Qız qalası / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Qız qalası. Nəzərdən keçirdiyimiz dövrün və ümumiyyətlə, Azərbaycan memarlığının ən görkəmli abidələrindən biri Bakıda, İçərişəhərdəki Qız qalası adı ilə şöhrət tapmış binadır. Bu abidə İçərişəhərdə orta əsr Bakısının bir simvolu kimiyüksəlir. Eyni zamanda yaradıldığı dövrdə müdafiə inşaatının yüksək səviyyədə olduğunu aydın göstərir. Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla bərabər ümumi həcm quruluşunun, nisbətlərinin və nəhayət, hörgüsünün düşünülmüş şəkildə işlənməsi cəhətdən də yüksək səviyyəli memarlıq bədii
qiymətə malik bir tikintidir.

Qalanın adının əfsanəvi hadisələrlə əlaqələndirilməsi haqqında müxtəlif mülahizələrə burada yer verməyə ehtiyac yoxdur. Orasını qeyd etməklə kifayətlənmək lazım gəlir ki, Qız qalası şəklində müxtəlif Şərq ölkələrində,
türkdilli xalqların yaşadığı ölkələrdə, xeyli miqdarda qala tikintiləri məlumdur.
Bu ad, şübhəsiz ki, bir mənanı ifadə edir. Qüdrətli, sarsılmaz qalaların yenilməz, alınmaz olduğu anlayışını xalq çox zaman bakirə mənasında “qız” termini ilə ifadə edir. Beləliklə, Qız qalası yenilməz, fəth edilməz mənasını daşımışdır.

Qız qalası yerli əhəng daşından hörülmüş qüdrətli bir tikilidir. Abidə iki əsas hissədən ibarətdir: təxminən 28 m hündürlüyündə olan və yuxarıya doğru yüksələn silindrik hissə və ona bitişən çıxıntı qurğu. Qız qalasının əsas silindrik hissəsi daxildən yastı günbəzlərlə 8 mərtəbəyə bölünmüşdür. Bu mərtəbələrdən ancaq birincisi hündürdür. Birinci mərtəbədən ikinci mərtəbəyə daxil olmağı çətinləşdirmək üçün birinci mərtəbə ilə ikinci mərtəbə arasında pilləkən yoxdur. İkinci mərtəbədən başlayaraq pillələr divarın qalınlığında yerləşdirilmişdir.

Mərtəbələr pillələr vasitəsilə əlaqələndirilmişdir. Hesab edilmişdir ki, Qız qalasının səkkiz mərtəbəsində 250-yə qədər adam yerləşdirmək olar. Qız qalasının daxili quruluşunda diqqəti cəlb edən bir xüsusiyyət mərtəbələrin saxsı boru vasitəsilə vertikal istiqamətdə əlaqələndirilməsidir. Bu saxsı borunun kürəbənd məqsədi üçün və
yaxud mərtəbələr arasında danışıq üçün istifadə edilməsi haqqında fikirlər vardır.

 

Qız qalası

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.