Şizofreniya xəstələri video oyunlar ilə sakitləşdirilir

0
4

Tədqiqatçıların son araşdırmalarına əsasən, şizofreniya xəstələrinin beyninin eşitmə hallusinasiyaları ilə bağlı olan qismini video oyunlarla müalicə etməyin mümkün olduğu bildirilir.

Aparılan kiçik bir çalışmada xəstələr beyinlərinin danışıq və insan səsinə həssas bölgəsinin oyuna bağlı olduğu zaman oyundakı raketi yerə endirməyi bacarmışlar.

Xəstələr hallusinasiyaların şiddətini azaltmaq üçün zamanla  bu prosesi gündəlik həyatlarında istifadə etməyi öyrənirlər.

Tədqiqatçı qrup London İmperial Kolleci, Psixiatriya İnstitutu, Roehampton Universitetindən ibarət idi.

Bu xəstəliyi daşıyan insanların daha aktiv eşitmə qabiliyyətinə sahib olduqları aşkar edilmişdir. Bu da onların danışıq və digər səslərə qarşı daha çox həssas olduqları anlamına gəlir.

Proses zamanı 12 xəstənin hər biri hər gün beyinlərində kobud və şəxsiyyəti hədələyici səslər eşidirdilər. Bu, şizofreniya xəstələrinə xas bir cəhətdir.

Simptomları müşahidə etmək üçün xəstələrdən MRT edilən zaman bir video oyun oynamaqları istənilir. Oyun sırasında xəstələr kompyuterə bağlanmış raketi hərəkət etdirmək üçün öz zehni strategiyalarından istifadə edəcəkdilər. Bunu edərkən eşitdikləri kənar səsləri də azalda biləcəkdilər.

London İmperial Kollecindən Dr. Nataşa Orlov bildirir ki, xəstələr səslərin nə zaman başlamaq üzrə olduğunu bilirlər, bunu hiss edirlər. Bizim istəyimiz də onların tədricən bu səsləri beyinlərində dayandırmaqlarıdır.

Həkimin dediyinə görə, xəstələr 4 dəfə MRT ediliblər. Xəstələr bu proses boyunca beyinlərindəki kənar səslərin azalıb daha çox daxili səsə çevrildiyini və bu gedişatın onları stresdən xilas etdiyini bildiriblər.

“Hal-hazırda texnikası güclü bir təcrübə qrupu ilə bu prosesi genişləndirmək niyyətindəyik”-deyə Dr Orlov qeyd edib.

Təcrübə müddətində iştirak edən digər psixiatr-həkimlər də şizofren xəstələr üzərində aparılan bu təcrübənin xəstələr üçün yeni bir başlanğıc olduğunu bildirmişlər.

“Təcrübə nəticələri bizə xəstələrin yaxın gələcəkdə MRT-ə qoşulu olmadığı halda belə beyinlərindəki prosesləri idarə edə biləcəkləri ümidi verir”-  London İmperial Kollecindən Prof. Suki Shergill vurğulayır.

Mənbə: BBC News; Popsci.com.tr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here