Şirvan-Abşeron memarlıq məktəbi / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Şirvan-Abşeron memarlıq məktəbi. Nəzərdən keçirdiyimiz dövr
Azərbaycan memarlığının üçüncü əhəmiyyətli məktəbi olan Şirvan-Abşeron memarlığı üçün də səmərəli fəaliyyət dövrü idi. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi zamanı möhkəmlənməsi və beləliklə, inşaat üçün əlverişli şərait yaranması yerli memarlıq məktəbinin çiçəklənməsi üçün zəmin yaradır. Şirvan dövlətinin ərazisi təbii inşaat
daşı ilə zəngin olduğu üçün bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı bir inşaat vasitəsi və binaların bəzəyində oyma şəklində tətbiq edilən yeganə material idi.

Təbiidir ki, Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri daş və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında formalaşmışdır. Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verir. Belə hörülmüş səthlərin üzərində yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözəçarpan nöqtələrində mərkəzləşdirilir və öz bədiiliyilə diqqəti cəlb edir.

Şirvan memarlığının belə bir istiqamətdə inkişafı burada kompozisiyaların sadəliyini müəyyənləşdirmiş, əsas
diqqət isə ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilmişdir. Bu dövrün ən qiymətli abidələrindən biri Bakıda, İçərişəhərdə yüksələn Sınıqqala minarəsidir.

 

Sınıqqala məscidi

Üzərindəki kitabədən 1078-ci ildə ustad Əbubəkr oğlu Məhəmməd tərəfindən tikildiyi məlum olan bu minarənin ilk məscidi zəmanəmizə qədər qalmamışsa da, minarə özü dini memarlığın inkişafını izləmək cəhətdən olduqca
qiymətlidir. Sınıqqala Azərbaycan memarlığında ən qədim minarədir. Minarənin quruluşunda qala tikintilərinə məxsus cəhətlər görünür. Onun gövdəsi olduqca geniş olduğundan müdafiə bürclərini xatırladır. Lakin memar minarənin gövdəsini memarlıq qanunları ilə incələdir, onun şərəfəsinin oturacağını təşkil edən
stalaktitləri diqqətlə işləyir, şərəfənin balkon sürahisini daşdan oyma həndəsi ornamentlə örtür. Nəticədə dolğun və klassik bir tikinti yaranmış olur.

Bu yeni memarlıq tikintisinin memar tərəfindən belə mükəmməl şəkildə yaradılması bizə Abşeron və Şirvanda Sınıqqaladan daha əvvəl də minarələr tikildiyini irəli sürməyə haqq verir.
Görünür ki, Şirvanda minarə inşaatı müəyyən inkişaf yolu keçmiş və nəticədə XI əsrdə Sınıqqala kimi mükəmməl bir minarə yaratmaq mümkün olmuşdur.

Kitabədə abidənin ustad Əbubəkr oğlu Məhəmmədin sifarişi ilə tikildiyi
bildirilir. Burada ustad Məhəmməd binanın sifarişçisi kimi göstərilmişsə də, ehtimal etmək olar ki, binanın memarı da bu şəxsin özüdür. Çünki “ustad” sözü Məhəmmədin sənətkar olduğunu aydın göstərir. O biri tərəfdən ustad adlanan birsənətkarın abidənin sifarişçisi olaraq çıxış etməsi bu sənətkarın yüksək ictimai
(dini) mövqe tutduğunu da göstərir

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.