Rasionalizm – İrrasionalizm // Fəlsəfə lüğəti

1
18

RASİONALİZM [alm. Rationalismus; fr. Rationalisme; ing.
Rationalism; lat. Ratio – əql, osm. tr. aklıye; ər. خٍٍّعم ;rasionalisme]
– Akılcılık: əqli biliyə əsaslanan doğruluğun miqyasını
hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi
adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə
əsaslandığını irəli sürür. Hər kəsdə bərabər dəyişməyən ağıl və
məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müstəqil
olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin varlığını
qəbul edən fəlsəfi görüş

 

İRRASİONALİZM [alm. Irrationalismus; fr. Irrationalisme;
ing. Orrationalism; lat. irrationalis – düşüncəsiz, şüursuz] –
Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən
və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul
edən fəlsəfi təlim

FİDEİZM [fr. Fideisme, lat. fides – etiqad, inam] – elmi dinə
tabe etməyə, elmi biliklərdən dini ehkamların müdafiəsində
istifadəyə çalışan mürtəce təlim. Fideizm – inanma, möminlik:
Məlumatı ilahi vəhyə və imana dayandıran fəlsəfi görüş. Daha
çox irrasional bilikləri və informasiyanı əsaslandırmaq üçündür.
Fideistlərə görə insanın qəbul etdiyi rasional biliklərə irrasional
biliklər də daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi biliyi təmsil
edir və bizə həm bilmədiyimiz həm də əldə edilməsi qeyrimümkün
olan məlumatları çatdırır

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here