Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Post date:

Author:

Category:

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək üçün iki mərhələli bir test aparır.

İlk mərhələ: Saxta pasientlərlə aparılan sınaq

Rosenhan, bu sınaq üçün 3 psixoloq, 1 psixiatr, 1 evdar qadın, 1 rəssam, 1 uşaq həkimi və 1 psixologiya üzrə magistr tələbə seçərək – 5 kişi və 3 qadın ilə əməkdaşlıq qurur. İlk hədəf, bu insanların 5 fərqli əyalətdəki xəstəxanalara qəbul edilməsi idi. Nəticənin reallığa ən yaxın olması üçün seçim çoxparametrli aparılmışdı: Xəstəxanalar arasında köhnə və müasir, tam şəraitli və əskik avadanlıqlı, tədqiqat təməlli, dövlət və özəl, həmçinin, universitet xəstəxanası var idi.


Bütün “xəstələr” eyni şikayət ilə müraciət etmişdi: anlaşılmayan, qəribə səslər eşitmək – səs hallüsinasiyası.1 Təcrübə iştirakçıları müvafiq xəstəxanalara qəbul edildikdən sonra “müalicə” bitənə qədər, tamamilə normal davrandılar. Digər xəstələr və tibbi işçiləri ilə gündəlik həyata uyğun münasibətlər qurdular. Onlara özlərini necə hiss etmələri soruşulduqda, hər zaman müsbət cavab verdilər, əvvəlki şikayətlərinin yox olduğunu qeyd etdilər.


Xəstələrin xəstəxana əməkdaşlarını inandırıb buraxılmaları minimum 7 gün, maksimum 52 gün çəkdi. Xəstəxanaya qəbul edilərkən 8 şəxsdən biri xaric, hər kəs şizofreniya diaqnozu ilə qəbul edilmişdi və hamısı “rezidual (qalıq) şizofreniya” diaqnozu ilə buraxıldı. Halbuki, 8 nəfərdən heç birində açıq şizofreniya əlaməti görülməmişdi. Hətta, xəstələrdən 3-ü barədə yazılan hesabatda onların “yazı yazma” tərzlərindəki fərqliliyə diqqət çəkilirdi.


İnsanların gündəlik həyatda da qarşılaşacağı hərəkətlər və psixoloji durumlar psixiatriya xəstəxanası şəraitində necəsə pataloji hal kimi görünmüşdü.

İkinci mərhələ: Real xəstələr

Təcrübənin yuxarıda danışdığımız ilk mərhələsindən sonra Rosenhan, bu tədqiqatdan xəbər tutmuş bir elmi-tədqiqat xəstəxanasını ziyarət edir və təcrübənin növbəti 3 ayda burada da aparılacağı məlumatını verir. Xəstəxana işçilərinə bir qiymətləndirmə cədvəli verilir ki, bu müddət ərzində qəbul ediləcək pasientlərin saxta olub-olmamasını qiymətləndirsinlər.


Əslində, bu bir yalan idi. 3 ay ərzində xəstəxanaya 193 pasient gətirildi və onların heç birinin Rosenhanın təcrübəsi ilə əlaqəsi yox idi, hamısı real xəstələr idi. Bu 193 pasientdən 41-i tibb iççisi, 23-ü isə psixiatr tərəfindən “saxta pasient” olaraq müəyyənləşdirildi. 19 xəstə isə, həm tibb işçiləri, həm də həkimlər tərəfindən sağlam hesab olundu.

Rosenhanın təcrübəsi psixi xəstələr və sağlam insanların hətta mütəxəssislər tərəfindən belə hər zaman ayırd edilə bilinmədiyini açıqca göstərdi: İlk dəfəsində ağıllılığın, ikincidə isə dəliliyin təyin edilməsindəki müvəffəqiyyətsizliyi ortaya qoydu.

İlk təcrübə ilə, ruhi xəstə damğası vurulan insanların normal ya da anormal bütün davranışlarının bu damğaya əsasən şərh edildiyini, ikinci təcrübə ilə isə, insanlara sadəcə xəstə və ya deyil damğası vurmağa çalışmaq əvəzinə, onların davranışlarına və spesifik çətinliklərinə baxmaq lazım olduğunu göstərdi.

Tədqiqat həmçinin, ABŞ psixiatriya xəstəxanalarındaki bir çox çatışmazlıqların aradan qaldırılmasına vasitəçi oldu.

Mənbə : Psiko101, Paul Kleinman, 11-ci nəşr

  1. Həmçinin oxu: Duyğu və Qavrayışın Pozuntuları

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm