Şintoizm nədir?

Post date:

Author:

Category:

Qədim Yaponiyada fəlsəfi fikrin meydana gəlməsi əsas dini təlim olan sintoizm ilə (yaponca «sintoizm» – allahların yolu, təlimi) sıx bağlıdır. Şintoizm tamamilə yapon xalqına xas olan bir dindir, konfusiçilik və buddizm ilə yanaşı mövcuddur. Bu üç din birləşərək yapon mədəniyyətini, əxlaqını, həyat və ölümə münasibətini müəyyənləşdirir.

Şintoizmdə «kami» adlanan çoxlu allahlara inanmaq mərkəzi yer tutur. Kami ilahi və yaxud mənəvi varlığı ifadə edir. Buraya – milləti və bəzi ailələri, xüsusən imperator ailəsini qoruyan ruhlar, həmçinin sivilizasiyanın yaranmasında xüsusi xidməti olan milli qəhrəmanların və alimlərin ruhu; təbiət hadisələri və obyektlərində ifadə olunan ruhlar – yağış, şimşək, günəş, dağlar, çaylar, ağaclar daxildir.

Kamilər arasında başçı Yaponiyanın ilahi himayəçisi olan Günəş Allahı – Amaterasu hesab edilir. Kamilər çoxsifətli olsalar da dünyanın rifahı üçün birgə fəaliyyət göstərirlər. Ona görə də bəzi müəlliflər onları bir Allah kimi təsvir edirlər. İudaizm, xristianlıq və islamdan fərqli olaraq sintoizmdə insan, təbiət və Allah arasında ciddi fərq yoxdur; insan kamilərdən və öz sələflərindən gələn ruh sayəsində həyat qazanır və axırda özü də kami olur. Kamilərə müxtəlif formalarda sitayiş etmək olar, lakin ayinlər adətən mənzərəli yerdə tikilən məbədlərdə icra edilir.

Dua edilən vaxt kamilər ilə birləşmək olar, bu anda insan aydın və işıqlı şüur qazanır. Şintoizm etikası harmoniya ifadə edən «va» (yuvarlaq) və səmimiyyəti göstərən «makota» ideyalarına əsaslanır. Rifah (xeyir) isə təmiz ürəklə, xoş niyyət və əməkdaşlıq üzərində qurulur. Kinli, hirsli olmaq insanı qara qəlbli, eqoist və nifrətli edir. Şintoizmə görə belə insanlar həmişə cəmiyyətin pozulmasına, əhali arasında nifaq başlamasına səbəb olurlar. Beləliklə, bu etika göstərişlər toplusu ilə məhdudlaşmır, cəmiyyətdə daxili, mənəvi səmimiyyətin, harmonik münasibətlərin yaranmasına xidmət etməyə çalışır.

Mənbə:

Yusif Rəhimov – “Fəlsəfənin əsasları” (mühazirə kursu)

STAY CONNECTED

20,161FansLike
2,246FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...