Qısaca: Fovizm cərəyanı nədir?

Post date:

Author:

Category:

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.

İmpressionizmin (İmpressionizm (fr. impressionisme, impression — təəssürat) — XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır.Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün “dolayı” həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir.Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi görkəmli nümayəndələri var. Ədəbiyyatda impressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır) ortaya çıxması ilə birlikdə dəyişən sənət anlayışına yeni öyrəşən izləyicilər sərgilənən əsərləri gördükdə öz təəcüblərini gizlədə bilmirdilər. Salondakı parlaq,dinamik və canlı rənglər arasında “Floransiya məktəbi” tərzində olan bürünc uşaq heykəlinə heyran olan bir tənqidçi digər canlı rənglərin istifadə. olunduğu əsərlərə baxaraq “Vəhşi heyvanlar arasında bir Donetollo” deyə qışqıraraq İntibah dövrünə ironiya etmişdir. Beləliklə, fransız dilində “vəhşi heyvan- yırtıcı quş” mənasında işlənən “fov” sözcüyü”fovizm”ə çevrilərək incəsənət cərəyanı kimi adlandırılmağa başlandı.

Fovizm 20-ci əsrdə müasir sənətin yolunu müəyyən edəcək olan xaotik vəziyyətdə ənənəvilik və müasirlik (yenilik) seçimləri arasında körpü rolunu oynayan cərəyan idi. Avanqardın ilk cərəyanı fovizm (190-1908) hesab olunur.

Bu cərəyan romantizm, impressionizm, postimpressionizm xəttini davam etdirərək Şərq və Afrika sənətinin təsirlərini özündə birləşdirirdi. Onun əsas tərəfdarları A.Matiss, M.Vlamink, A.Deren, A.Marke hesab edilir. Onlar incəsənət qarşısında «bənzətmə» deyil, daxili həvəs əsasında «reallığı qurmaq», «dünyanı yenidən yaratmaq» məqsədini qoymuşlar. Bu cərəyan üçün əsas keyfiyyət, ifadəlilik, bunun üçün təmiz vasitələrin tanılmasıdır. Bu zaman başlıca ünsür təmiz rəng hesab edilir. Bu cərəyan incəsənətdə fərdi, şəxsi, subyektiv başlanğıcın inkişafına kifayət qədər təsir göstərdi.

A. Matiss  “Rəqs” (1909)
A.Matiss “Qırmızı studiya” (1911)
A.Matiss- “Madam Matisse, Yaşıl xətt” (1905)
A.Matiss “Mavi Çılpaq” ( 1907)
A.Matiss “Şlyapalı qadın” (1905)
M.Vlamink “Pipo çəkən adam” (1900)
M.Vlamink “Payız Mənzərəsi
A.Deren “Vestminster körpüsü” (1906)

A.Deren “Matissin portreti” (1905)

Mənbə:

Samirə Mir-Bağırzadə- İncəsənət Tarixi Dərslik

https://az.wikipedia.org/wiki/%C4%B0mpressionizm

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.