Rezonans hadisəsi nədir?

Post date:

Author:

Category:

Rezonans hadisəsini ilk dəfə Qalileo Qaliley musiqi alətləri üzərində araşdırmalar apararkən kəşf etmişdir. “Rezonans” həm dünyəvi (yəni makroskopik səviyyədə), həm də atom səviyyəsində (mikroskopik səviyyədə) kainatda və yerdə baş verən bir çox hadisələrin izahını verməkdə yardım edən önəmli faktorlardan biridir. Ümumiyyətlə rezonans hadisəsi rəqsi hərəkət edən sistemlərlə əlaqəli hadisədir. Məsələn, zəlzələ nəticəsində yerdə baş verən rəqsi hərəkətin tezliyi və binaların, körpülərin və s. öz tezlikləri rezonans hadisəsi ilə birbaşa bağlıdır. Rəqsi hərəkət edən sistemlər dedikdə isə statik tarazlıq halından hərəkətə başlayıb başlanğıc nöqtəsindən uzaqlaşan sonra isə yenidən başlanğıc nöqtəsinə qayıdan sistemlər nəzərdə tutulur. Və ya qısaca hərəkətin müəyyən zaman intervalında təkrarlanmasına rəqsi hərəkət deyilir. Rəqsi hərəkətin iki növü olsa da, rezonans hadisəsinə yalnız məcburi rəqslər zamanı rast gəlinir. Bu hadisənin izahını verməmişdən öncə bəzi ifadələrin mənasını bilmək lazımdır.

  • Rəqsin tezliyi (frekansı) dedikdə vahid zamandakı rəqslərin sayı nəzərdə tutulur. Bu kəmiyyətin tərs qiyməti isə rəqsin periodu adlanır
  • Rəqsin periodu- tam bir rəqs üçün sərf olunan zamandır.
  • Rəqsin amplitudu- rəqs zamani sistemin tarazlıq vəziyyətindən maksimum uzaqlaşmasıdır

Akustik rezonans nədir?

Səs sistemlərində düzəliş edərkən anlıq çıxan narahat edici edici yüksək səsin səbəbi də rezonans hadisəsidir. Edilən bu düzəliş (yoxlama ) zamanı minimuma düşən empedans nəticəsində rezonansa çatan səs dalğasının amplitudunda anlıq bir artım olur və çox yüksək səs çıxır.

Binaların dağılmasının səbəbi rezonans hadisəsidir mi? Rezonansın mənfi cəhəti.

Mühəndislikdə rezonans teoriki olaraq amplitudun sonsuzluğa getməsi kimi izah olunur. Anlaşıldığı kimi müəyyən tezlikdə sistemin daha yüksək amplitudda rəqsi dedikdə rezonans nəzərdə tutulur. Bu hadisəyə tezliklərin uyğunluğu kimi də baxmaq mümkündür. Yəni rezonans uyğun tezliyə malik olan sistemlərə xasdır. Sistemdə müxtəlif səbəblərdən yaranabilən bu rəqslər sistemi rezonansa çatarsa sistemin rəqsinin amplitudu çox artacaq( hətta teorik olaraq sonsuz artacaq). Amplitudun bu qədər çox böyüməsinin isə dağıdıcı təsirləri ola bilir. Məsələn, 1940-cı ildə ABŞ-da olan Takoma asma körpüsü istifadəyə verilməsindən bir neçə ay sonra küləyin təsiri ilə dağılmışdır.

Bunu qisaca izah etməyə çalışsaq; belə düşünək ki, bina 3 vahid təcilin yarada biləcəyi qüvvəyə qarşı dayanıqlı şəkildə tikilmişdir. Binanın öz tezliyi və yer səthinin hərəkət tezliyi müxtəlif olanda bu 2 vahidlik təcil müxtəlif vaxtlarda və ya müxtəlif istiqamətlərdə binaya təsir edəcək. Bunun nəticəsində binanın qarşılaşdığı ən böyük qüvvə 2 vahidlik təcil qədər olacaq.

Beləliklə bina bu təcildən zədələnməyəcək və ya hiss edilməyəcək qədər kiçik zədə alacaq. Lakin yer səthinin və binanın tezlikləri üst-üstə düşərsə bu zaman bu 2vahidlik təcillərin hər biri eyni anda tikiliyə “eyni istiqamətdə” təsir göstərəcək və bunun nəticəsində tikiliyə ümumi 4 vahid təcilli qüvvə təsir etmiş olacaq. Beləliklə tikili dayanıqlı halından çıxacaq və böyük dağıntılar olacaq. Bu qüvvələrin eyni yöndə yaranıb tikiliyə eyni şəkildə təsir etməsi və tikilidə böyük dağıntı yaratmasına tikilinin rezonansa uğraması deyilir. (Göstərilən nümunədəki rəqəmlər daha asan anlaşılan olsun deyə kiçik vahidlərlə bildirilmişdir)

Fiziki və kimyəvi aspektdə “rezonans” nədir?

Tikililərdə baş verən rezonans hadisəsini onsuz da fizikanın gözü ilə izah etmişdik. Lakin mexaniki rəqslərdən başqa elektrik rəqsləri də mövcuddur. Sistemdə (rəqs konturunda) elektrik yükünün, cərəyan şiddətinin və gərginliyin zamana görə periodik dəyişməsinə elektik rəqsləri deyilir. Təbii ki, bu rəqslər zamanı da rezonans hadisəsi baş verir. Dəyişən cərəyan məcburi elektrik rəqsləri olduğundan onda mexaniki rəqslərdə olduğu kimi rezonans baş verməlidir. Bəs nə üçün məhz məcburi rəqslərdə baş verir? Bunu izah etmək üçün rəqslərin digər növünə nəzər salmaq lazımdır. Sərbəst rəqslər başlanğıc enerji hesabına yaranan rəqslərdir. Yəni müəyyən zaman sonra bu rəqslərə sərf olunan enerji bitir və sistem rəqsini sonlandırmağa məcbur qalır.

Məsələn, sapdan asılmış daşın və ya yelləncəkdə oturan uşağın kənar təsir dayandıqdan bir müddət sonra dayanması. Məcburi rəqslər isə xarici qüvvələrin təsiri ilə yaranır və onların təsiri ilə davam etdirilir . Elə bir zaman gəlir ki, həmin xarici qüvvənin tezliyi ilə sistemin tezliyi üst üstə düşür və rezonans hadisəsi baş verir. Rezonans periodik dəyişən qüvvənin xarici gərginliyin tezliyi sistemin(yəni rəqs konturunun) məxsusi tezliyinə bərabər olarsa dövrədə cərəyan şiddəti və gərginliyin maksimum qiymətlər almasına deyilir. Bu anda dövrənin gərginliyi və cərəyan şiddəti eyni fazada rəqs edir, yəni eyni zamanda həm maksimum, həm də minimum qiymətlər alırlar. Sistemin gücü ən böyük qiymətə malik olur. Sistemdə tutum müqaviməti və induktiv müqavimət bir-birinə bərabərdirsə dövrə rezonans halı deyilir.

Üzvi molekullarda atomların sabit qalması, lakin elektron cütlərinin yer dəyişməsinə rezonans deyilir. Üzvi birləşmələr yalnız Levis quruluşu ilə göstərilsə də bəzi təcrübələr nəticəsində birdən çox dəyərə malik birləşmələrin var olduğunu bilirik. Məsələn, format ionuna (qarışqa turşusunun ionu) qarşı göndərilən rentgen şüaları vasitəsilə bu molekul nəzərdən keçirildikdə ikiqat rabitənin tək rabitədən uzun olması lazım gələrkən onların bir birinə bərabər olması görülmüşdür. Yəni atomların yeri sabit qalarkən elektron cütləri yerini dəyişmiş və rezonans hadisəsi baş vermişdir. Rezonans cütləri tək bir formulla işarə oluna bilmədiyindən iki istiqamətli oxla göstərilir. Və bu cütlər rezonans mələzləri adlanır.

Nə üçün rezonans hadisəsi bu qədər məşhur və önəmlidir?

Rezonansdan sistemlərdə titrəşimlər yaratmaq üçün (məsələn musiqi alətləri, insanın səs telləri və s.) və ən önəmlisi bir çox tezliklərə malik olan qarışıq titrəşimlərdən xüsusi tezlikləri ayırd edəbilmək üçün istifadə olunur. Yəni istifadə etdiyimiz telefonların əsas məğzi bu hadisəylə bağlıdır. Nömrə adlandırdığımız cisim müəyyən tezliyə malik olan rəqs konturundan basqa bir şey deyil. Gələn, ətrafda olan dalğalardan hansının tezliyi nömrənin tezliyi ilə üst üstə düşərsə rezonans baş verir, yəni telefonumuz zəng çalır.

Mənbə: https://insapedia-com.cdn.ampproject.org/v/s/insapedia.com/rezonans-nedir-yapilari-nasil-etkiler-nasil-onlenir/amp/?usqp=mq331AQFKAGwASA%3D&amp_js_v=0.1#aoh=15909299298801&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=%251%24s%20adl%C4%B1%20domend%C9%99n&ampshare=https%3A%2F%2Finsapedia.com%2Frezonans-nedir-yapilari-nasil-etkiler-nasil-onlenir%2F

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...