Rape culture – Təcavüz mədəniyyəti nədir?

Post date:

Author:

Category:

Təcavüz mədəniyyəti və ya orijinalda desək Rape culture müasir dünyamızda əmələ gəlmiş və hər yerdə, hər zamanda qarşımıza çıxan bir mühitdir. O özünü yalnız fiziki zorakılığın olduğu yerdə deyil həmçinin də mənəvi zorakılıqda da göstərir. Aşağıda siz təcavüz mədəniyyətinin nə olduğu  və həmin mühitə xidmət etməmək üçün nəyi etməməli olduğunuz haqda məlumat ala bilərsiniz.

Təcavüz mədəniyyəti (Rape Culture) feminizmin nəzəriyyəsində yaranmış bir termindir. O, təcavüzün yayıldığı və qadınlara qarsı cinsi istismarın kütləvi informasiya mənbələrində və populyar mədəniyyətdə normallaşdırıldığı və bəhanələr tapıldığı mühitə deyilir. Təcavüz mədəniyyəti qadınlara qarşı olan dilin istifadə edilməsi, qadın bədəninin obyektə cevrilməsi və cinsi zorakılığın qlamurlaşdırılması ilə daha da möhkəmlənir və qadınların  hüquqlarına və təhlükəsizliyinə biqanə qalanların sayəsində inkişaf edir.

Təcavüz mədəniyyəti hər qadına öz təsirini göstərir. Bir qadının təcavüz edilməsi bütün qadınlar üçün deqradasiya, terror və məhdudiyyətdir. Qadınların və qız uşaqlarının böyük bir hissəsi təcavüzün var olmasından öz davranışlarına məhdudiyyətlər qoyur. Kişilər isə ümumilikdə bunu etmirlər. Beləliklə bir çox kişinin təcavüz etməməsinə və bir çox qadının təcavüz qurbanı olmamasına baxmayaraq təcavüz qadın populasiyanın kişi populasiysıanın qarşısında itaət edən şəklinə düşməsinə köməkçi funksiyasında xidmət edir. Bu dövr edən qorxu təcavüz mədəniyyətinin  mirasıdır.

Təcavüz mədəniyyətinə aid nümünələr:

  • Qurbanın günahkar edilməsi (“O özü istəmişdi!”)
  • Cinsi zorakılğın trivilizasiya (bir şeyin vacibliyinin azaldılması) edilməsi (“Oğlanlar həmişə oğlan olacaqlar!”)
  • Seksual açıq-saçıq zarafatlar
  • Cinsi istismara tolerantlıq
  • Saxta təcavüz statistik məlumatların yayılması
  • İctimai şəkildə qurbanın geyimini, psixoloji vəziyyətini, motivlərini və hekayəsini gözdən keçirtmək
  • Televiziyada və filmlərdə həddən artıq cinsi zorakılıq
  • “Maskulenliyin” dominant və aqressiv təsvir edilməsi
  • “Feminenliyin” itaətkar və cinsi olaraq passiv təsvi edilməsi
  • “Güclü” olmaları üçün kişilərə təzyiq göstərilməsi
  • “Soyuq” görünməmələri üçün qadınlara təzyiq göstərilməsi
  • Yalnız düzgün həyat tərzi yaşamayan qadınların təcavüzə məruz qaldığını düşünmək
  • Kişilərin təcavüzə məruz qalmadığını və “zəif” kişilərin zorakılığa məruz qaldığını düşünmək
  • Ciddi təcavüz ittihamlarından imtina etmək
  • Kişilərə təcavüz etməməyi öyrətməkdənsə, qadınlara təcavüzdən necə qaçmağı öyrətmək

Qadınlar və kişilər təcavüz mədəniyyəti ilə necə mübarizə apara bilərlər?

  • Qadınları obyektə çevirən  və onları təhqir edən dildən çəkinin
  • Kim isə təhqiredici zarafat edirsə və ya təcavüzə tolerantlıq göstərirsə, buna qarşı durun və danışın
  • Əgər bir dostunuz ona təcavüz edildiyini deyirsə ona qarşı ciddi davaranın və ona kömək edin
  • Kütləvi informasiya mənbələrinin qadın, kişi və zorakılıq haqda mesajlarına qarşı diqqətli olun
  • Təsadüfi hallarda belə digərlərinin fiziki məsafəsinə hörmət edin
  • Öz “feminenliyinizi” və ya “maskulenliyinizi” tərif edin. Streotiplərin sizin davranışlarınızı məhdudiyyətə salmasına icazə verməyin

Mənbə: RAPE CULTURE

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Səmra Əlizadəhttp://rezonanss.com
I would rather be a rebel, than a slave.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.