Rəsm, musiqi və ədəbiyyatın birləşdiyi qüvvə – Paul Klee

Post date:

Author:

Category:

1879-cu ilin 18 dekabr ayında sanki dünyadaki cərəyanların bir çoxuna cavab olaraq doğulan Paul Klee deyirdi: “İncəsənətlə yaradılışın arasında bənzərlik var. Necə ki, yer üzü kainatdan bir nümunədir, incəsənət də hər zaman bir nümunə sayıla bilər“.

Oryantalizmlə yaradıcılığa başlayan Klee daha sonradan ekspressionizm, sürrealizm, kubizm kimi bir çox yeni axımlara da öz töhfəsini verə bilmişdi. 1912-ci ildə Afrikaya etdiyi kiçik səfərdən sonra rənglər haqqında fikri, düşüncələri dəyişdi və daha yetkin bir hal aldı. Bundan sonra o, öz zarafatcıllığını, uşaqyönümlü perspektivini və musiqi biliklərini də rəsm əsərlərinə səpməyə başladı. Tanınma səbəbi isə rus dostu Wassily Kandinsky ilə Bauhaus məktəbində müəllimlik etməyi idi.

 

Bu arada, onu da qeyd etmək lazımdır ki, onları birləşdirən dəyər – incəsənətin yaratdığı güclü dostluq onları 30 ildən çox tərk etmədi.  Klee-nin əsərlərində isə Kandinsky-nin təsiri bəlli olmaqla bunu təsdiqləyirdi. Həyatları boyunca bir-biriləri ilə sıx əlaqəni kəsməmişdilər.

1933-də Nazi Almaniyasının yaranması ilə Almaniya hər iki rəssam üçün artıq dözülməz və qorxunc bir yer çevrilməyə başlamışdı. Klee də, Kandinsky də həmin dövrün “degenerativ rəssamları” adı ilə ləkələndilər, uzun bir müddət əsərlərinin satılması və sərgilərə çıxarılması qadağan oldu.

Bütün bu ləkələnmələr, şərlər və yaradıcılıqlarına edilmiş təhqirlərdən sonra Kandinsky Parisə, Klee isə doğma vətəni İsveçrəyə köçdü. Ağır mərhələlərdən sonra da ikili əlaqəni kəsmədi və bir-birinə davamlı məktublar yazdı. Klee-nin ölümündən sonra isə Kandinsky onu ömrünün geri qalanında yazdığı hər məqaləsində xatırladı.

 

Ağladıq, göz yaşlarımız qurudu, indi keçək Klee-nin həyat və yaradıcılığına.

Yeddi yaşında skripka çalmağı, səkkiz yaşında isə rəsmlə maraqlanmağı artıq onu göstərirdi ki, bu insan incəsənət üçün yaranıb. Hər iki sahəyə paralel şəkildə bacarıqlı olan Paul bir musiqiçi kimi özünü 18-ci və 19-cu əsr ənənələri ilə sərhədləyirdi, fəqət rəssam olaraq beynində və əsərlərində radikal fikirlər istehsal edir, yeni trendlər əmələ gətirirdi.

1910-cu ildə ilk şəxsi sərgisini Berlində açdı. Evlənməyi səbəbilə yaradıcılıq sürəti zəifləmiş olsa da, yenidən ilham pəriləri ona baş çəkmişdi.

Fransaya səfər etdi, diqqətini ən çox çəkən kubizm janrı oldu. Bu janr üçün ilk örnəklərini primitiv mənzərələr çəkərək tamamladı.

Birinci Dünya Müharibəsi başlayanda uzun illərdir tutduğu gündəliyinə qeyd etmişdi: “Bu müharibəni uzun zamandır hiss edirdim. Ona görə də bu müharibə məni mənən heç maraqlandırmır“. Lakin müharibə başlayandan sonra onun bu zarafatcıl yanaşmasından geriyə tək bir söz belə qalmır. Müharibənin gətirdiyi fəsadlar içərisində onun dostlarının ölümü də rəssama təsir etmiş, dərindən sarsmışdı. Paul Klee-nin yaradıcılığında müharibə mövzulu litoqrafların da səbəbsiz olmadığı bizə məlum olmağa başlayırdı.

Birinci Dünya Müharibəsi dövründən sonra isə yuxarıda Kandinsky ilə dostluğu haqqında bəhs edərkən qeyd etdiyim hadisələr baş verdi. Lakin bunu da əlavə etmək istəyirəm ki, Nazi Almaniyası onların yaradıcılıqlarını ağır dabanları ilə tapdasa belə, Bauhaus məktəbi başqa bir neçə ölkədə qısa dönəm üçün olsa belə, yenidən fəaliyyətə başladı.

Bəlkə də, rəssamlar ürəksiz filosoflardır və pozitiv yanaşma ilə birlikdə bu dünyanı mövcud ola biləcək bütün dünyalardan ən yaxşısı, ya da model ola bilməcəyək qədər qorxunc qəbul etməsələr də, belə vurğulayarlar: “İndiki forması baxımından bu dünya mümkün olan tək dünya deyil”.

Həmin dövrlərdə yeni bir işə başladı, Nazilərə göndərmə etdiyi üçün evi dəfələrlə axtarışlara məruz qaldı, işindən qovuldu, amma bütün bu neqativ halların sonunda uğur azca da olsa, ona bir gülümsəmə göndərdi və London, Paris kimi incəsənətin göbəyi olan şəhərlərdə sərgilərini aça bildi, çox sevdiyi Pikasso ilə tanış ola bilmək imkanına çatdı.

1930-ların ortalarında skleroderma xəstəliyi onda öz əlamətlərini göstərməyə başlamışdı. Xəstəliyi sənətinə də təsir etdi, 1936-cı ildə cəmi 25 əsər ərsəyə gətirə bildi. Sağlığı bir az daha yaxşılaşandan sonra 1939-cu ildə çəkdiyi rəsm əsərlərinin sayı 1200-ü ötdü. Bu zamanlarda  əsərlərini ağır cizgilərə, mat rənglərə və daha geniş rəng potensialına sahib həndəsi fiqurlara arxalanaraq yaradırdı.

1940-cı ildə isə İsveçrədə vəfat etdi.

60 illik ömrünə 9000-ə yaxın əsər sığışdıra bilməyi təəccüblü görünsə də, incəsənət sahəsində düha sayılan bir insan üçün normativ rəqəm rolunu oynamaqdan o yana keçməyə də bilər.

Kleenin tərzinə gələndə isə kubizmi mənimsədiyini artıq qeyd etmişdik. Lakin onun rənglərlə olan bütünlüyünün hələ gənc yaşlarından gəldiyini daha ilk dəfədir oxuyursunuz, bəlkə də. O, rənglərin ahəngini daha yaxşı hiss edə bilmək üçün qarışdırmağı, əsərlərini daha kiçik ölçüdə əks etdirməyi sevirdi. Həmçinin həndəsi fiqurlar favoriti olduğu kimi, hərflərdən, rəqəmlərdən və oxlardan istifadə etməyi ilə yaradıcılığına özünəxas cizgilər qoymasına icazə verirdi.

Yaradıcılığının son illərində isə misir heroqliflərindən istifadə etdiyi də müşahidə olunurdu.

Rainer Maria Rilke onun haqqında demişdir: “Mənə onun skripka çaldığını deməsəydiniz belə, əsərlərini gördükdən sonra bunu asanlıqla təxmin edə bilərdim“.

Paul Klee “Before The Town”, 1915

Paul Klee “Revolution of the Viaduct”, 1937

Paul Klee “After The Floods”, 1936

Paul Klee “Warning Of Ships”, 1917

Paul Klee “Twittering Machine”, 1922

Paul Klee “Angelus Novus”, 1920

 

Mənbələr:

http://www.christies.com

http://www.paul-klee.org

https://www.wikipedia.org/

https://1000kitap.com

https://www.arthipo.com

https://eksisozluk.com

Tərcümə etdi: Pəri Abbaslı

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...