 70-ci illərdə isə xalq bir mənalı olaraq düşünürdü ki, o qədər əsgər səfərbər edərək sadəcə böyük bir səhv ediblər. Heç şübhəsiz, müharibə və onun səbəb olduğu ölümlər insanların ağlından çıxmaq bilmirdi.

I see a line of cars and they’re all painted black
With flowers and my love, both never to come back.

“Qaraya boyanmış bir cərgə maşın gördüm,

Güllər və sevgilim, heç biri geri dönməyəcək.”

 

Ölümlə mübarizə aparmaq Vyetnam müharibəsi dövründə gündəlik bir rutin idi və bütün qəm və kədər bu mahnının ilk bəndində bir cənazə formasında əks olunur. Bir çox insan üçün ölüm və cənazə nadirən baş verən hadisə sayılırdı, lakin mahnı üçün ölümlər və cənazələr ən az hər gün doğulan uşaqlar kimi normal və gündəlik idi. Qrupun solisti Mik Cəger (Mick Jagger)in oxuduğu kimi  “It just happens every day (Bu, hər gün baş verir)”.

Depressiya burulğanı

Daha fərqli bir bucaqdan isə  sevgilisinin ölümünün gətirdiyi qəm-qüssə ilə hadisələri bizə danışan bir hekayəçini eşidirik. O, dəliqanlı bir cavan kimi içində hiss etdiklərini çölə vurmaq üçün hər şeyi qaraya boyamaq istəyir. Kuliminasiya nöqtəsinə gəldikdə müqəddəs nisbətlər sərhədinin apokaliptik qaranlığında Günəşi göy üzündən silmək istədiyini bildirir.

Bu üsyanlar ilk eşqinin itkisi ilə mübarizə aparan bir gəncin səsi də ola bilər, bundan daha çoxu da. Və birinci hissəyə də nəzərən hekayəni danışan sivil bir gənc də olması mümkündür, fəqət Vyetnam müharibəsindən qayıdan əsgər olmadığını deyə bilmərik.

Posttravmatik stress pozuntusu  

1970-ci illərdə Posttravmatik stress pozuntusu (PTSP) Vyetnam müharibəsindən qayıdan veteranlar üçün çox tanış bir zəiflik idi. Əgər müharibədən sonra veteranlar gördükləri partlayışlara, qan burulğanına qarşı psixoloji gücünü itirirsə, yenə də tam sağalmadan evlərinə dönmək məcburiyyətində qalırdılar. Evə qayıda biləcək qədər şanslı idilərsə, əlbəttə.

 

PTSP-un əsas simptomları isə davamlı pis xatirələrin yada düşməsi, gecə qarabasmalarla oyanmaq, yaşanan hadisəni xatırladan obyekt və yaxud subyektlərə qarşı qəfil reaksiyalar və sairədir. Və mahnıda bunları hekayəni danışan tərəfindən bu cür eşidirik.

“I see the girls walk by dressed in their summer clothes
I have to turn my head until my darkness goes […]
I see people turn their heads and quickly look away.”

“Yay paltarlarında  gəzən qızları gördüm

Qaranlıq gedənə qədər başımı döndürməli idim

Başını döndürüb baxışlarını qaçıran insanları gördüm”

Gənc veteran bu “yay geyimli” qadınlarla flört etmək əvəzinə qəflətən yadına düşən xatirələr tərəfindən boğuldu. Hekayə danışan depresiv bir ruh halı ilə ətrafında olan bütün insanları qovur, lakin evdəkilərin onu xoş qarşılamamaqları üçün də bir səbəbləri olduğunu bilir. İkinci Dünya müharibəsi veteranları evlərində qəhrəman kimi qarşılanan zaman Vyetnam müharibəsi veteranları təcrid olunur, nifrət və aşağılayıcı sözlərlə qarşılaşır, hətta müharibənin səbəbkarı onlar imiş kimi günahlandırılırdılar. Hekayəçi “I see people turn their heads and quickly look away (Başını döndürüb tez-tez baxışan insanları gördüm)” deyə bildirərkən onların bu soyuq davranışlarını yalnızlıq və təcrid edilmənin yanında gətirdiyi paranoyanı əlavə edərək görər.

Bütün dünyasını qara görənlər

“Maybe then I’ll fade away and not have to face the facts
It’s not easy facing up when your whole world is black.”

Bəlkə də, mən yavaş-yavaş yox olacağam və faktlarla üzləşmək məcburiyyətində olmayacağam,

Bütün dünyan qara ikən üzləşmək heç də asan deyil.”

Solist Mick Jagger deyirdi ki, “Paint it, Black”i başa düşmək üçün narkotik də rol oynaya bilər. PTSP yaşayan bir çox veteran kimi mahnının hekayəçisi də sadəcə öz içindəki deyil, bütün dünyasını bürümüş qaranlığı boğa bilmək üçün mübarizə aparır. O ümid edir ki, narkotiklə birgə sevgini, xoşbəxtliyi tapacaq və bu qarabasmalardan qurtula biləcək. Bu da məlumdur ki, 1960-cı illərdə dünyanın ən qəzəbli vaxtlarından qaçmaq üçün dərmanlara qurşanmaq sadəcə veteranların etdiyi bir iş deyildi. Bir çox gənc aktual mədəni cərəyanlardan xoşhal deyildi və bunun çıxış yolunu narkotikdə görürdü.

Məqalədə cəmləşdirdiyim 3 səbəbin hər biri bilavasitə bir-biriləri ilə bağlı hesab oluna bilər. Çox duyğusallaşdırmamalı olsaq, əsas mənanın sadəcə sevgilisinin ölümünə görə kədərlənən bir adam olduğu hesab olunur, əsasən. Fəqət hər birini yazmaq istədim.

Mənbələr:

http://legomenon.com/paint-it-black-meaning-rolling-stones-song-lyrics-interpretation.html

http://www.songfacts.com/detail.php?id=474

Müəllif: Pəri Abbaslı

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...