Renesans və Borokko dövründə yaşamış qadın rəssamlar

0
7
"Güllər, qədəh, quru meyvə və pretzel ilə naturmort", 1611

Avropada 15-ci 17-ci əsrlər arasında qadın rəssam olmaq, təəccüblü deyildir ki, olduqca çətin olmuşdur. Məsələn Çinkveçento İtaliyada (Cinquecento) öndəgedən kişi rəssamlar virtuoso termini (“ölümlü tanrı” kimi tərcümə edilir) ilə taclandırılmışdılar. Eyni zamanda qadınların isə yaradıcılıqla məşğul olmaq üçün olduqca az imkanları var idi. Amma onlar yenə də edirdilər.

Bəzilərinin adları da aşağıda yazılan qadınlar rəssamın fırçasının “daha çox kişiyə yaraşdığını” deyən kritiklərdən və ya onları “passiv cins” adlandıran dar görüşlü insanlardan xoşhal deyildilər. Bu qadınlar rəsmdə yeni metodlar yaratmaqla, yeni nəsil qadın rəssamlar böyütməklə, onlara öz istedadını basdırmaq istəyənlərdən uzaq durmağı öyrətməklə əks hücum edirdilər.  İndi isə onların özlərindən sonra geriyə buraxdıqları əsərlərinin muzeylərdə və qalereyalarda aldıqları diqqət sayəsində yetərincə məşhurdur:  flamandiyalı sensasiya Klara Pitersin (ing. Clara Peeters)  solo sərgisi olmuşdur, auksion satışlarında Yelizabetta Siraninin (ing. Elisabetta Sirani) əsərlərinin satışı həmişə güclü olur. Bundan əlavə, onun müasiri Artemisiya Gentilecki (ing. Artemisia Gentileschi) Romadakı Berasçi sarayında diqqət mərkəzindədir və auksionda onun əsərlərinin qiyməti milyon dollardan bir az daha yüksəkdə durur.

Sofonisba Anguissola (ing. Sofonisba Anguissola)

1532,  Seremona – 1625, Palermo

 

Anguissola incəsənətə qazandırdırdığı dəyərlərə görə qəbul edilmiş çox az renesans qadın rəssamlarındandır. İtaliyanın şimalındakı Kremenda doğulan Anguissola İtaliyada səyahət edirdi və hətta İspaniya sarayına gəlib kral II Filip və onun ailəsinin portretini çəkməmişdən qabaq Mikalencelodan tərif də almışdı.  Texniki cəhətdən daha irəlidə olan rəsmləri yalnız portret janrında çərçivələri genişlətmirdi, onlar Renensans epoxasının “qadın, bir obyekt kimi” ideyasına hücum edirdi. Məsələn onun Bernardino Kampi (ing. Bernardino Campi) ilə avtoportretinə baxın, rəssamın avtoportretini o zamankı müəllimi Kampi çəkir. İlk baxışdan rəsm Anguissolanın xarici görünüşünü diktə edən kişi müəllim Kampi ilə klassik gender disbalansı hadisəsinə bənzəyir. Lakin daha yaxından baxdıqda adətən tələbələrə, yəni ona çatan paltarının bəzək hissəsini rəsm etmə işini görən müəllimini təsvir edərək ənənələri məsxərəyə qoyduğunu görürük. Bu demək olar ki, 500 illik patriarxal hakimiyyətə etirazdır.

Levina Teyerlink (ing. Levina Teerlinc)

1510, Brügge – 1576, London

Brüggedə işıqlı rəsmləri ilə tanınan məşhur rəssam Saymon Beninqin (ing. Simon Bening) ailəsində doğulan Teyerling unikal renesans dövrü flamand portret qabiliyyətinə sahib idi: o, məhsuldar miniaturist idi. Onun  dəqiqliklə işlənmiş portretləri və 16-cı əsr həyatından səhnələri təsvir edən rəsmləri kral VIII Henrinin gözündən qaçmamış və Teyerlinki İngiltərədə yaşamağa, saray rəssamı kimi işləyib, mərhum Hans Holbeynin (ing. Hans Holbein) davamçısı olmağa dəvət etdi. Lakin ona olduqca az maaş verilirdi. Belə prestijli imkan sayəsində Teyerlink Tüdorların cah-cəlallı həyatını sənədləşdirən çətin “tələbat obyektlərini” rəsm etməyə davam etdi, həmçinin o fonu da modelləşdirirdi və mətn də əlavə edirdi.

Laviniya Fontana (ing. Lavinia Fontana)

1552, Boloniya – 1614, Roma

Güclü qadın kimi yaddaşlarda qalmış Bolonyada doğulmuş Fontana məşhurluğu bacarıqlı şəkildə simvolik naturmort obyektlərini rəsmlərinə əlavə edərək portret texnikasını inkişaf etdirməklə əldə etmişdir. Onun stili, xüsusilə, çoxsaylı hamilərindən biri olan  papa V Polu heyran edirdi.  Bundan əlavə, bu texnika onun rəssamlıq qabiliyyətini inkişaf etdirməkdən əlavə, həm də o, izləyiciyə onun bir intellektual həyat tərzini göstərirdi, məsələn “Virginalın qabağında xidmətçi ilə avtoportret”-də olduğu kimi.

1611-ci ildə – ölümündən 3 il əvvəl Feliçe Antonio Kasone (ing. Felice Antonio Casone) onun şərəfinə rəssamın iş üzərində olarkən, həyallara dalmışkən saçlarının qarmaqarışıq, ağzının isə “lal poeziyabı” silvolizə edərək bağlı şəkildə təsvir edildiyi medal hazırlatdırmışdı.

Katerina van Hemessen (ing. Catharina van Hemessen)

1528 Antverp – 1588, Antverp

Adi geyim, ciddi baxışlar və qaranlıq fonlar van Hemessenin renesans portretləri üçün xarakterik idi. Bu xarakteristikalar onun hamilərinə yaxın gəlməsə də, onun kabus kimi görünən qadınlarla dolu rəsmləri tez-tez onu uzaqlaşdırsa da  o, məhsuldar portretist idi. Cinsiyyətə xüsusi diqqət yetirməməsindən əlavə, van Hemessen “Avtopotret”-də gördüyünüz kimi özünü molbert qabağında rəsm edən ilk rəssamdır. Yuxarıdakı yazıda deyilir: “Mən Katerina Hemessen, özümü rəsm etdim/1548/ Burada 20 yaşım var”. İfadəsiz üzü ilə o özünü “işləyən qadın” kimi gözlər önünə sərmək istəyib.

Yelizabetta Sirani (ing. Elisabetta Sirani)

1638, Boloniya – 1665, Boloniya

“Sadə həyat və yüksək düşüncə”-yə inanan – onun öz işi üçün olan sözləridir, dəqiq və tez – Sirani 19 yaşından ailəsinə dəstək olmuşdur, çox qısa karyerasından 200-dən çox rəsm çəkmişdir. Yeniyetməlik illərinin ortasında Sirani artıq müəllimlərini, həmçinin rəssam olan ötmüş və tezliklə alfa-hami knyaz III Kozimo de Mediçi kimi insanlarda sifarişlər almağa başlamışdır. Məhsuldar şəhər olar Bolioniyada 10-dan çox qadın rəssamın müəllimi olan Sirani 27 yaşında anidən vəfat etmişdir. Bir neçə alim onun ölümünü ağır iş rejiminə bağlayır, digərləri isə zəhərləndirildiyini deyir.

Həyatda olarkən o, öz rəsmlərini azacıq işıqlandırılmış qadın personajların olduğu parlaq İncil və alleqorik səhnələrə həsr edirdi. Onun Mariya Maqdalenanın və Daliyanın rəsmləri cəsarətli qadının təsvirləridir, lakin “Özünü baldırından yaralayan Porşiya” isə sakit, mülayim pozada müasir qadnın cəsarətli təsvirini göstərməklə bir irəli sıçrayış idi.

Kalara Piters (ing. Clara Peeters)

Təhminən 1589, Antverp – 1657-ci ildən sonra

Praqa muzeyində ilk solo qadın sərgisində sərgilənən rəsmlərin baxdıqda Pitersin öz şəxsi renesansı olduğunu görürük, çünki flamandiyalı rəssamın diqqətlə düşünülmüş rəsmlərində dünya yenidən təsvir edilib. Hamısı boşqablarda incəliklə yerləşdirilmiş şərab, meyvələr və çörək onun naturmortlarındakı ulduzlardır. Lakin qədəhlərdəki əkslərə baxdıqda rəssamın miniatür avtoportretlərini görmək olar. Naturmort rəsmlərə yerləşdirilmiş üzü ilə bu Borrokko rəssamı sakitçə görülməyi tələb edir, ola bilər elə buna görə onun bir rəssam kimi ardında buraxdıqları həmişə dözməli olacaq.

Cudih Leyster (ing. Judith Leyster)

1609 Haarlem – 1660 Heemsteyd

Hollandiyada doğulmuş rəssam Leyster kövrək fırça vuruşlarından iştifadə edirdi, bu da onu dövrünün tərzindən çox uzaqda qoymuşdu. Onun parlaq, şən adətən mahnının ortasında olan musiqiçi portretləri tez-tez naturmort obyekti kimi qəbul edilən, psixolojik cəhətdən yüklənmiş üzlərini əks etdirirdi və rəssamın ustalığının nümünəsi idi. Müasir motivlərin bu qədər bolluğu sayəsində gələcək nəsil rəssamlar onun metodlarından ilham almışdır, bu da 1892-ci ildəki Luvra satılmış Frans Halsın (ing. Frans Hals) işində kimin təsvir edildiyi haqda hüquqi işdə öz əksini tapmışdır. Məhkəmə təyin etdi ki, bu qədər bəyənilən, hətta Klod Monedən (ing. Claude Monet) tərif alan bu rəsm “J.L” inisialları iə imzalanmışdır, bu da Leysterin ulduz statusunu alması üçün böyük sübut olmuşdur.

Artemisiya Gentileski (ing. Artemisia Gentileschi)

1593, Roma – 1653, Neopol

Borokko epoxasının girəcəyində doğulan Gentileski bir çoxları tərəfindənindiyə qədər heç bir qadın rəssamın çəkmədiyi qədər parlaq olduğunu düşündüyü çox dramatik, bəzən qanlı səhnələr təsvir edirdi. Bir çoxu bunu onun 19 yaşında ondan böyük müəllimindən və atasının dostu rəssam Orasio Gentileskidən yaşadığı seksual  zorakılığa bağlayır. Təkid edilirdi ki, onun rəsmlərindəki qadın obrazları çox vaxt  qisas tələb edirdilər. İndi o, Karavadjonun (ing. Caravaggio) ən təcrübəli davamçısı sayılır.

40 il sürmüş karyerasında Gentileskinin rəsmləri heç vaxt utancaq olmamışdır. Keçmiş rəsm məktəbləri təkid edirdilər ki, bu rəsmlərin arxasında qadın olduğuna “çətinliklə inanmaq olur”, amma onun İncildəki qadın qəhrəmanlarının təntənəli rəsmlərini insan çəkdiyinə də çətinliklə inanılır.  Onun qərarlı, psixolojik cəhətdən inkişaf etdirilmiş “Cudih və Lukresiya” rəsmi heyrətamiz Karavadjo işıq effektləri ilə rəngləndirilmişdi. Cavanlada yaşadığı travmaların bir rəssam kimi qüdrətli bacarığının qarşısını almasına icazə vermək əlbəttə ki, böyük səhv olardı.

Müəllif: Katy Hessel

Mənbə: These Women Artists Influenced the Renaissance and Baroque

Redaktə etdi: Pəri Abbaslı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here