Quduzluq virusu / Ensiklopedik Bilgi

Mərkəzi sinir sisteminin viruslarla törədilən infeksion xəstəliyidir. Quduzluq virusları insan bədəninə, xəstə heyvanların insanı dişləməsi, yaralaması zamanı ağzının seliyi, sidiyin yara səthinə düşməsi, insan dərisini cırmaqlanması yolu ilə daxil olur. Yara nahiyəsindən viruslar limfa və qan damarları ilə mərkəzi sinir sisteminə keçir və quduzluq törədir.

Xəstəlik başağrıları, mədə bulanması, əzələ qıcolmaları ilə başlanır. Yuxu pozulur, oyanma, tonik və klonik qıcolmalar, tənəffüsün pozulması, sudan qorxma (suya baxdıqda udlağın ağrılı sıxılması) meydana çıxır, ölüm baş verir.
Quduzluğun spesifık müalicəsi yoxdur. İntensiv və simptomatik müalicə aparılır. Quduzluğun erkən diaqnozu da çətindir, səciyyəvi seroloji sınaqlar yoxdur. İnsanları dişləmiş heyvanlar ya nəzarətdə saxlanılmalı, ya da müayinə olunmalıdır. Düzgün diaqnozu yalnız əlamətlər təzahür etdikdə qoymaq mümkündür.

Quduz heyvanların dişlədiyi, yaxud yaladığı insanlarda və quduzluğa şübhə olduqda aşağıdakı yerli tədbirlər görülməlidir: yaraya daxil olmuş virusları məhv etmək və neytrallaşdırmaq üçün dişlənmiş yara 20% sabunlu məhlulla, yaxud 43%–li spirt məhlulları ilə yuyulmalıdır; yara və ətraf toxumalar yod məhlulu ilə işlənməlidir; ilk 2–12 saat ərzində yara birincili cərrahi işlənməli; yara səthi ətraf toxumalarla birlikdə kəsilib viruslarla birgə bədəndən xaric edilməli; yara səthi açıq saxlanmalıdır. Dişlənmiş yara səthi olduqda yaranın kənarları kəsilib xaric edilməlidir. Dişlənmiş yaralara tikiş qoymaq olmaz.

Quduzluğa qarşı profilaktik peyvənd aparılmalıdır. Peyvənddən sonra yaranan immunitet 3-5 il davam edir. Əlavə peyvəndləmə hər 3 ildən bir təkrarlanmalıdır. Hər dəfə 1 ml zərdab bədənə yeridilməlidir.

Fəal peyvənd olunma – quduzluğa qarşı peyvənd olunmamış uşaqlar və böyüklərə 6 dəfə iynə ilə zərdab yeridilməlidir. Birincili zərdabın yeridilməsi təkrarlanmalıdır. Yaşından asılı olmayaraq, bir iynə ilə hər dəfə 1 ml zərdab sağrı əzələsi içərisinə yeridilməlidir. Əgər son peyvənddən sonra 3 ildən az dişlənmə baş vermişsə 2 dəfə zərdab yeridilməlidir: birincili yeridilmə ilk günlərdə, təkrari zərdab yeridilməsi 10 gündən sonra icra olunmalıdır.
Qeyri-faal peyvənd –zədələnmə halları baş verdikdə yalnız l dəfə peyvənd olnmalıdır. Heyvanların dişlədiyi bütün insanlar fəal və qeyri-fəal peyvənd olunmalıdır.

Mənbə:

Çərkəz Cəfərov- Ümumi Cərrahlıq

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Sadə qəti sillogizm nədir? – Ensiklopedik bilgi

                                        Sadə qəti sillogizm nədir? Deduktiv...

PROGERIYA NƏDİR?

Progeriya sindromu nədir? Progeriya(həmçinin buna Hutçinson-Gilford sindromu da deyilir) çox nadir bir xəstəlik olub erkən yaşda qocalmaqla müşayiət olunan bir xəstəlikdir. Progeriya sindromu olan xəstələr...

Kompüterin atası – Alan Türinq və Türinq mükafatları

Başınızı kompüterdən qaldırın, ətrafınıza baxın. Hər gün, hər saniyə kompüterlərlə iç-içəsiniz. Bu yazını oxuduğunuz dizüstü və ya masa üstü kompüter, əlinizdəki telefon, qarajınızdakı avtomobil,...

Recent

Qaranlıq maddənin mənşəyi ilə bağlı yeni nəzəriyyə

Kainatın sadəcə kiçik bir qismi görünən maddədən əmələ gəlmişdir, yerdə qalan böyük bir hissəsi isə qaranlıq maddə və qaranlıq enerjidən meydana gəlmişdir. Qaranlıq enerji...

Qadın və Kişinin bərabər ibadət etdiyi Ələvilik nədir?

Qadın və Kişinin bərabər ibadət etdiyi Ələvilik nədir? ƏLƏVİLİK [ər. حَػهى – [şiəliyə mənsub dini-fəlsəfi təlim. Əliallahilik isə [ər. حُهّآنُػه -[şiəlik təriqətidir. Orta əsrlərdə İranda,...

Allah // Fəlsəfə lüğəti

ALLAH – dini təsəvvürlərə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah adının, kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar mövcuddur. Qurana əsaslanan,...