Rentgenoskopiya nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

RENTGENOSKOPİYA

Rentgenoskopiya üsulu müayinə edilən üzvlərin işıqlandırıcı ekranda əksinin alınmasına əsaslanır. Bu üsulla sağlam və xəstə adamları müxtəlif vəziyyətlərdə müayinə etmək olar. Rentgenoskopiya üsulu ilə üzvlərin topoqrafik anatomiyası, fiziologiyası və həmin üzvlərdə gedən patoloji proseslər öyrənilir. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, rentgenoskopiya zamanı bəzi üzvlərin fizioloji-funksional halı aydınlaşdırılır. Məsələn, ürəyin təqəllüsünü, tənəffüs aktını, diafraqmanın, həmçinin ağciyər kənarlarının nəfəsalma və nəfəsvermə zamanı hərəkətini, mədə və bağırsağın peristaltikasını, onların formasının dəyişməsi hallarını öyrənmək mümkündür.

Beləliklə, rentgenoskopiya ilə biz nəinki üzvlərin morfoloji quruluşunu, hətta onların funksional halını da öyrənə bilirik. Deməli, bu üsul təkcə morfoloji müayinə üsulu deyil, eyni zamanda funksional müayinə üsuludur.

Rentgenoskopiya üsulunun üstün cəhətləri ilə yanaşı, çatışmayan cəhətləri də vardır. Bu üsulla ağciyərlərdə, sümük toxumasında və s. üzvlərdə əmələ gələn patoloji dəyişiklikləri çox çətinliklə müəyyən etmək olur, bəzən də heç aydınlaşdırmaq olmur.

Rentgenoskopiya üsulu subyektiv metod hesab olunaraq patoloji proseslərin dinamiki müayinəsinin aparılmasına imkan vermir. Bundan başqa, rentgenoskopiya zamanı müayinə edilən şəxs və həkim artıq dərəcədə şüalanır.

Mənbə: Radiodiaqnostika, Həkim və tələbələr üçün dərslik. ( Bahadur Baxşiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

STAY CONNECTED

20,156FansLike
2,244FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...