Rəssamlar Arasında Bir Sözsüz Şair: Mark Şaqal

Post date:

Author:

Category:

Mark Şaqal ( Marc Chagall)

21 yaşında oxumaq üçün getdiyi Leon Bakstın evində onu qonaq edən xidmətçiyə “Adım Markdır. Daxili dünyamda çox həssas biriyəm və pulqabım boşdur. Lakin hər kəs mənim qabiliyyətli olduğumu söyləyir” – Mark Şaqal bunları deyirdi. Daha sonralar da Palais Garnierin tavanına heç bir ödəniş almadan 14 fərqli opera səhnəsinin illüstrasiyasını çəkərkən olduğu kimi, həyatı boyunca məşğul olduğu bütün sənət növlərində nə qədər səmimi olduğunu göstərmişdi. 9 qardaşın ən böyüyü olan Şaqal 1887-də Belarusiyanın Vitbesk şəhərinin yaxınlığındakı Lioznada doğulmuşdur. Birinci Dünya müharibəsi ərəfəsində Fransaya gedən rəssam, İkinci Dünya müharibəsində bir müddətliyə Amerikada yaşamış və bu müddət ərzində rəsm xaricində səhnə dekorları, vitraj, oyma kimi bir çox sənət növündə əsərlər yaratmışdır. Bakstın dediklərinə görə, hər deyiləni diqqətlə dinləyən Şaqal tək qaldıqda öz tənhalığına çəkilib fırçası və kətanı ilə baş-başa qaldıqda tamamilə fərqli işlər ortaya çıxarırdı. Bu xüsusiyyətilə Bakstın sevimli şagirdi olan rəssam, impressionizm, fauvizm və kubizm kimi bir çox sənət cərəyanlarını birləşdirmiş, eyni zamanda sürrealizmə də öncülük etmişdir. Elə tam da burada başlayır “sözsüz şair” Şaqalın ədəbiyyata olan marağı. Rus və ivritcə şeirlər yazsa da, bu gün dünya onu bu şeirlərilə çox az tanıyır. Lakin XIX əsrin materialist baxış bucağına sahib Fransız incəsənətində, Rusiyadan gətirdiyi rəngləri və əngəl tanımayan emosional üslubu ilə Şaqalın sənət əsərlərinin fərqinə varanlar da ilk şairlər olmuşdur. Məşhur şair Gilyom Apolliner (fr. Guillaume Apollinaire) tərəfindən “sürrealist” olaraq adlandırılan Şaqal, bunu rədd etmiş və “içimizdəki bütün dünya reallıqdır” deyə cavab vermişdir. Əslində müdafiə etdiyi bu baxışıyla Yann Mart (Yann Mart və Qabriel Qarsiya Markez (Gabriel Garcia Marquez) kimi yazarların, eyni zamanda Vladimir (Vladimir Kush) kimi modern rəssamların da daxil olduğu “sehirli reallıq (magic realism)” cərəyanına daha yaxındır Şaqal. Bu cərəyana aid əsərlərdə heç nə reallıqdan kənar qəbul edilmir. Şaqal da məktəblərdəki yaradıcılığı öldürən qanunları rəddetmiş və o adət halına gəlmiş, qatı perspektivinin olmadığı, canlı kompozisiyaları və rəng istifadələri ilə yaratdığı nağıl kimi atmosferlər sayəsində özündən sonra yaşayıb yaratmış bir çox rəssama ilham qaynağı olmuşdur.
Turqut Uyar, Cəmal Sürəyya, Səzai Qaraqoç (?) və Edip Cansevər kimi şairlərin daxil olduğu II Yeni şeir cərəyanı da Şaqal, Kli və Pikasso kimi rəssamlardan təsirlənmişdir. Xüsusilə, Şaqalın obrazlardan istifadəsi, perspektivi rəddetməsi və özünə xas və mücərrəd kompozisiyaları, II Yeni şairlərinin adətolunmuş dil qanunlarını dekonstruksiyaya uğratması və çatdırılmaq istənənlərin mücərrədləşməsi ilə bir-birini tamamlayan xüsusiyyətlərdir.

Şaqalın tablolarında görünən obrazlar əksəriyyətlə, uşaqlığına aid xatirələrdir. Şaqalın bir çox tablosunda istifadə etdiyi balıqlar atasının köhnə peşəsini, “The Butcher” (“Qəssab”) tablosundakı qəssab isə babasını təmsil edir. Şaqal, “Yaşıl Skripkaçı” adlı əsərində isə skripkaçı olan əmisini təsvir etmişdir və yəhudi adətlərində musiqinin önəmini vurğulamışdır. Əşkinazi yəhudilərinin tədbirlərdə ifa etdiyi

Əşkinazi yəhudilərinin tədbirlərdə ifa etdiyi, hüznü və xoşbəxtliyi özündə birləşdirən musiqi növünə “klezmer” (red. skripka+klarnet) deyilir. Skripkaçının üzünün yaşıl rəngdə olmasının səbəbi isə Şaqalın rəngləri adət olunmuşun xaricində istifadə etməsindən irəli gəlir. Yəhudi dilində “yaşıl” eyni zamanda “saf, zərif” anlamlarına gəlir və əsərdəki mənası da alleqorikdir. Kompozisiyada istifadə olunan perspektiv, reallıqdan tamamilə uzaqdır. Əsərin arxa planında uçan insan fiquru və evlərin köşəsindəki balaca uşaq fiquru rəsm edilmişdir ki, bunlar da Şaqalın tez-tez istifadə etdiyi fiqurlar arasında yer alır.

Simvolizm və Şaqal.
Şaqalın əsərlərində istifadə etdiyi simvollar təsadüfi çəkilməmişdi. İnək simvolu həyatın mükəmməliyini bildirdiyi halda, atlar azadlığı bildirirdi. Bunlardan əlavə rəqqaslı saat zamanı, sirkdən mənzərələr insanın daxili yaradıcılığını, Vitebsk evləri isə izləyiciyə doğulduğu yerə duyduğu həsrəti çatdırırdı.
Hər nə qədər gülən üzlər təsvir edilmiş olsa da, əsərlərdəki rənglərin tonları ciddiyyət və hüznü xatırladır. “Mən və Kənd” əsərində də gözə çarpan xaç təsvirlərini rəssam nə xristianlığa işarə olaraq, nə də etdiyi nifrətdən çəkmişdir. İsanın çəkdiyi ağrıları və işgəncələri, yəhudilərin çəkdiyi işgəncələrə bənzətdiyi üçün bu işarələrdən bolca istifadə etmişdir. İnsanlardan bir-birləri ilə empatiya qurmağını istəmişdi. 
Kubalı musiqiçi Silvio Ridríguez 1978-ci ildə oxuduğu “Óleo de mujer con sombrero” (“Şapqalı Qadının Yağlı Boyası”) mahnısını Şaqala həsr etmişdir.

Silvio Ridríguez – “Óleo de mujer con sombrero”
https://www.youtube.com/watch?v=pgo71qR8nN8

“Həyatımızda, eynilə rəssamın paletində olduğu kimi tək bir rəng vardır və bu rəng yaşamın və sənətin tək mənasıdır. Sevginin rəngini nəzərdə tuturam”

Mənbə:
1. “Kafka Okur” jurnalı yanvar-fevral 2015 buraxılışı.

Tərcümə: Aysu İslam

Redaktə: Ziya Mehdiyev

 

STAY CONNECTED

20,126FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...