Sadə qəti sillogizm nədir? – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

                                        Sadə qəti sillogizm nədir?

Deduktiv əqli nəticənin ən çox işlənilən növü sadə qəti sillogizmdir. Sillogizm (yun. Sillogismos – nəticə çıxartmaq, yekun, xülasə eldə etmək) elə əqli nəticədir ki, orta terminin vasitəsilə verilmiş iki hökmdən (əlaqəli hökmlər) üçüncü bir hökmün yekun kimi çıxarılmasıdır.  Buna bəzən klassik, Aristotel sillogizmi, yaxud da orta termin vasitəsilə əmələ gələn sillogizm də deyilir.

 Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökmü orta termin vasitəsilə məntiqi əlaqələndirmək yolu ilə yeni bir nəticə hökmü çıxarılır. Məsələn:

  • Bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır.
  • Azərbaycan müstəqil dövlətdir.
  • Azərbaycanın ərazisi toxunulmazdır.

Sadə qəti sillogizm üç hökmdən ibarət olur. Onlardan ikisi sillogizmin müqəddimələri, o birisi isə nəticə (yekun biliyi) adlanır. Yuxarıdakı sillogizmdə 1-ci vı 2-ci hökmlər müqəddimə, 3-cü hökm isə nəticədir.

Sadə qəti sillogizmlərdə terminlər:

Hökmün terminləri subyekt və predikatdır. Bundan fərqli olaraq sillogizmin terminləri ona daxil olan anlayışlardır. Hər bir sillogizmdə üç termin (kiçik, orta və böyük termin) vardır. Kiçik termin dedikdə nəticədə subyekt yerində olan anlayış (yuxarıdakı misalda “Azərbaycan ərazisi”) başa düşülür. Böyük termin isə nəticənin predikatını ifadə edən anlayışdır (bizim misalda “toxunulmazdır” anlayışı). Kiçik termin S və böyük termin P hərfi ilə işarə olunur. Bunlara kənar terminlər deyilir. Kənar terminərin hər biri sillogizmin bu və ya digər müqəddiməsinə daxildir. Kiçik terminin daxil olduğu müqəddimə kiçik müqəddimə, böyük terminin daxil olduğu müqəddimə isə böyük müqəddimə adlanır.  Hər iki müqəddiməyə daxil olan, nəticəyə çıxmayan və hökmlər arasında məntiqi əlaqəni təmin edən, nəticənin alınmasında vasitəçi halqa rolunu oynayan termin orta termin (müstəqil dövlət) adlanır və “M” hərfilə göstərilir (lat. Medius –  orta deməkdir).

Sillogizmdə orta terminin iştirakı olmadan düzgün nəticə çıxarmaq mümkünsüzdür. Orta termin böyük müqəddimədə ümumini, kiçikdə fərdini, xüsusini əks etdirir. Bir çox alimlər bu terminin idrak prosesində roluna yüksək qiymət vermişdir. Bəzən bunu düzgün olaraq “vasitəçi”, “əlaqələndirici”, termin adlandırırlar. Bu termin üçün xarakterik qaydalar da vardır.

1. Orta termin heç vaxt nəticəyə çıxarılmamalıdır.

2. Bu termin  hər iki müqəddimədə eyni mənanı bildirməlidir və ancaq bir dəfə işlədilməlidir.

3. Vasitəçi termin böyük müqəddimədə ümumini, kiçikdə fərdini, xüsusini əks etdirməlidir. Beləliklə, sadə-qəti sillogizm – iki kənar terminin əlaqəsi əsasında onların orta terminə münasibətini müəyyən edən əqli nəticədir. Sillogizmdə düzgün nəticə çıxartmaq məqsədilə onun aksiomlarından istifadə olunur.

Mənbə:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Müəllif: Şəhriyar Yaqubov

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

19,697FansLike
2,177FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...