İnsan və bakteriyalar arasındakı sərhəd – Sabunun tarixi

Post date:

Author:

Category:

Gündəlik istifadə olunan bütün obyektləri kimi, səthi-aktiv maddələr də, demək olar ki, adi bir ifadəyə çevrilib, lakin onların kəşfi və xüsusilə də istifadəsi sivilizasiyanın tarixində əsl inqilabı təmsil edib. Sabun tarix boyu, həm dəyərli bir ticari məmulat, həm də dərman kimi istifadə edilib. Şəxsi gigiyena ilə yanaşı, sabunların geniş istifadəsi, vəba, dizenteriya kimi ağır xəstəliklərin yayılmasına qarşı hər hansı bir antibiotik ya da antiviral dərmana nisbətən daha təsirli olmuşdur.

Sabun tarixi qədim köklərə malikdir: istehsalın və sabunun istifadəsinin ilk sübutu Babil sivilizasiyasına aiddir. Mezopotamiyada (indiki İraq) e.ə. 2800-cü ilə aid olan silindrlərin üzərində sabunabənzər bir maddənin izləri tapılıb. Yenə Mesopotamiyada, eramızdan əvvəl 2200-cü ilə aid köhnə Şumer tableti üzərində sabun hazırlamaq üçün resept verilib. Bu reseptə əsasən onlar sabunu kalium və yağı qarışdırmaqla əldə edirdilər.

Qədim Roma hekayəsinə əsasən, sabunu ilk dəfə qadınlar kəşf ediblər. Heyvanları qurban verdiyi Sapo dağının ətəyindəki Tiber çayının sahilində qadınlar paltarlarını daha təmiz və asanlıqla yuyurdular. Çünki heyvanların qurban verdiyi Sapo dağında yağış və heyvan yağları ağac külü ilə qarışırdı. Bu qarışıq qadınların çamaşır günü üçün xoş bir hədiyyə idi.

İngiltərənin ən qədim xalqlarından olan Keltlər, Saipo adlı heyvan yağları və bitki küllərinı qarışdırıb sabun əldə edirdi.

E.ə. 1500-cü illərdə yaşamış Ebers Papirus, şəxsi təmizliyi xüsusilə sevən Misirlilərin, heyvan və bitki yağları ilə qələvi duzlarından sabun maddəsi alaraq, onunla  yuyunduqlarını qeyd edib.

Roma mədəniyyətində şəxsi gigiyena xüsusi əhəmiyyət kəsb edirdi. E.Ə. 25-ci ildə hamamın qızıl dövrləri yüz min hamamın yerləşdiyi Roma şəhərində başlamışdır. Lakin, Romadakı zəngin hamam mədəniyyəti Erkən xristian kilsəsinə uyğun olmadığı üçün aradan qaldırdı.

E.ə. 476-cı ildə Qərbi Romanın dağılmasından sonra, Avropada hamam vərdişi tarixə qovuşdu. 17-ci əsrə qədər bu qaranlıq dövrdə, fərdi gigiyenaya laqeyd yanaşıldı, bu isə 14-cü əsrdə taun epidemiyasını meydana gətirdi.

Sabun istehsalı, VII əsrdə Avropada bir peşə halını aldı. Avropalılar ətir bitki və heyvan yağı və bitki külünə ətirlər əlavə etməklə öz ticarət şəbəkələrini qurdular. Qoxuların əlavə edilməsi ilə yuyulma və hamam üçün istifadə olunan  sabunların çeşidliliyi artdı.

X əsrdə Bizansda, XI əsrdə Osmanlıda sabun istehsal olunmağa və satılmağa başlandı.

Bugün istifadə olunan sabunun ilkin şəklinin ərəblər tərəfindən istehsal olunduğu güman edilir.

XII əsrdən sabun istehsalına başlayan İngiltərə 1622-ci ildə I Kral James sabun istehsalını 100.000 dollara sabun şirkətinə təhvil vermişdi. Amma yüksək vergilərə görə xalq sabun istifadə etməkdən imtina edir və təmizliyə qarşı etinasızlıq göstərirdi.

1846-ci ildən xalqın etirazı nəzərə alınaraq umumi hamamların tikilməsinə başlanıldı və 1853-cü ildə sabun vergisi tamamilə aradan qaldırıldı. 1860-ci ildə isə, İngiltərədəki hamam sayı 10-dan təxminən 1 milyona yüksəlmişdi. Hərəkat Amerikaya sıçramış və ümumi hamamların tikilməsininin xəstəxana açmaqdan daha ucuz başa gəldiyi xalqa bəyan edilmişdi.

Sabun istehsalına 18-ci əsrdə Michel Eugene Chevreul’un səyləri və müəyyən məqsədləri təmin edən kimyəvi formullar ilə başlanıldı. Buxar mühərrikləri kimi ixtiraların olunması ilə birlikdə, sabun istehsalı real sənayedə öz yerini tapdı.

Kimyəvi yolla sabun istehsalına 1916-cı ildə, Birinci Dünya Müharibəsi zamanı sabun hazırlamaq üçün yağ çatışmazlığına cavab olaraq Almaniyada başlanılıb.

Sabunu sərt suda əritdikdə həll edilməyən köpükdən sovuşdurma işləri 1930-cu illərdə ABŞ-da ilk detergentlərin ortaya çıxmasına gətirib çıxardı və bu gündən etibarən detergentlərin istehsalı əhəmiyyətli bir sənaye növünə çevrildi.

İlkin sintetik detergentlər qısa zəncirli alkil naftalin sulfonatlar idi ki, daha sonra onların xüsusiyyətləri yaxşılaşdırıldı. Bu yuyucu vasitələr hələ də nəmləndirici maddələr olaraq istifadə olunur.

1920-ci və 30-cu illərdə düz zəncirli spirtlər düz zəncirli yuyucu maddələr alınması üçün sulfonlaşdırıldı. Eyni zamanda aromatik nüvə (alkil hissəsi kerosindən əldə edilmiş) kimi uzun zəncirli alkil və aril sulfonatlar hazırlanmışdır. İkinci Dünya Müharibəsinin sonunda alkil aril sulfonatlar spirtli sulfatları sıradan çıxardı ki, bu şampun sənayesində son dərəcə əhəmiyyətli oldu.

Əvvəllər yuyucu vasitələrin əsas istifadəsi əlin və nazik parçaların yuyulması idi. 1946-ci ildə ABŞ-da səthi islatma qabiliyyəti olan ilk səthi aktiv maddə, bütün növ təmizlik maddələrinin inkişaf etməsinə səbəb oldu. Fosfat birləşmələri bu detergentlərdə onların performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıran və bununla da ağır kirli paltarların təmizlənməsi üçün ideal edən qurucu maddələr kimi istifadə edilmişdir.

1950-1965 illəri arasında detergentlərin yarıdan çoxu benzol ilə əlaqəli bir propilen tetramerinə (PT benzol) əsaslanırdı, lakin daha sonra fosfatlar (natrium trifosfatdan olan) içərisində göllər və axınlarda eutrofikasiyanın yüksəlməsinə səbəb oldu. Bəzi hallarda problem tamamilə həll edilməməsinə baxmayaraq, bəzi ölkələrdə fosfatların istifadəsinin azaldılması qərarına gəldilər. Problem PT benzolun şaxəli zəncir meydana gəlməsinə səbəb oldu. Bununla da bakteriyaları təsirsiz hala salmaq mümkün olmadı. Düz zəncirli spirtlər parçalana bilməz, beləliklə, alkil benzol molekullarını formalaşdırmaq və istehsal etmək üçün addımlar atıldı.

1953-cü ildə, ABŞ-da yuyucu vasitələrin satışı sabunlardan daha üstün idi. Bu müddətdə, yuyucu vasitələr, paltaryuyanda, qabyuyanda və ev təmizliyi üçün istifadə olunan sabuna tipli məhsulları əvəz etdi.

Kimyada və yuyucu vasitələrin texnogiyasında bir sıra kəşflərə əsasən daha səmərəli və asan istifadə olunan yuyucu vasitlərin alınması istiqamətində bir sıra yeniliklər oldu. Artıq istehsalçılar istehlakçıların və ətraf mühitin təhlükəsizliyinə də diqqət yetirirdilər.

Maye detergentlər, qab yuyanlar və bütün məqsədli təmizləmə məhsulları

1950-ci illər

  • Avtomatik qabyuyan maşınlar
  • Oksigen ağartıcı ilə yuyucu
  • Parça yumşaldıcıları (durulama dövrü əlavə edildi)

1960-cı illər

  • Fermentlərlə zəngin paltaryuyan tozlar
  • Ləkə aradan qaldırıcılar

1970-ci illərdə

  • Parça yumuşatıcıları (çarşaflar və yuyulma dövrü əlavə edilir)
  • Çoxfunksiyalı məhsullar (məs., yumşaldıcı detergent)
  • Maye əl sabunu

1980-ci illərdə

  • Avtomatik qabyuyan maşınlar
  • Soyuq suda yuma üçün yuyucu maddələr
  • Konservləşdirilmiş çamaşır qabları

1990-cı illər

  • Ultra (super qatılıqlı) toz və maye yuyucu
  • Avtomatik qabyuyan maşınlar
  • Ultra parça yumuşatıcılar
  • Camaşırxana və təmizləmə məhsulları

Kimyada və yuyucu vasitələrin texnogiyasında bir sıra kəşflərə əsasən daha səmərəli və asan istifadə olunan yuyucu vasitlərin alınması istiqamətində bir sıra yeniliklər oldu. Artıq istehsalçılar istehlakçıların və ətraf mühitin təhlükəsizliyinə də diqqət yetirirlər.

Tərcüməçi: Mənsurə Ağayeva

Mənbələr: E-Kütüphane

Chargin Valley

STAY CONNECTED

19,095FansLike
2,042FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...

Banklar yoxdan necə pul qazanır?

Banklar əsrlər boyu cəmiyyətlərin sosial quruluşunun mühüm rola malik hissəsi olmuşdur. Bank sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı...