Qohum çarpazlaşma – inbridinq nədir?

Post date:

Author:

Category:

Heyvanlarda qohumluq dərəcəsinə görə yaxın olan fərdlərin: qardaş – bacı, ata – qız, ana – oğul, xala və əmi uşaqların bir-biri ilə çarpazlşması  qohum çarpazlaşma və ya inbridinq adlanır. Bitkilərdə inbridinq öz-özünə tozlanma zamanı baş verir. İnbridinqin mənfi və müsbət tərəfləri vardır. Belə ki,qohum çarpazlaşma zamanı resessiv vəziyyətdə olan mənfi genlər homoziqot halına keçərək  orqanizmin həyat qabiliyyətini məhsuldarlığını, xəstəliklərə davamlılığını  və s. aşağı salır. İnbridinq zamanı bu cür halların yaranması depressiya  adlanır. Buna misal olaraq, məsələn, qarğıdalı bitkisində bir neçə il ərzində  öz-özünə tozlanma apardıqda məhsulun azalması, həyat qabiliyyətinin  aşağı düşməsi, bitkilərin boyunun qısalması və digər mənfi əlamətlərin meydana çıxmasını göstərmək olar. Buna oxşar hal heyvanlar arasında da müşahidə olunur. Lakin təbiətdə elə növlər var ki, onlarda öz-özünə tozlanma norma kimi qəbul olunub, zaman-zaman onlarda baş verən zərərli resessiv mutasiyalar homoziqot halda keçib aradan çıxır. Belə  bitkilər mühitin mənfi təsirlərinə, xəstəliklərə daha davamlı olur. Belə bitkilərə arpa, buğda, noxud, lobya və s. göstərmək olar. Təbiətdə təbii seçmə və təsərrüfatda süni seçmə inbridinq əsasında  yüksək həyat qabiliyyətinə və müsbət keyfiyyətlərə malik xətlər seçib artırmağa imkan verir. Təbiətdə təkamül nəticəsində öz-özünə tozlanan bitkilərdə müsbət genotiplərə malik olan və əlverişli uyğunlaşmış genlərin ayrılması və saxlanılması baş vermişdir. Seleksiya işində az müddətdə bu prosesi idarə  etmək olduqca çətindir, çünki mənfi resessiv mutasiyalar olduqca çoxdur. Lakin buna baxmayaraq seleksiyaçılar öz məqsədlərinə müvafiq  homoziqot xətlər alıb onlardan seleksiya işində istifadə edə bilmişlər.

Mənbə: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva – Genetika (dərs vəsaiti)

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....