Sinir tiki nədir?

Post date:

Author:

Category:

Əsəb mənşəli əzələ səyrimələri (tiklər) əzələlərin cəld və qeyri-iradi baş verən monoton (normal hərəkətləri xatırladan) yığılmasıdır

Tik sözü fransız dilindən tərcümədə “səyrimə” mənasını verir. Sinir tikləri demək olar ki, hər kəsin həyatında ən azı bir dəfə baş verir. Belə hallarda onlar tranzitor (müvəqqəti) adlanır. Məsələn, bir çoxları güclü psixoemosional gərginlik zamanı göz qapaqlarının səyriməsini qeyd edirlər. Məhz mimiki əzələlərin səyrimələri, tiklərin ən çox, o cümlədən sağlam insanların içərisində də rast gəlinən formasıdır. Sinir tiki ayrı-ayrı əzələlərin təqəllüsünün səbəb olduğu sürətlə təkrarlanan qeyri-ritmik hərəkətdir. Daha çox sifət və qolların əzələlərində səyrimələr qeyd edilir, lakin istənilən əzələ qrupu bu prosesə cəlb ola bilər.

Tiklər insanın iradəsindən asılı olmadan baş verir, normal, məqsədəuyğun hərəkətləri təqlid edə bilir, lakin öz-özlüyündə tamamilə faydasız hərəkətlərdir.

Bəzən xəstə öz iradəsi hesabına qısa bir müddətə tiklərin meydana gəlməsini dayandıra bilir. Tiklər yalnız oyaq vəziyyətdə olarkən baş verir. Onların yaranmasında hər hansı bir qanunauyğunluq olmur, həmişə sürətlə, qısamüddətli fərqli təkrarlanma intervalı ilə baş verir. Sinir tikləri patoloji haldır, lakin həmişə müalicə tələb etmir. Sinir tikləri beynin ekstrapiramid sisteminin fəallığının artması nəticəsində yaranır.

Bu sistem orqanizmin bir çox avtomatlaşdırılmış hərəkətlərinin həyata keçirilməsinə cavabdehdir və müəyyən dərəcədə, beyin qabığının iştirakı olmadan müstəqil surətdə fəaliyyət göstərir. Hər hansı bir səbəbdən, ekstrapiramid sistemdə oyanıqlıq yarandıqda, bu, sinir tiklərinin yaranması şəklində təzahür oluna bilər (bu hal ekstrapiramid sistemin fəallığının artmasının yeganə simptomu olmur). Tiklər qeyri-iradi hərəkətlərdir. Yəni onlar insanın iradəsindən asılı olmayaraq meydana gəlir. Amma bəzən tiklərin yaranmasından əvvəl müəyyən bir hərəkəti icra etmək üçün qarşısıalınmaz arzu şəklində xüsusi bir hiss meydana çıxa bilər. Bu zaman insan elə düşünür ki, o, bütün bu hərəkətləri öz iradəsi ilə edir.

Sinir tiklərinin səbəbləri


Sinir tiklərinin başlıca səbəbi sinir sisteminin funksiyasında tarazlığın pozulmasıdır.
Beyin əzələlərə “yanlış” sinir impulsları göndərir ki, bu da onların cəld və monoton şəkildə təqəllüs etməsinə səbəb olur. Bu, sanki öz-özünə baş verir. Xəstə öz iradəsi ilə tikləri dayandıra və gələcəkdə təkrar olunmasının qarşısını ala bilmir.

Etiologiyasından asılı olaraq, 3 növ sinir tikləri ayırd edilir:

  • birincil (digər adları: idiopatik, nevrogen, psixogen);
  • ikincil (simptomatik);
  • irsi (sinir sisteminin zədələnməsinə səbəb olan irsi xəstəliklər nəticəsində yaranır).

Mənbə

FƏRHAD ƏLİSA oğlu ƏHMƏDOV AZƏRBAYCANDA GENİŞ YAYILMIŞ SİNİR XƏSTƏLİKLƏRİ

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...