Kaspar David Fridrix (ing. Caspar David Friedrich) alman rəssam – romantizmin parlaq üzvü olmuşdur. Onun davamçıları arasında Norveç incəsənətinin ulduzu Yohan Kristian Dal (ing. Johan Christian Klausson Dahl) də var idi.

Gələcəkdə rəssam olacaq Kaspar sadə ailədə anadan olmuşdur. Onun atası sabun düzəldən idi. Gənc ikən o, valideynlərini və yaxın qohumlarının böyük hissəsini itirir. İncəsənətə olan bacarıq onda çox tez özünü göstərmişdir: 1784-cü ildə isə o, dörd ilini Kopenhagendə yerləşən Dat kraliyyət incəsənət akademiyasında keçirmişdir, daha sonra isə 1790-cı ildə rəsm dərsləri almağa başlamışdır.

Təhsilini bitirdikdən sonra gənc rəssam doğma Almaniyaya qayıdır və Drezdenə köçür. Burada onun Romantizm cərəyanı ilə tanışlığı başlayır. Fridrixin rəsm stili romantizmin bir çox ustasına ciddi təsir etmişdir, onların arasından Höteni, filosof Karusu və epoxanın digər böyük şəxslərinin adını çəkmək olar.

Bu periodda rəssam Dal ilə tanış olur və onun ilə sıx əlaqələri davam etdirir. O, səyahət etməyi sevirdi, buna görə də fərqli ölkələrin təbiətlərindən parlaq təəssüratlar qazanaraq  tez-tez Avropanı gəzirdi. Bu perioddan başlayaraq 1809-cu ilə qədər Fridrix şəkil ilə sepiya və şriftdən istifadə edərək işləmişdir.

Yağlı boya ilə işləməyi o, yalnız şəkildə ustalığa çatandan sonra başlamışdır. Bir il sonra onun rəsmləri cəmiyyət tərəfindən qəbul edildi və incəsənət sevərlər arasında məşhurlaşdı.

Fridrixin romantizmi mistizmə təzyiqli basqınlığı var idi, bir qədər melonxolik idi. Onun işlərində tez-tez məzarlıq motivlərinə, xaçlara, yol kənarındakı xaçlara, uzaq şəhərlərə və dənizdə uzaqdan görünən yelkənlilərə rast gəlinir. Bu tənhalıq və həyat sevinclərindən uzaqlıq, ümumilikdə, o dövrün romantik rəsmlərinə uyurdu, lakin bu rəssamın rəsmlərində spesifik rəng çalarları var idi, bu da onu asan tanınan edirdi.

Rəssamın özünəxas yaradıcılıq proqramı “Həyatın mərhələləri” rəsmi qəbul edilir. Orada fərqli yaş dövrlərinin nümayəndələri olan 3 yetkin və 2 uşaq, ola bilər ki, bir ailənin bir neçə nəslinin nümayəndələri təsvir edilib.  Maraqlıdır ki, onlar üzərində eyni sayda müxtəlif ölçüdə gəmilərin üzdüyü dənizin sahilində gəzirlər. Yelkənlilərin ölçüsü ilə personajların yaşları arasında dəqiq assosiativ xətt sezilir.

Rəsmin xüsusiyyəti Günəşin dənizin üstündə batarkən yaranan parlaq rənglərin ustalıqla təsvir edilməsidir. Onlar çox parlaq və dolğundur, bu isə rəsmi müasir edir və indiki dövrdə belə təsirli şəkildə eşidilən edir.

Rəssam həqiqi və ya xəyali predmetləri, məsələn göydə uçan məqbərə və ya mələk fiqurlarını əks etdirən bir çox rəsm yaratmışdır. Onun bəzi rəsmləri estetika və stil cəhətdən tipik Bedermayer almana stilinə yaxınlaşır.

1824-cü ildə rəssam Drezdendəki Rəsm akademiyasının professoru olur. Ondan sonra incəsənətin rolu haqda bir çox aforizm və fikirlər qalmışdır.

11 il sonra rəssam sevimli məşğuliyyəti ilə məşğul ola bilmir. O xəstələnir və iflic olur. Onun bu dövrdə edə bildiyi tək şey sepiya ilə məşğul olmaq, kiçik rəsmlər çəkmək idi.

İstedadlı rəssamın ömrü onun sevimli Drezenində səfalət içində bitmişdir. Bu zaman o, 65 yaşında idi. Uzun müddət onun yaradıcılığı qaranlıqda qalmışdır, yalnız keçən əsrin başlanğıcında sürrealizmin çiçəkləndiyi dövrdə yenidən populyar oldu. Onun rəsmlərdən bir neçəsi bu cərəyanın ilk nümünələri belə sayıla bilər.

Kaspar David Fridrixin yaradıcılığına aid nümünələr aşağıda baxa bilərsiniz:

“Qış”, 1803-cü il, qələm və fırça ilə, Kupferstichkabinett – Staatliche Museen zu Berlin saxlanılır, (the-athenaeum.org)
“Dağda Madonna heykəli”, 1804-cü il, mürəkkəb, Şikaqo İncəsənət İnstitutunda saxlanılır, (the-athenaeum.org)
“Rəssam studiyasından görünüş”, 1805-1806-ci illər, şəxsi kolleksiyada saxlanılır (,the-athenaeum.org)
“Göy qurşağı ilə landşaft”, 1810-cu il, yağlı boya, ikinci Dünya müharibəsində məhv edilmişdir, (the-athenaeum.org)
“Katedral”, 1818-ci il, yağlı boya, (the-athenaeum.org)
“Səyahətçi duman dənizinin qabağında”,1818-ci il, yağlı boya, Hamburger Kunsthalle (Germany – Hamburg), (the-athenaeum.org)
“Qadın, gün çıxmamışdan əvvəl”, 1818-ci il, yağlı boya, Folkvang muzeyindı saxlanılır, (the-athenaeum.org)
“Rügenin təbaşir qayalıqları”, 1819-cu il, yağlı boya, Kunstmuseum Winterthur (Switzerland – Winterthur), (the-athenaeum.org)
“Pəncərənin qabaındakı qadən”, 1822-ci il, yağlı boya, Alte Nationalgalerie – Staatliche Museen zu Berlin (Germany – Berlin), (the-athenaeum.org)
“Qarğa ağacı”, 1822-ci il, yağlı boya, Luvr muzeyində saxlaılır, (the-athenaeum.org)
“Buz dənizi”, 1823-1824-cü illər, yağlı boya, Hamburger Kunsthalle (Germany – Hamburg), (the-athenaeum.org)
“Məzarlığın girişi”, 1825-ci il, yağlı boya, Galerie Neue Meister – Staatliche Kunstsammlungen Dresden (Germany – Dresden), (the-athenaeum.org)
“Həyatın mərhələləri”,1835-ci il, yağlı boya, Museum der bildenden Künste, Leipzig, (wikimedia.org)

 

Mətn üçün mənbə: https://muzei-mira.com/biografia_hudojnikov/2403-kaspar-david-fridrih-biografiya-i-kartiny.html

Rəsmlər üçün mənbə: http://the-athenaeum.org/people/detail.php?ID=1470

Redaktə etdi: Pəri Abbaslı

 

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin