Seyid Əzim Şirvani kimdir? / Azərbaycan ədibləri

Post date:

Author:

Category:

Seyid Əzim Şirvani (1835-1888) 1869- 70- ci illərdə Şamaxıda yeni üsullu (üsuli- cədid) məktəbi açmışdır. 18 il fəaliyyət göstərən bu məktəbdə Azərbaycan, fars və rus dilləri tədris edilirdi. O, «Məcmueyi-asari Hacı Seyid Əzim Şirvani» adlı dərs kitabı tərtib etmiş, lakin çap etdirə bilməmişdir. Həmin materiallardan bir qismini Çernyayevskinin tərtib və çap etdirdiyi «Vətən dili» dərsliyinə verilmişdir. O, Beyt- üs- səfa» şer məclisinə rəhbərlik etmişdir. Bu məclisə Şamaxıda o dövrün şairləri, ədibləri, şer sevənləri, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri toplaşır, müxtəlif əxlaq, mədəniyyət məsələlərinə, ədəbi əsərlərə münasibət bildirirdilər.

Seyid Əzim Şirvani həmçinin o zaman çıxan mətbuat nümunələri, xüsusi ilə «Əkinçi» qəzetini əhali arasında yayırdı.
Bununla da o, xalqın maariflənməsinə, dünya hadisələrindən xəbərdar olmasına, həyat və məişətini mədəni təşkil etməsinə çalışırdı. O,əsərlərində elmə, təhsilə yüksək qiymət verirdi. İnsanın gücünü elmdə görürdü.
Mədəniyyət carçısı olan şair kainat haqqında əsassız, mürtəce nəzəriyyələri tənqid edir, günəşin və ayın tutulmasını, zəlzələnin səbəblərini, elmi əsaslarla izah edirdi. Köhnə məktəb sistemini inkişafa kömək etməyən köhnə dərslikləri tənqid edirdi.
Seyid Əzim Şirvani öz şerlərində tərbiyəyə, insan şəxsiyyətinin formalaşmasına təsir edən amillərə müasir pedaqoji tələblərə cavab verən elmi pedaqoci münasibət bildirmişdir. İnsanın formalaşmasında ilk ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, insanlarda doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, xeyirxahlıq,rəhmlilik, vətənpərvərlik, əməksevərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırmağı zəruri hesab edirdi. Paxıllıq, hiyləgərlik, tamahkarlıq, amansızlıq, oğurluq, yalançılıq, kobudluq kimi xüsusiyyətləri pisləyirdi.

Mənbə: Seyid Əzim Şirvani – Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

20,125FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...