Qızıl Nisbət Nədir?

Post date:

Author:

Category:

Qızıl nisbət (fi) riyaziyyat və incəsənətdə bir bütünün hissələrində müşahidə edilən, uyğunluq baxımından ən uyğun ölçüləri verəcəyinə inanıldığı bir həndəsi və ədədi nisbətdir. Fi (Φ φ) (Yunanca: Φι, phi), Yunan əlifbasının iyirmi birinci hərfidir. Lakin Yunancada ‘f’ səsini verən bir başqa hərf birləşməsi də mövcuddur. Buna görə də, tez-tez istifadə edilən bir hərf deyil. Kökü kopa’dan gəlir.Kopa (Ϙ) (Yunanca: Κόππα, “Kopa”) Yunan əlifbasının qədim bir hərfidir. Koppa olaraq da bilinir.

“Istiridyə, ilbiz, çobanyastığı kimi canlılarda, insan vücudunda, DNT’də , kosmosda və bir çox fərqli sahədə qızıl nisbətə rast gəlmək mümkündür.”

Ilk dəfə qədim dövrdə yaşayan misirlilər və yunanlar qızıl nisbətdən memarlıq və incəsənət sahələrində istifadə etmişlərdir. Qədim Yunan incəsənətində , iki əks qüvvət bir-birini estetik hala gətirərək uyğunluq və simmetriya yaradır. Bu baxış orta əsrlər boyu davam etmişdir. Bölünən bütünün iki hissəsi, digər hissəni formalaşdırılması prinsipinə əsaslanır. Qızıl nisbətin ədədi qiyməti 1,618’dir. Ölçü və nisbətin əhəmiyyət daşıdığı bu dövrdə, sənətkarlar ideal ölçülərə çatmaq üçün insan vücudunu və təbiətdəki obyektləri araşdıraraq müəyyən nəticələrə gəlmişdir. Istiridyə, ilbiz, çobanyastığı kimi canlılarda, insan vücudunda, DNT’də , kosmosda və birçox fərqli sahədə qızıl nisbətə rast gəlmək mümkündür.  Məsələn, insanın əlindəki ilk 2 barmaq buğumunun ümumi uzunluğu 3 buğumun uzunluğuna bərabərdir. Üzdə dodaq kənarları ilə göz bəbəkləri eyni cizgidə olsa da, qızıl nisbəti yaradarkən bu cizginin tam ortası burnun ucuna gəlir. Bədəndə qızıl nisbətə, xətasız nisbətə sahib olan bir insanın boyu başının 7,5 qatı olmalıdır . Insan başı, yüksəkliyi 3,5  və eni 2,,5 nisbətində olub düzbucaqlı şəklindədir. Gözəllik bədən ölçüsündə də axtarılır. 90x60x90 ideal qadın ölçüləri hesab olunur, amma boy diqqətə alınmazsa, bu ölçülərin bir mənası olmaz.

“Misirlilərin, piramidaları tikərkən qızıl nisbətə bənzər sistemdən yararlandıqları müşahidə olunur.”

Yunanlılar bir çox  heykəltəraşlıq nümunələrində bu nisbətdən yararlanmışdılar. Xüsusilə, Pifaqor’la (e.ə. 570-495) birlikdə kainatdakı meydana gəlmələr arasında, riyaziyyat və həndəsə arasında estetik bir əlaqənin varlığı tapılmışdır. Qızıl nisbətə uyğun həndəsi formalardan olan Pentaqram, gözəlliyi, estetikası və şansı təcəssüm edən ulduz şəkli  bir çox fərqli sahədə işarə olaraq istifadə edilmişdir.

Bu mövzu ilə bağlı ən önəmli əsər ” Vitruvi Adamı” əsəridir; bədən üzvlərinin bir-birinə və vücud nisbətinə ən uyğun şəkildə hesablanaraq ortaya çıxdığı bir əsərdir. Qollarını açan insanın genişliyinin hündürlüyünə bərabər olduğu və beləliklə, dabanı və hündürlüyü ilə ideal rəsmi yaratdığı hesab edilir.

Yunanlılar Panteon məbədinin(e.ə. 447-432/31 )  bütün dizaynında qızıl nisbətə əsaslanmışdırlar. Bu nisbət, məşhur yunanlı heykəltəraş Phidias (e.ə. 460-430/20) tərəfindən istifadə edilmişdir.  Qədim Yunanda idealı “qüsursuzluq” sözü ilə ifadə edirdilər. Bu mövzuya daha ətraflı şəkildə toxunmaq lazımdırsa, Panteondan əvvəl inşa olunan məbədlərdə mifoloji mövzular təsvir olunduğu halda, ilk dəfə bir Yunan məbədində insanların gündəlik həyatlarından fraqmentlər təsvir olunmuşdur. Farslara qalib gələrək Yunanıstanı böyük bir fəlakətdən xilas edən afinalılar, Tanrılarla eyni səviyyədə təsvir olunmuş, Tanrıların mərtəbəsinə yüksəldilmişdir. Qədim dövrdə ideal “qüsursuzluq” demək idi və Tanrılara xas olan özəllik idi. Gözəllik dediyimiz qavrama, ən üst səviyyədə olan Tanrılar və hər şeydə uğur əldə edən insanlar aid edilirdi. Panteonda ,  insanların Tanrı səviyyəsində təsvir olunması da uğurların mükafatı idi. Burdan başa düşürük ki, qızıl nisbət dediyimiz mükəmməl qavram ,əslində, hər anlamda qüsursuzluğu əldə etmə ilə yaranan bir bütündür.
Hazırladı:        LaləYusifova
Redaktə etdi:  LaləYusifova

STAY CONNECTED

20,186FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...