Riyaziyyatın nobeli “Fields” mükafatını rədd edən dahi: Qriqori Perelman Kimdir?

Post date:

Author:

Category:

 

Bir çoxları tərəfindən dünyanın yaşayan ən ağıllı insanı olaraq qəbul edilən riyaziyyatın tacsız kralı Qriqori Perelman…

2000-ci ildə Kley Riyaziyyat İnstitutu (The Clay Mathematics Institute (CMI)) o günə qədər həll edilə bilməmiş və “Min ilin problemləri” olaraq bilinən problemlərin hər birinin görə mükafat təyin edildiyini ictimaiyyətə bəyan etmişdir. Bu problemlərdən biri də “Puankare Hipotezi” ( Poincaré Conjecture) idi.

Anri Puankarenin (Henry Poincaré) 1904-cü ildə ortaya atdığı bu məsələni 2002-ci ildə Qriqori Perelmanın(Grigori Yakovlevich Perelman)  həll etməsi dünya alimlərinin diqqətinin onun üzərinə cəmlənməsinə səbəb oldu.

Qriqori Perelman Sankt- Peterburqdakı Steklov İnstitutunda doktorluq (Riyaziyyat doktoru) etdiyi vaxtlarda öz sahəsi olan topologiyanın ən mürəkkəb problemini həll edərək həlli 33 səhifəlik bir məqalədə internet üzərindən ictimaiyyətə təqdim etmişdir. Çox təəssüf ki, bu böyük əmək kifayət qədər inam və diqqətlə qaşılanmadı. Qriqori Perelmana heç kim, hətta birlikdə işlədiyi iş yoldaşları da inanmamışdılar.

2006-cı ildə mütəxəssislərin belə çətinliklə başa düşdüyü həllin rəsmi olaraq doğruluğu qəbul edilmiş və bu möhtəşəm həllin müəllifi “Fields” mükafatına layiq görülmüşdür. Ancaq Dr. Qriqori Perelman bu mükafatı qəbul etməmiş və “Fields” mükafatını qəbul etməyən ilk alim olmuşdur. Eyni zamanda problemin həllinə görə veriləcək olan bir milyon dolları da qəbul etməmişdir. Ən son olaraq 2010-cu ildə layiq görüldüyü minillik mükafatını da qəbul etməyən  Perelman verilən pul mükafatını qəbul etmişdir. (Bəzi mənbələrdə Perelmanın pul mükafatını heç rədd etmədiyi də deyilir) Bu pulu riyaziyyat elmi üçün xərcləyəcəyini açıqlamışdır.

Anası ilə birlikdə son dərəcə sadə və sıxıntılı bir həyat keçirən, otağında bir masa və bir stulundan başqa əşyası olmayan bu dahi, əslində, heç bir zaman məşhur olmaq kimi bir istəyi olmamışdır.

“Mən məşhur omaq istəmirəm. Yəni bir məsələ həll etdim və bunun bu qədər şişirdilməsi mənə qəribə gəlir.”

Əlavə olaraq bu sözlərin ardından Sankt- Petersburqdakı Steklov İnstutundakı vəzifəsindən istefa etmişdir.

Dr. Qriqori Perelmana böyük təşəkkür düşür, həm riyaziyyat dünyasına olan böyük əməyinə, həm də təvazökarlığına görə.

Mənbə:

http://www.matematiksel.org/grigori-perelman-kimdir/

Redaktə etdi: Lalə Yusifova

STAY CONNECTED

18,756FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Şıxəmməd Əyyubovhttp://rezonanss.com
Bakı Mühəndislik Universitetində təhsil alıram, əlavə olaraq əsasən riyaziyyat, fizika, astronomiya ilə maraqlanıram.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.