Sitoplazmatik mutasiyalar

Post date:

Author:

Category:

Orqanizmlərin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olan plazmogenlərin dəyişilməsi sitoplazmatik mutasiyalar adlanır. Hal-hazırda plazmogenlər yalnız plastidlərdə və mitoxondrilərdə lokallaşıb. Başqa orqanoidlərdə isə onların olması sübut edilməyib.Sitoplazmatik mutasiyalar gen mutasiyalarına oxşayır: onlar stabildir və nəsildən nəslə ötürülür. Resessiv mutasiyaların fenotipdə üzə çıxması üçün müvafiq sitoplazmatik strukturların hüceyrədə mutant olması vacibdir. Mitozda mutant və qeyri-mutant strukturların bölünmə sürəti hüceyrədə bu strukturların ümumi sayından asılıdır. Sitoplazmatik mutasiyaların təbiəti. Sitoplazmatik mutasiyaların təbiəti müxtəlif ola bilər.

İki tip dəyişiklik məlumdur. Nümunə kimi qaranlıqda uzun müddət saxlanıldıqda plastidin itməsi ilə müşahidə olunan evqlenanın (Euglena mesnili) mutant ştamlarını göstərmək olar (plastid mutasiyası). Plastidlərin itməsi geri dönməyən prosesdir və bu qamçılılarının bir sıra xüsusiyyətlərinin dəyişilməsinə səbəb olur.

İkinci tipə aid olan mutantlarda sitoplazmatik strukturlar funksional və morfoloji dəyişilmiş olur. Buna misal maya göbələyində və neyrosporlarda “tənəffüs” mutasiyalarını göstərmək olar. Mutant və normal hüceyrələrin elektron mikrofotosunda görünür ki, onların mitoxondriləri morfoloji cəhətdən bir-birindən fərqlənmirlər. Xüsusi tədqiqatlarla göstərilmişdir ki, mutant maya ştammlarının mitoxondriləri sitoxromoksidazadan məhrumdurlar.

Yəqin ki, plazmogenlərin dəyişilməsi, mitoxondrilərin DNT-nin strukturunun  dəyişilməsi ilə əlaqədardır, lakin onlar haqqında hələ ki, heç nə məlum deyil. Mutant plazmogenlər resessiv və ya dominant ola bilər. Resessiv plazmogenlər hüceyrədə saxlanılır və əmələ gəlir, baxmayaraq ki, onların  üzə çıxması dominant genlərlə yatırılır. Plastidlərin fenotipini müəyyən edən gen sitoplazmatik mutasiyalar bütün yaşıl bitkilərdə spontan olaraq yaranır.

Onların əmələ gəlmə tezliyi yüksək deyil. Məsələn, enoterada mutant sarı və ya ağ plastidi, yəni normal yaşıl rəngdən məhrum olan bitkinin ≈0,02% təşkil edən müxtəlif hüceyrələr və ya toxuma sahələri mövcuddur. Doğrudur, elə bitkilər vardır ki, (çuğundur, kələm və s.) bu kimi mutasiyaların yüksək tezliyi, yəni 0,1-0,5% ilə müşayət olunur.

Əksinə dönən sitoplazmatik mutasiyaların üzəçıxma tezliyi dəqiqliklə öyrənilməmişdir. Lakin əksinə olan mutasiya faktı demək olar ki, məlumdur (məs., anormal plastidlərdən normal plastidlərin əmələ gəlməsi). Bitkilərdə plazmogen mutasiyalarının tezliyi toxumların rentgen şüalarının və ya radioaktiv izotopların (məs., S35 və ya P32) təsirindən kəskin artır. Plazmogen mutasiyaları ultrabənövşəyi şüalar, yüksək və aşağı temperatur və digər təsirlərlə induksiya etmək olar.

Mənbə:

S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva Genetika
Bakı- 2014.

STAY CONNECTED

20,764FansLike
2,412FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.