Ritm Dəniz fillərinin ən yaxşı müdafiəsidir

Uzun zaman olub? Amma o səsi heç vaxt unuda bilməzdin. Ali məktəblə bağlı xatirələr – hormonlarının ən üst səviyyədə olduğu bir zamanda rəqabətə girdiyin şəxs. Onları izdiham dolu otaqda görə bilmərsən, ancaq sadəcə səsinin avazını və danışığının ahəngini eşitmək bəs edər sənə dönüb qaçmaq, görünməz olmağa çalışmaq üçün. Sadəcə o qədər də xoş olmayan xatirələrin təkrarlanmaması üçün. Dəniz filləri sənin çəkdiyini çəkir.
Son araşdırmalar göstərib ki. Erkək dəniz fillərinin ritmi və avazı ilə bir-birindən fərqlənən çoxalma dönəmlərində istifadə etdikləri və tanıdıqları öz səsli “ad”ları var. Bu qulaq məsafəsindəki hər kəsə onların kimliyini bəlli edir. Radio kanalının musiqi səsi vəya beyzbol oyunçusunun musiqisi kimi.
Lion/Sant Etin Universiteti, Santa Kruzda Kaliforniya Universiteti və Paris-Sud Universitetindən tədqiqatçılar təxminən 20 il boyunca dəniz fillərinin bu səslərini dinləyiblər – universitetdən 30 mil şimalda yerləşən Ano Neuvo çoxalma məskənində dəniz fillərinin davranışlarını izləmiş və tədqiq etmişlər. Santa Kruzda Kaliforniya Universitetinin fəlsəfə doktoru və hazırki tədqiqatın həmmüəllifi Caroline Casey bu uzunmüddətli layihəyə 2009-cu ildə qoşulub.
Casey deyir: “Demək olar, bütün erkək dəniz fillərinin çoxalma sezonunda istifadə etdikləri və tanıdıqları öz adları var. Onlar bu adları yadda saxlayır və bu onların bir-birləri ilə döyüşməsinin qarşısını aldığı üçün çox önəmlidir. Əgər onlar daha əvvəl qarşıdurma yaşamışlarsa, sadəcə bu adı çəkməklə onlar daha öncəki qarşıdurmanın nəticəsini xatırlayar və hücum etmək ya ger çəkilməyə qərar verərlər.”
Dəniz fillərinin cəmiyyətində “alfa”lar vardır ki, onlar çoxalma sezonunda 100-ə qədər dişinin olduğu bir qrupu idarə edirlər. Digər erkəklər “beta”lar adlanır. Alfalar fiziki olaraq hücum etməklə betaları çoxalma hərəkətlərindən kənar qoyur. Bir beta alfanın “ad”ını eşitdikdə, döyüşün qarşısını almaq üçün qaçır.
Dəniz fillərinin çoxalma dönəmindəki davranışlarının tədqiqatı zamanı casey və onun qrupu bu səsli “ad”ların ritminin önəmini ortaya çıxarıblar. Onlar alfa erkəyin səsini yazır və sonra onu təhrif edərək betaya ötürür. Betalar yalnızca o zaman qaçır ki, səs alfanın səsinin fərdi variyasaları daxilində ola biləcək dərəcədə az təhrif olunmuş olsun. Əgər səs kəskin təhrifə məruz qalıbsa, betalar yerindən tərpənmir. Bu,  səsin həqiqətən həmin rəqibə məxsus olun-olmadığını müəyyənləşdirmək üçün ritm və avazın önəmini ortaya qoyur.
Casey deyir: “Biz düşündük ki, ritm və avaz fərdi kimliyi ifadə etməyə kömək edən iki komponentdir. Düşünürəm ki, bu aydındır, çünki biz artıq bilirik, səsin hansı elementləri önəmlidir.”
Bu sadəcə dəniz fillərindən daha çoxu üçün önəm kəsb edir. Casey deyir ki, baxmayaraq ki, insanlar ritm və musiqi dərketməsinin məhz insan keyfiyyəti olduğunu düşünür, onların apardığı və, həmçinin, tutuquşular üzərində aparılan araşdırmalar göstərir ki, ünsiyyət sistemində ritmik komponentlər olan hər heyvan ritmi dərk edə bilir.
O deyir: “Düşünürəm ki, digər insanlar da bizim qəbul etdiyimiz yanaşmanı qəbul etməlidirlər. Biz bu erkəklərin hər birini yaxından tanıdıq, onların səsini yazdıq, onların davranışlarını müşahidə etdik və çox diqqətli və dəqiq olduğunu düşündüyüm təcrübə hazırladıq. Bu bizə onların həqiqətən ritmi dərk edə bildiyini göstərməyə imkan verdi. Ümid edirəm ki, bu ritmik keyfiyyətləri olan səslərə malik heyvanlar üzərində çalışan digər insanların da bu kimi suallar üzərində çalışmaqlarına səbəb olar.
Casey deyir ki, qrup araşdırmanı gənc erkəklərin bu səsləri həyatı boyunca necə inkişaf etdirdiklərini, hansı təsirlərin önəmli olduğunu, bu səslərin öyrənilmə olduğunu, ya genetik komponent olduğunu tapmaq üzərində davam etdirməyi planlayır.
O deyir: “Biz diqqətimizi gənc erkəklərə çeviririk və malik olduqları səslər və alfa olmağa gətirən yol haqqnda öyrənməyə çalışırıq.”

Mənbə: http://www.popsci.com/elephant-seals-rhythm

 

- Advertisement -

87 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Dopamin (Xoşbəxtlik hormonu) nədir? / Ensiklopedik bilgi

Dopamin Hipotalamusda sintez edilən bioloji aktiv maddələrin bir qrupu neyrotransmitter xassəyə malikdir. Bunlardan ən əhəmiyyətliləri noradrenalin, dopamin və serotonindir. Biogen amin mənşəli neyrotransmitterlər orqanizmin müxtəlif...

Hemoqlobin // Ensiklopedik bilgi

Hemoqlobin, (yun. hemo-qan və lat. globus-kürə) insanın və bir çox heyvanın qanında tərkibində dəmir olan zülaldır. Onuğalıların qırmızı qan hüceyrələrində (eritrosit) oksigeni toxumalara daşıyır. Hemoqlobin oksigenlə davamsız...

Metafizika nədir ? // Fəlsəfə lüğəti

METAFİZİKA . Varlığın son təməlləri, özü və anlamı haqqında təlimlər. Aristotelin ilk fəlsəfə adını verdiyi ―bütün var olanlar üçün ortaq ideyaları araşdıran abidə. 1. ―M.termini e.ə....

Recent

Aşkenazi yəhudilərinin etnik xəstəliyi – Tey-Saks

Tey-Saks xəstəliyi və ya qanqliozidlipidoz Tey-Saks xəstəliyinə erkən uşaq amavrotik idiotiya xəstəliyi də deyilir. Heksozaminidaza fermentinin irsi çatışmazlığının nəticəsidir. Xəstəlik zamanı toxumalarda N-asetil heksozaminidaza fermentinin...

Milan Kundera – İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi

1956-cı ilin  noyabrında, iş otağı artilleriya atəşi ilə yerlə-yeksan edilməmişdən bir az əvvəl, Macarıstan Xəbər Agentliyinin direktoru rusların Budapeştə soxulması barədə bütün dünyaya ünvanlanmış...

Androsteroma nədir? / Ensiklopedik Bilgi

Androsteroma androgenlər ifraz edən törəmədir, yarısı bəd xassəlidir. Qadınlarda masklunizasiya əlamətləri ortaya çıxır, oğlan uşaqlarında erkən fiziki və cinsi yetkinlik izlənilir. Diaqnozu qanda dehidroepiandrosteron, androstendion...