Sənətin meydana gəlməsi və inkişafı.

Sənət insanlıq tarixiylə birlikdə meydana gəlmə mərhələsinə keçən ictimai bir faktdır. İnsanlıq tarixinin keçirdiyi təkamül müddətində sənət də yaşamışdır. Bu müddət ərzində öz varlığını davam etdirə bilmişdir.
İnsanlar qrup birliyi içində yaşamağa, birlikdə iş görməyə başladıqdan sonra insanlıq tarixi sürətli şəkildə inkişaf göstərmişdir. Bu başlanğıc insana bağlı hər şeyin başlanğıcıdır. Dilin, sənətin, inancın, elmin..
İnsanın yaşaması nəticəsində ibtidai bir ünsiyyət dili yaranır.  Zaman içində heyvani səslərin inkişaf etməsiylə ünsiyyət dilinin funksiyası artır. Birlikdə yaşamaq, ortaq görülən işlər insan beynini sürətlə inkişaf etdirir. Bu inkişaf nəticəsində insan əllərini də istifadə etməyə başlayır. Təbiətdəki daşları, ağac parçalarını hər hansısa bir işə vasitə olaraq işlətməyi öyrənir. Sonra bunların daha istifadəyə yararlı oxşarlarını düzəltməyi öyrənir.
Dialektik bir təsir işində davam edən insanın insan olma müddəti vardır. Bu müddət içində konkret olaraq ayrılan ilk məhsul dildir. İnsanlar artıq sınaqlarını bir-birlərinə daha asan üsulla yaya biləcəklər. Təcrübələrini gələcək nəsillərə daha sağlam bir yolla ötürə biləcəklər.
Fiziologiya alimi Pavlovun da sübuta yetirdiyi kimi, ortaq şəkildə edilən işin insan beyninin yetkinləşməsinə, bu yetkinləşmənin isə insanın daxili dünyasının ortaya çıxmasına səbəb olur. Sənətin meydana gəlməsi, insanın bu dövrünü əhatə edir.

Bilinən ən qədim sənət əşyası (üstü deşilmiş bir ilbiz qabığı sırası) 75 min il əvvələ aid olsa da, 100 min yaşı var. Yəqin ki, boya saxlamaq üçün qablar da tapılmışdır.
Qədim Misir, Mesopotomiya, İran, Hindistan, Qədim Yunan, Roma, Mayya və s. mədəniyyətlərindən günümüzə bir çox sənət əsəri miras qalmışdır. Qədim yunan sənəti insan fiziologiyasının ideal nisbətdə təmsilinə diqqət ayırmışdır. Sonralar Bizans və Orta əsr Avropasında İncil və dini motivlər üstünlük qazanmış, bunları ucaldan tərzlər inkişaf etmişdir. Renessans, fiziki dünyanın rəsmə əks edilməsi və perspektivin sistematik olaraq tətbiq edilməsi rəsmdə üç ölçülü qavrayışın yaranması istiqamətində texnikalar kəşf edilmişdir.
Şərqdə, İslam sənətində ikonoqrafiyanın qadağan olması səbəbiylə həndəsi rəsmlər, xəttatlıq və memarlıq intensivləşmişdir. Uzaq Şərqdə də bu dövrlərdə din bədii istehsala istiqamətlənmişdir. Hindistan və Tibetdə rəngli heykəllər və rəqs ön plana çıxarkən,  dini rəsmlər də bu praktikalardan bəslənmişdir. Çində zərgərlik, bürünc işçiliyi, dulusçuluq,şeir, musiqi, rəssamlıq, teatr kimi bədii işlər başdaki sülaləyə görə dəyişiklik göstərmişdir.
Qərbdə 18-ci əsrə aid olan Aydınlanma ilə birlikdə rasional, saat kimi işləyən kainat anlayışı inkişaf etmiş, bu da Bleyk(Blake)nin ,Nyuton(Newton)nun müqəddəs bir həndəsə alimi kimi portretlənməsi və ya Deyvid(David)in təbliğatçılığı rəsmlərinə əks olunmuşdur. Daha sonra bu da yerini reaksiya olaraq duyğu və fərd olmağı ön plana çıxaran, akademik sənət, simvolizm, təəssüratçılıq, fovizm kimi bədii sənət axınlarına 19-cu əsrdə buraxmışdır.
20-ci əsrdə sənət tarixi bitib-tükənməyən sənət axtarışlarının əsri olmuşdur. Buna görə də, təəssüratçılıq, fovizm, kubizm, dadaizm kimi axımların parametrləri, icad edildikləri illərdən çox uzağa getməsə də, sonra gələn axımlara təsir elədi. Yüzilliyin ikinci yarısından etibarən modernizm mədəniyyətə hakim olmuş və Tiyodo V.Adorno (Theodor W.Adorno)nun 1970-ci ildə yayınlanan “Estetika Teoriyası” kitabında açılış cümləsində yazdığı kimi, “artıq sorğu-sual olunmadan qəbul edilən şey, sənət haqqında heç bir şeyin, nə sənətin özünün nə də sənətin dünyayla olan münasibətinin , nə də sənətin varolma haqqının, sorğu-sual olunmadan qəbul ediləcəyi.” [18] Relativizm labüd bir həqiqət olaraq qəbul edilmiş, bu da müasir sənət və postmodern tənqidi dövrünü başlatmışdır.

Mənbə: http://nedircevap.com/sanatin-dogusu-ve-gelisimi

 

Tərcüməçi: Fidan Səfərli.

Redaktə etdi: Şəfiqə Babayeva

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Etatizm nədir? // Fəlsəfə lüğəti

Etatizm nədir? ETATİZM . Ümumiyyətlə dövləti müasir politologiyada konsepsiya Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

Atom: Həyat Hissəciklərinin Kəşfi

Əfsanəyə görə, qədim yunan filosofu Demokrit (Democritus) evində rahat oturarkən fizikadakı ən təməl anlayışlardan birini kəşf etdi. Deyilənlərə görə, hipotezinin ilham mənbəyi çörək qoxusu idi....

Qaranlıq maddə nədir?

Haqqında bir çox tədqiqatların olduğu və müasir fizikanı maraqlandıran mövzuların arasında ən başda duranlardan biri də qaranlıq maddə məsələsidir, tam olaraq nə olduğu isə...

Recent

Kosmik tullantılar bizim üçün nə qədər təhlükəlidir?

4 oktyabr 1957-ci ildə "Sputnik 1" ilə başlayan kosmik dövr, özü ilə birlikdə kosmik tullantı probleminin də başlanğıcını qoydu. 2012-ci ilin avqust ayında NASA-nın...

“Universe 25” təcrübəsi

Dünya  əhalisinin sayı hamımızın bildiyi kimi sürətlə artmağa davam edir. Yaxşı, bu artımın bir nəticəsi olmayacaqmı?   İndi sizə bu mövzu üzərində aparılan  bir təcrübədən...

Kəmağıllılıq, korluq və karlıq – Nimann-Pik xəstəliyi

Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz.   Bu növ irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verir. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə,...