Rusiya bu gün səhər əsas funksiyası Meteoroidləri və iqlimi öyrənmək olan Soyuz roketi ilə birlikdə 32 peyki kosmosa göndərdi
Rusiyanın Amur Vilayətindəki Vostoçni Kosmodromundan Azərbaycan saatı ilə 09:41-də Soyuz-2-1b roketi kosmosa göndərilib. Roketdə Rusiya ilə bərabər Almaniya, Fransa, ABŞ, İsrail, İngiltərə, İsveç, Finlandiya, Tailand, Ekvador, Çexiya və Estoniyaya aidə 32 peyk olub.
2750 kiloqramlıq Meteor-M No 2-2 peyki Yerin orbitindən 832 kilometr uzaqda havanı, ozon təbəqəsini, okeanın səth temperaturunu və buzlaqların vəziyyətini öyrənmək üçün hazırlanıb.
Peyk Meteor-M seriyasının üçüncü peykidir. Həmçinin 2017-ci ildə kosmosa buraxılan Meteor M2-1 qəza zamanı məhv olduğuna görə bu missiyanın məqsədi onu əvəzləməkdir.