Şimal Renesansı: Piter Breygelin “Qarda ovçular” əsəri

Post date:

Author:

Category:

Qarda ovçular

Soyuq bir qış günü ovdan qayıdan ovçuların təsvir edildiyi bu əsər Şimal Renesansında “Janr rəssamlığı” (ing. ”Genre Painting”) adlanan növə aiddir. “Janr rəssamlığının” əsas məqsədi insanların məişət həyatında gün ərzində başlarına gələn hadisələri əks etdirməkdir. Fələməng (və ya Flamand, nid. Vlamingen) bölgəsində (indiki Niderland-Belçika) dəniz ticarəti sayəsində əhalisinin böyük əksəriyyətinin varlanması səbəbilə sənətkarlara sifarişlər yalnızca kilsə və ya aristokratlardan gəlmirdi. Siravi vətəndaşların da rəsm əsəri sifariş verməsi nəticəsində “Janr rəssamlığı” adlanan rəsm cərəyanı ortaya çıxmağa başladı.

“Qarda ovçular” Böyük Piter Breygelin sifariş əsasında ilin on iki ayını təsvir etdiyi altı hissəli seriyanın bir parçasıdır

Dekabr-Yanvar aylarının mənzərəsinin yer verildiyi bu əsər, qarlı bir qəsəbənin soyuq bir qış günündə durğun, sakit və hətta qaranlıq abu-havasını əks etdirir.

Sol tərəfdə ovdan qayıdan üç ovçu görünür. Əli boş qayıdan ovçulardan yalnızca birinin çiynində ölü tülkü var. İtlər də başıaşağı bir şəkildə ovçuları izləyirlər. Ovçuların arasından keçdiyi ağaclar isə onların getdiyi istiqamətdə təpədən üzüaşağı bir şəkildə sıralanıblar. Bununla yanaşı, solda yerləşən evlər də təpədən üzüaşağı şəkildə sıralanıb və rəsmdə dərinlik effekti yaradıblar. Yaradılan bu dərinlik effekti sayəsində izləyicinin baxışları əvvəlcə kanyona və rəsmin mərkəzindəki buz tutmuş gölə yönəlir. Arxa fonda isə yüksək dağ silsilələri görünür. Niderland-Belçika ərazisində bu tip dağ mənzərələrinə rast gəlmək çətindir. Breygel bu mənzərəni rəsmdə dərinlik, əzəmət və məna yaratmaq üçün istifadə edib.

Həmçinin, burada keçmişdə Breygelin Alp dağlarını keçərək İtaliyaya etdiyi səfərin də təsirini görürük

Fələməng incəsənətindəki ən önəmli xüsusiyyətlərdən biri olan detallara diqqəti bu əsərdə də görürük. Ovçuların solunda görünən mehmanxananın qabağında ocaq qalayan qadınlar, masa daşıyan insanlar, donmuş göldə xizək sürənlər, körlinq oynayanlar, kilsənin qarşısındakı evin bacasından çıxan tüstü, quşları vurmağa çalışan insanlar, donmuş su dəyirmanı və s. kimi bir çox detal diqqətlə rəsmə baxdıqdan sonra insanın diqqətini cəlb edir. Bu detalların hər biri adi insanların qış günlərindəki sadə həyatını əks etdirir. Ağ, boz və solğun mavinin tonlarıyla rənglənmiş əsər izləyicidə durğun, sönük və melanxolik təəssürat yaradır. Əsər, sadə bir mənzərə rəsmi kimi görünsə də, əslində dövrünün dini təsirini əks etdirir. Qışın soyuğu və qatı hava şəraitinin insanı necə aciz və gücsüz göstərdiyini vurğulayır. Yalnız Tanrı inancının insana bu çətin günlərdə kömək edə biləcəyinə işarə edir.

Mənbə:

KARDA AVCILAR “THE HUNTERS IN THE SNOW” – YAŞLI PIETER BRUEGHEL

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.