Refleks nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Refleks– müxtəlif təsirlərə qarşı orqanizmin sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır.

İstənilən reflektor reaksiyanı törədən amil orqanizmə xarici və ya daxili mühitdən təsir göstərən stimuldur (qıcıqdır).

Refleksin sinir sisteminin ümumi cavab reaksiyası olması və onun xarici stimullarla əlaqədar olması haqqında ilk təsəvvürü fransız təbiətşünası-fiziki, riyaziyyatçısı və filosofu Rene Dekart (1596-1650) vermişdir. Buynuz qişaya toxunarkən hökmən gözqırpma refleksinin olduğunu müşahidə edən R.Dekart belə bir hipotez irəli sürmüşdür ki, bunun əsasında “heyvani ruhların” – ən kiçik və hərəki hissəciklərin mexaniki olaraq bir sibirdən digərinə keçməsi durur. R.Dekarta görə bu hissəciklər beyindən, işıq şüalarının güzgüdən qayıtması kimi qayıdaraq əks olunur.

“Refleks” terminini isə 1743-cü ildə fransız həkimi və filosofu A.Monpele təklif etmişdir.

Refleks qövsü. İstənilən – sadə və  mürəkkəb refleksin struktur-funksional əsasını refleks qövsü təşkil edir ki, buraya aşağıdakı komponentlər aiddir: reseptor, afferent yol, sinir mərkəzi, efferent yol və effektor orqan. Effektor orqan əzələ, vəz və ya sinir toxuması ola bilər. Bunlar müvafiq olaraq əzələ təqəllüsü, şirə ifrazı və ya sinir impulsları yaratmaqla spesifik cavablar verirlər. Bu komponentlərdən hər hansı biri olmasa refleks yaranmaz.

Refleks nəzəriyyəsi. Reflektor nəzəriyyənin əsas daşıyıcıları Qərbi Avropada İ.Proxazka, Rusiyada isə İ.M.Seçenov və İ.P.Pavlov olmuşdur.

İ.M.Seçenov ilk dəfə olaraq refleks prinsipini beyinin ali şöbəsinə, yəni psixi funksiyalarına şamil etdi. Reflektor fəaliyyətin mərkəzi tormozlanmasını da ilk dəfə olaraq İ.M.Seçenov göstərmişdir.

İ.P.Pavlov refleksləri iki qrupa böldü, birinci qrupa şərtsiz, ikinci qrupa isə şərti reflekslər adını verdi.

Pavlova görə şərtsiz reflekslər anadangəlmədir; genetik determinasiya olunur, uyğun reseptorların adekvat qıcıqlanmasına qarşı yaranır, nisbətən daimi olur. Qidalanma, müdafiə, cinsi reflekslər və orientasiya kimi refleksləri İ.P.Pavlov anadangəlmə mürəkkəb şərtsiz reflekslərə aid edirdi.

 

Refleks qövsü

Şərti refleks canlının fərdi həyat təcrübəsi nəticəsində, mühitə uyğunlaşma kimi yaranır və çox dəyişkən olur.

Şərti refleks nəzəriyyəsinə Pavlov şərti refleksin yaradılmasının əvəzolunmaz tərkib hissəsi kimi məhkəmlənmə anlayışını gətirdi. Möhkəmləndirici amil olaraq İ.P.Pavlov orqanizmin həyati vacib tələbatlarının ödənilməsinə yönəlmiş bütün mürəkkəb şərtsiz refleksləri nəzərdə tuturdu.

Pavlov şərti refleksin yaranması prosesini iki oyanma prosesinin – şərti və şərtsiz refleks qövslərinin qarşılıqlı münasibəti hesab edirdi. O hesab edirdi ki, bu “qövslərin” eyni zamanda təkrarlanması nəticəsində onların arasında “müvəqqəti əlaqələr” get-gedə pozulur və şərti refleks yox olur.

Refleks qövsünə İ.P.Pavlovun digər əlavəsi “siqnal prinsipi” oldu ki, bu prinsipə görə şərti qıcıq orqanizmə təsir edərkən özündə gələcək şərtsiz qıcığın siqnal xüsusiyyətini daşıyır. Beləliklə, şərti qıcıq sanki, şərtsiz refleksin başlanacağı barədə siqnal verir.

Reflektor həlqə. Refleks qövsü haqqında təsəvvür xeyli təkamülə uğramışdır. Ç.Bell, A.M.Filomafitskiy, İ.M.Seçenov refleksin əzələlərdən gələn siqnallar hesabına qövs deyil, həlqə şəklində olduğunu göstərirdilər. Bu təsəvvürlər N.A. Bernşteynin və F.V.Bassinin işlərində genişləndirilərək klassik refleks qövsünün dördüncü hissə ilə – effektorlardan, o cümlədən əzələlərdən gələn afferenttasiya ilə tamamlandığını göstərdi.

Mənbə: Normal Fiziologiya (A.M.Məmmədov, K.V.Sudakov), Tibb Universiteti üçün dərslik

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...