Qotik İncəsənət Nədir? Qotik Memarlıq Nümunələri

Post date:

Author:

Category:

Qotik (Gothic) incəsənətinin XII əsrin ortalarında yarandığı və XV əsrin ortalarına qədər varlığını qoruduğu düşünülür. Bəzi mənbələr bu zaman aralığının sərhədlərini daha fərqli göstərmiş olsalar da, Qotik üslubun yaşadığı dönəm, ümumi olaraq, XII, XIII, XIV və XV əsrləri əhatə edir.
Qotik sənətinin Fransada ortaya çıxdığı düşünülür. Həm də ən uzun müddət davam etdiyi bölgə də buradır. Ən qısa davam etdiyi ölkə isə İtaliyadır. Qotik sənətin Paris yaxınlığındakı Saint-Denis monastr kilsəsinin baş rahibi Suger tərəfindən yenidən inşası əsnasında binaya əlavə olunan şərq hissəsinin düzəldilməsi ilə 1122-1151 tarixləri arasında başladığı qəbul edilir.
1250-ci ildən sonra Fransa Krallığının gücü və fransız hakimiyyətinin digər bölgələr üzərində hiss edilə bilən bir önəm qazanması səbəbilə Qotik sənət anlayışı böyük ölçüdə yayılmağa başladı. 1250-1350 tarixləri arasında ən güclü dövrünə çatır. 1380-1425 tarixləri arasında Avropa daxilində beynəlxalq bir xüsusiyyət qazanır.

Notr Dam Kafedralı (Cathedrale Notre Dame de Paris)

Bəzi mənbələrə görə, Qotik sözünün kökü qotlardan (Got) gəlir. Ancaq qotlar köçəri idi, müəyyən bir memarlıq ənənələri yox idi. Qotik cərəyan yarananda qotlar ortadan yox olmasından 600 il keçmişdi. Bu sözü ilk dəfə istifadə edən Renessans dönəmi italyan sənətçiləri üçün Qotik termini klassik formalara qarşı çıxan şimallı barbarların, xüsusilə, Cermen əsilli xalqların mədəniyyətini simvolizə edən bir söz kimi işlənirdi. İlk olaraq, 1530-larda italyan rəssam və memar Qiorgi Vazari (Giorgio Vasari) tərəfindən kobudluğa və barbarlığa qarşı bir ismarıc kimi istifadə olunmuşdur.

Duomo di Milano

Qotikdən əvvəl hakim olan Roman sənətində də olduğu kimi, Qotik sənətinə də yön verən şəxslər din adamları idi. Ancaq yenə də incəsənətin inkişafında şərait yaradanlar mühit, şəhərli tacirlər və sənətkarların çox olduğu şəhər və qəsəbə qurumlarıdır. Qotik üslub bir öncəki dönəmə nisbətdə şəhərlərə daha yaxındır və şəhərlə iç-içədir. Buna görə də, Qotik incəsənətin başlıca əsərləri olan kafedralların (kilsələrin) bu şəhərli qrupların və şəhərlərin gücünü göstərən əsərlər olduğu deyilə bilər. Eyni zamanda, Qotik sənətin dini tərkibli görünüşü də Roman sənətindən fərqli olaraq maddədən kənar bir ruhiliyə bürünmüş və daha özünəməxsus bir xüsusiyyət qazanmışdır.

Çatres Kafedralı (Chartres Cathedral), Paris yaxınlığı

Qotik memarlıq

Qotik sənətinin ən təsirli qolu memarlıqdır. Qotik memarlığın əsas özəllikləri bunlardır:

  • Binalar uzununa böyüyən şəkildədir. Qotik sənətin, əsasən, memarlıqda diqqət çəkən başlıca özəlliyi əsərlərin uzununa böyüyən şəkildə olmasıdır. Eyni zamanda, bu özəllik rəssamlıq və heykəltəraşlıq kimi digər sənət sahələrində də özünü göstərir.
  • Dekorasiya diqqətçəkici həddə çatmışdır. Qarışıq və dolaşmış təbii formaları əsas götürərək əldə edilmiş zəngin bir bəzəmə tərzi Qotik sənətin ən diqqət çəkici özəlliklərindən biridir.
  • İti kəmər istifadə olunmuşdur. Binalar yüksəldikcə artan ağırlıq problemini ən aşağı səviyyəyə endirmək üçün ağırlıqları yaymağa kömək edən dayanma kəmərləri düzəldilmişdir. Bu kəmərlər ağırlığı yaymaqdan başqa, həm də sözügedən əsərlərə dekorativ və estetik bir görünüş qazandırmışdır.

Köln Kafedralı

  • Pəncərələr və açıq hissələr ön plana çıxmışdır. Quruluşlarda divarlar, demək olar ki, ortadan qaldırılmış və geniş açıqlıqlar ilə güclü işıq mənbəyi yaratmışdır. 
  • İşıq önəmli bir ünsür halına gəlmişdir. Parlaq rənglər verən vitray, pəncərələrdən gələn işıq məkanlarda rəngli bir çən yaradır. Divarlar, nəsnələr və hətta, insanlar belə rənglərin içində az görünən halda olur. 
  • Cəbhələr ayrı bir önəm qazanmışdır. Qotik binaların tanınmasına səbəb olan ən önəmli qismlərdən biri də cəbhələrdir. Əvvəllər çox sadə olan cəbhələrdə zamanla zəngin dekorlarla bəzədilmiş geniş qapılar açılmış, çox sayda heykəl və alçaq qabartmalara yer verilmişdir.
  • Cəbhənin tam ortasında yerləşən və vitray adlanan rəngli şüşələrdən düzəlmiş dini rəsmlərin yer aldığı yuvarlaq gül pəncərələr bu üslubun ən önəmli özəlliklərindən biridir.

Strazburq Notr Dam Kafedralı (Strasbourg Notre Dame Cathedrale)

Qotik memarlığına bu əsərlər örnək verilə bilər: Fransada Notr Dam Kafedralı, Amiens Kafedralı, Arras Town Hall, Strazburq Kafedralı, İngiltərədə Salisbury Kafedralı, Westminster Abbey, Kanteburi (Canterbury) Kafedralı, İtaliyada Milan Kafedralı, Siena Kafedralı, Castel Del Monte, Polşada Malbork Qalası, Frombork Kafedralı, İspaniyada Burqos Katedralı, Seville Kafedralı, Çex Cümhuriyyətində Praq (Prague) Qalası, Praqadakı Çarlz (Charles) körpüsü, Belçikada Brugez (Bruges) şəhər zalı, Brüsseldə şəhər zalı, Danimarkada Roskilde Kafedralı, Almaniyada Aachen (Axen) Kafedralı, Müqəddəs Martin Kilsəsi.

Westminster Abbey

Burqos Kafedralı, İspaniya

Şəhər zalı, Brüssel

Almaniyada “Aachen” Kafedralı

Castel del Monte, İtaliya

Danimarkada “Roskilde” Kafedralı

Qotik memarlıqda vitray 

Vitrayla bağlı ən qədim bilgilər e.ə IV əsrə aiddir. Lakin bunlar rəsm yox, bəzəkli pəncərə mənasını verir. İlk vitray IX əsrə aiddir. Vitray bu tarixlərdən sonra istər Roman, istərsə də, Qotik kilsələrdə öncə Fransa, sonra Almaniya və İngiltərədə istifadə olunmuşdur. Vitray Qotik dönəmdə çox istifadə olunmuş bir rəsm növüdür.

Qotik memarlığın bir özəlliyi divar səthlərini azaltmaq olduğundan kilsədə özünə yer tapmayan divar rəsmi kilsə xaricində başqa yerlərə daşınır, kilsələri bəzəmək işi isə vitraya qalırdı. Vitrayda zamanla divar rəsmlərində və miniatürlərdə olduğu kimi təbiiliyə meyillilik artır və istər fiqurların, istərsə də, nəsnələrin təsvirində gerçəklik ön plana çıxır. Qotik incəsənət vitray fiqurların üzlərində də ifadəçiliyə üstünlük verib duyğuları əks etdirir.

Qotik rəsm

Qotik rəsm, öncəliklə, kitab rəsmi kimi XIII əsrin ortalarından etibarən Fransa saray kitabxanası üçün sifariş olunan kitablarla inkişaf etməyə başlamışdır. Lakin Qotik rəsmin başladığı və ən parlaq örnəklərini verdiyi yer İtaliyadır. Bu dönəmdə inşa edilən kafedrallar, qotik sənətin memarlıqda yüksəlməsində fürsət vermiş rəsm, heykəl və vitray bu məkanları bəzəmək vəzifəsini üstlənərək ikinci planda qalmışdır.

“Bonaventura Berlinghieri”, Müqəddəs Fransisin həyatından səhnə, 1235

Göyə doğru yüksələn kilsələrin divarlarındakı atlar, lövhələrdə və vitraylarda görülən fiqurlar, əsasən, bu memarlığa xidmət edərkən uzun formalar almışdır. Sənətçilər öncədən müəyyən olunmuş və sərhədləri çəkilmiş hadisələri hekayə kimi ifadə etmiş, dramatik formaları, sadə rəng və formalarla ifadə olunmaq istənən hadisənin təsirini gücləndirmişdir.

Giotto di Bondone, Maestà (Ognissanti Madonna), 1305-1310

İtaliyada bu tarixlərdə qurulan şəhər dövlətlərində kilsə və aristokratiyanın da dəstəyi ilə incəsənət məktəbləri qurulmuş və sənətçilər dəstəklənmişdir. Xüsusilə, XIV əsrdə diqqət çəkən bu şəhər dövlətləri arasında Florensiya məktəbi və Siena məktəbi sənətçiləri Renessans öncəsi bu keçid dönəmində önəmli dərəcədə köməklik göstərmişdir. Öz içində tamamlanmış vəziyyətdə olan bu şəhər dövlətlərinin estetik zövqləri də özlərinə xas bir struktur ortaya qoymuşdur. Siena məktəbi rəngçi yanaşması və hədsiz dərəcədə qızılı zərdən istifadə etməsi ilə diqqət çəkərkən, Florensiya məktəbi formalı yanaşması və insan fiqurunun gerçəyə yaxın bir təsviri ilə önə çıxmışdı.

Dukio di Buninseqna (Duccio di Buoninsegna), Anunsiazone (Annunciazione), 1308 – 1311

Siena məktəbi XIII əsrin II yarısından sonra məktəbin qurucusu olan Dukio di Buninseqna (Duccio di Buoninsegna) ilə birlikdə Bizans sənətinin estetik zövqündən uzaqlaşaraq Qotik sənətin təsirlərinin ön plana çıxdığı ikonaları və mozaikaları ilə bilinir. Siena məktəbinin erkən Renessans dönəmi estetik zövqü Qotik estetikanın təsirləri ilə birlikdə davam edərkən həm də Bizans rəsm sənəti ənənələrinin izlərini az da olsa daşımışdır.

Cimabue, San Fransisko, Özəl, 1280-1290

Florensiya məktəbinin qurucusu Cimabue (Cenni di Pepi, 1240-1302), ən önəmli təmsilçisi isə Giotto di Bondone (1266-1337) olmuşdur. Giottonun mövzuya və fiqurlara olan həssas yanaşması, məkanla bağlı narahatlıqları, cizgi və rənglə verməyə çalışdığı perspektiv və portretlərə şəxsiyyət qazandırmaq cəhdləri onun mütərəqqi düşüncələrini açıqladığı kimi XV əsr sənətinin də kriteriyalarını müəyyən edir. Beləliklə, Giottonu izləyən sənətçilər Qotik üslubda olan bütün bağlarını qopararaq yeni əsrin sənət anlayışını formalaşdırmışdır.

Dukkio di Buninseqna (Duccio di Buoninsegna, Maestà) – Madonna mələklər və müqəddəslərlə birlikdə, 1308 – 1311

Orta əsrlərin qapalı və mistik dünyagörüşünü yıxmağa çalışan yeni üslub axtarışları XIV əsrdə son Qotik dönəminin formalaşmasında təsirli olmuşdur. Son Qotik dönəmi üslubu şimali İtaliyada doğacaq olan Renessansın xəbərçisi olduğundan Erkən Renessans kimi də adlandırılır. Bu yeni üslub Bizans mozaikasının izahı ilə Qotik üslubun özəlliklərini özündə daşıyan və daha çox vitraylarda istifadə olunmuş rəsmli təsvirin bir sintezi olaraq görülür. Bu dönəm rəsmlərində önə çıxan ən böyük dəyişiklik gerçəyə mümkün olduqca yaxınlaşma cəhdləri və fiqurların bəlli bir ölçü qazanmasıdır. Xüsusilə, fiqurları əhatə edən və qıvrımları cizgili təsvirdən kənara çıxmış, üzərində olduğu fiqurun anatomiyasını hiss etdirən bir formaya bürünərək bəlli bir ölçü ilə təsvir olunmuşdur.

“Alix of Thouars”, Notr Dam Kafedralı, kilsənin cənub hissəsindəki gül pəncərənin alt detalı, 1221-1230

Çatres (Chartres) Kafedralı, şimal qanadı gül pəncərə, təxminən 1235

Notr Dam Kafedralı, Paris

Qotik heykəl

Öncəki dövrlərdə heykəllər daha çox memarlıq əsərlərinin bir parçası olmaq özəlliyini daşıyırdı. Qotik üslubda düzəldilmiş heykəllər yavaş-yavaş bəzədilmə xüsusiyyətini itirib üçölçülü müstəqil formalar yaratmışdır. Uzanma meyilliliyi ilə dərhal nəzərə çarpan Qotik heykəllər, ümumilikdə, bina cəbhələrində və ya iç məkanlarda müəyyən bir mövzu ya da mövzu qruplarını təsvir edəcək şəkildə düzəldilmişdir. Bu səbəblə, memarlığa bağlı olmaqla bərabər heykəllərin başlı-başına bir əsər olaraq da düzəldilməyə başlandığını göstərən bir münasibət vardır. Çox görkəmli və qarışıq bir görünüşə sahib olan Qotik dekorasiyalar arasında heykəllər böyük təsir yaradır. Heykəllərdə paltar qıvrımlarına və təbii elementlərin təsvirinə olduqca önəm verilir.

Chartres Kafedralı, qərb hissəsi, təxminən 1145

Strazburq Kafedralı önündəki “Magilərin hədiyyələri” heykəlləri, Fransa

Niderhaslakın (Niederhaslach) kilsəsində Qotik tərzi ilə düzəldilmiş bir heykəl

Qotik üslubdan təsirlənmiş bir əsər. Əsərdə, xüsusilə, iti başlı uclar diqqət çəkir.

Mənbə:

http://www.leblebitozu.com/gotik-sanat-ve-gotik-mimari-eserler/

 

Redaktə etdi: Fatimə Əliyeva

 

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.