Serotonin (Sevgi hormonu) nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Sevgi hormonu da deyilən serotonin (5–hidroksitriptamin) – orqanizmin müxtəlif toxumalarında sintez edilə bilən bioloji aktiv maddədir. Lakin epifizdə serotoninin nisbi miqdarı bütün toxumalardakından çoxdur (insan epifizinin hər 1 q-da 23 mq seretonin olur). Serotonin – triptofanın hüceyrədaxili katabolizminin məhsullarından biridir. Triptofan katabolizm prosesində əvvəl oksidləşərək 5-hidroksitriptofana, bundan sonra isə dekarboksilləşmə yolu ilə serotoninə çevrilir. Bu prosesin birinci mərhələsində triptofan-5-hidroksilaza, ikinci mərhələsində isə aromatik aminturşuların dekarboksilazası fermenti iştirak edir.

 

Epifızdə digər bioloji aktiv maddənin- melatoninin əmələ gəlməsi prosesinin aralıq məhsullarından biridir. Lakin onun özünün də bioloji təsir xüsusiyyətləri vardır: serotonin arteriolları daraldır və arterial təzyiqi artırır, kininlərlə birlikdə sinir reseptorlarının ağrı hissini qəbul etməsində iştirak edir, vazopressinin qana ifraz edilməsini sürətləndirir və bunun sayəsində antidiuretik təsir göstərir. Arterial hipertenziya şəraitində serotoninin damardaraldıcı təsiri özünü biruzə vermir. Eyni zamanda serotonin mərkəzi sinir sisteminin mediatorlarından biridir. Orqanizmdə serotoninin artıq miqdarı əsasən monoaminoksidaza fermentinin təsiri altında oksidləşməklə dezaminləşmə prosesinə uğrayır. Bu zaman əmələ gələn 5-hidroksiindolasetaldehid aldehidrogenaza fermentinin katalizatorluğu şəraitində 5-hidroksiindolsirkə turşusuna çevrilir və sidiyin tərkibində orqanizmdən xaric edilir.

 

Redakor: Nisə Quluzadə

Mənbə: İnsan biokimyasının əsasları-1 (F.İslamzadə, A.Əfəndiyev, F.İslamzadə)

 

Image result for serotonin

 

 

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...