Hamımız Marvel qrafik roman kainatındakı Tor (ing. Thor), Loki (ing. Loki), Odin (ing. Odin) personajları ilə tanışıq. Bəs onların Skandinaviya miflərindəki tanrılar olduğunu bilirdinizmi? Gəlin ümumi Skandinaviya mifləri haqda qısa da olsa, məlumat alaq.

Qədim Skandinaviya dini inancları ilk vaxtlar şimali alman xalqlarının inancları ilə oxşar idi. Lakin şimal xristianlığa çox yüzilliklər sonra keçid etdiyindən Skandinaviya mifləri daha zəngin inkişaf etmiş və sistematikdir. Skandinaviya mifologiyasında sonma tanrılarının başında kultu cənubi skandinaviyalılara yaranandan çox sonra keçmiş Odin (Vodan) durur. Qədim alman göy tanrısı Tyur (Sio) skandinavlar tərəfindən yalnız müharibə tanrısı kimi qəbul edilmişdir. Sonralar bir qədər öz mənasını itirmiş və öz ilk mənasına – şimşəklər tanrısı Tor (Donar) olaraq dəyişmişdir. Birincisi də, ikincisi də Skandinaviya mifologiyasında Odinin oğlu olmuşdur.

Torun keçilərlə hərəkətə gətirilən arabasında Tor və Loki

Yerdə qalan alman tanrılarından biz Beldr ilə qarşılaşırıq: o da Odinin oğludur və etnik atributlarla bəzədilmişdır, saflıq və təmizliyi təmsil edir, həmçinin Friqq (cənubi almanlarda Friyu) şimalda Odinin həyat yoldaşı qəbul edilir, ədaləti təmsil edən Qlodin və nəhayət, kişi tanrı, dəniz yolları və bolluğu təmsil edən, oğlu Freyr (Fro) və skandinavların həmçinin qızı Freyanı da əlavə etdiyi Nyerd vardır. Nyerd, Feyr və Freya skandinav miflərinə görə əsas tanrı nəslinə (aslar) aid olmasalar da, vanlar adlandırılırdılar.

Belə ehtimal edilir ki, vanların kultu cənubi skandinavlardan gəlmişdir və ancaq sonralar şimala yayılmışdır. Bu kiçik tanrıların özlərini qəbul etdirməsindəki maneələr “Asların və vanların arasındakı müharibə haqqında mif“də öz əksini tapmışdır.

Cənubi alman mifologiyasında adı keçməyən və yalnız Skandinaviya miflərində yarandığı ehtimal edilən personajlara səma körpüsünün qoruyucusu Heimdal; səssiz, Qüdrətli Vidar; kor müharibə tanrısı Od; poeziya tanrısı Braqi; ilk insanların yaradılmasında Odin ilə iştirak etmiş Xenir; Torun oğulları Modi, Maqni və ögey oğlu Ull; Braqinin həyat yoldaşı, ölümsüzlük tanrıçası İdun; Baldranın həyat yoldaşı Naina; Torun həyat yoldaşı Siv və digərləri aiddir.

Buludları əyirən Friqq

Cinlərə və ruhlara inanc (ölmüş əcdadlar kultu) Skandinaviya miflərində geniş şəkildə yayılmışdır. Cinlərə divlər (yetunlar, turslar) aiddir, ruhlara isə alvlar (elflər), filqinlər (insanlar ruh-hamiləri, əsasən heyvanlar şəklində görsənirlər), eynherilər (döyüsdə ölmüş savaşcıların ruhları), valkiriyalar (qu quşu qadınlar) və digərləri. Əslində, tanrılar və cinlər arasındakı sədd şərt şəkildə göstərilməmişdir. Hətta baş skandinav tanrısı Odinin başlanğıcı divlərdən olmuşdur.

Şeytani xarakterə həmçinin özünün 3 qorxulu övladı: qurd Fernir, ilan Ermunqand və ölüm tanrıçası Hela ilə alov və dağıdıcılıq tanrısı Lokiyə də xasdır. Mifologiyanin ilkin variantına görə, Hel şahlığına bütün insanlar (həmçinin ölümlü olan tanrılar da, Baldr kimi) düşürdü. Lakin vikinqlər dövründə mifologiyada döyüşdə ölmüş qəhrəmanların ora düşdüyü Valhalla adlanan qəhrəmanların cənnəti yarandı, o zaman yaşlılıqdan və xəstəlikdən ölənlər yenə də Helə düşürdülər. Cinlərə yaxın olanlar həmçinin dəniz tanrısı Eqir və onun həyat yoldaşı Rana; müdrik su tanrısı Mimir; alovlar diyarının hakimi Surtur da aiddi.

Lokinin övladları: Fenrir, Ermunqand və Hela

Skandinaviya mifologiyası inkişaf etmiş kosmoqoniyaya və eskatlogiyaya (dünyanın sonu təlimi) malikdir. Dünyanın yaranması haqda mifdə belə təsvir edilir: zamanın şəfəqində nə göy, nə yer yox idi, sadəcə boşluq, dodurulmamış fəza var idi – bir növ xaos (Qununqaqap). Boşluğun şimaldakı qutaracağında Niflheym – duman və soyuqlar diyarı yarandı, cənub qurtaracağında isə Muspellsheym – alovlar və işıq diyarı yarandı.

Niflheymdə Xverhelmir (“Qaynayan qazan”) adlı bulaq var idi, ondan da 12 axın yaranmışdır. Nə qədər onlar öz mənbələrindən uzaqlaşırdılarsa, o qədər də onların suları donurdu. Beləliklə də, Qununqaqapanın yarısını dolduran qırov və buz yarandı. Amma cənubdan gələn isti küləyin təsirindən buzlar əriməyə başladı, isti və soyuğun qarşılıqlı təsirində insanabənzər məxluq yarandı, mifik div İmir, ondan xrimtursların (qırov divləri) nəsli yarandı. Onunla birlikdə buzların içindən Audxumla adlı inək yarandı və İmir onun südü ilə qidalandı.

İnək duzlu buz təbəqələrini yalayırdı. Birinci günün axşamı həmin buzlardan insan saçı üzə çıxdı, ikinci gün insanın başı, üçüncü gün isə bütöv insan bədəni ortaya çıxdı: onun adı Buri idi – bütün skandinav tanrılarının əcdadı.

Dünya göyrüşü İqqdrasil və 9 skandinaviya mifologiyası dünyaları (Asqard, Midqard, Alvheym və digərləri)

Burinin oğlu div Borunun div Beltornun qızı Bestla ilə qurduğu izdivacdan üç oğlu oldu: Odin, Vil Ve. Onlar yer və göy üzərində hakimiyyətə sahib olmuş as-tanrılar idilər. Skandinaviya mifologiyası bu üç qardaşın div İmiri necə öldürməklərini və kainatı yaratmalarını təsvir edir: onun qanından sular, sümüklərindən dağlar, dişlərindən qayalar, kəlləsindən səma, saçlarından ağaclar, beynindən buludlar yarandı. Muspellsheymdən sıçrayan qığılcımlar ilə isə Günəş, Ay, ulduzlar yarandı. Dünya dairəvi idi və sahillərində divlərin yaşadığı dərin dəniz (Etunheym) ilə əhatələnmişdi. Onlardan qorunmaq üçün skandinav tanrılar İmirin qaşlarından Midqard (“Orta qala”) qalası yaratdılar.

Dənizin sahillərində Odin qardaşları ilə iki ağac tapır, bu ağaclardan onlar ilk iki insanı yaradırlar: Aska (göyrüş) və Emblu (söyüd) – onlara yaşamaq üçün Midqard verildi. Skandinaviya mifləri belə rəvayət edir ki, tanrı qardaşlar kainata mexanizm yerləşdirdilər və göyə Ay və Günəşi qoydular.

Onları yeməklə (ay və günəş tutulması) təhdid edən böyük qurdlarla təqib edilən çarxlar ilə hərəkətə gəldilər. Səmada Dünyanı öz sürətli atları ilə hər gün gəzən gündüz və gecə kimi ilahi varlıqlar da yerləşirdi. Tanrılar özləri üçün göylərdə Dünya ilə Bivrest adlı körpü ilə birləşən Asqard adlı saray düzəltdilər.

Günəş (Soll), Ay (Mani) və onları təqib edən qurdlar

Skandinavlarda həmçinin olduqca həyəcan verici və qaranlıq “Tanrıların və dünyanın (şimalda ağac İqqdrasil kimi təsvir edilən) məhv olması haqda mif” də vardır. Skandinav mifologiyası üçün ən düzgün mənbə iki qədim poema sayılır – Kiçik və Böyük Edda. Onlarda əlavə bir çox məlumatı İslandiya saqaları, Sakson Qrammatik və avropanın şimalındakı Ansqardakı xristianlığı yayan şəxslərdən əldə etmək mümkün olub.

Odin – Müdriklik tanrısı

Skandinav mifologiyasında Odin tanrı-asların hakimidir. O, müharibə və ölümün, müdrikliyin, poeziyanın tanrısı, bütün şimal tanrılarının tanrısı, böyük sehr bilicisidir.

Odin səkkiz ayaqlı at Sleypnirin üzərində çapır. Onun silahı atılanda heç vaxt boşa getməyən, kimi gəldi öldürən məşhur Qunqnir nizəsidir. Əslində, o, qnom Sindri tərəfindən hazırlanmış sehrli qızıl üzük Draupniri daşıyırdı, lakin sonradan onu oğlu Baldra verdi. İki qarğa – Xuqin və Munin (“Düşünən” və “Xatırlayan”) Odinə dünyada nə baş verdiyini danışır. Bu tanrının yalnız bir gözü var. O, ikincini oradan biliklər almaq üçün müdriklik mənbəyinin qoruyucusu div Mimirə vermişdir.

Müharibədə ölmüş qəhrəman ruhların yarısı döyüşçü qadınlar – Valkiriyalar tərəfindən Odinin zalı Valhallaya aparılır. Digər yarı isə tanrıça Freyaya xidmət etməyə göndərilir.

Valhalla

Odinin həyat yoldaşları Friqq və Erd (Yer) tanrıçaları olmuşdur. Onun böyük oğlu şimşəklər tanrısı Tordur.

Tanrıların ölümü – Raqnarok vaxtı Odin Lokinin oğlu əzazil qurd Fernir tərəfindən udulmuşdur.

Alman dilində Odini Votan adlandırmışdılar, qədim ingilis dilində isə Voden. Bu addan ingiliscə çərşənbə axşamının adı medana gəlmişdir – Wednesday. Hərfi mənada o, “Odin günü” deməkdir. Eyni məna müasir skandinav sözü Onsdag-a da aiddir.

Odin böyük bilikləri əldə etmək üçün Odin bir gözünü müqəddəs ağac İqqdrasilin yanındakı müdriklik mənbəyinə atmışdır. Belə bir ödənişi həmin mənbəni qoruyan div Mimir istəmişdir. Lakin ödənişi edəndən sonra Odin istədiyi biliyi ala bilməmişdir. Gözünü qurban verməsi belə az olmuşdur. Daha da müdrik olmaq üçün Odin İqqdrasilin başına dırmaşır və sinəsina sancdığı nizə ilə özünü ağaca bərkidir. Beləcə o, 9 gün əzablar içində asılı qalır, 9-cu gecədə ona böyük sirlər məlum olur. Ölülər diyarından oyanmış ölmüş div Beltron, Odinin anası Bestlanın atası Odini kainatın bütün sirlərini danışır və ona yazmağı və runaları oxumağı öyrədir. İlk runaları Odin həmin gecəni ağacın üzərində cızır və öz qanı ilə boyayır. Yazıdan istifadə etmək sənətini o, sonradan yalnız digər tanrılara deyil, həm də insanlara, qnomlara və divlərə öyrədir.

Odin müxtəlif qiyafətlərə girmək qabiliyyətinə malikdir. O, dünyanı gəzir və insanlara da görünə bilir; bunu da çox vaxtı göy rəngli plaşda və keçə papaqlı bir qoca qiyafəsində edir.

Tor – Şimşəklər tanrısı

Skandinaviya mifologiyasında kürən saçlı və saqqallı şimşək və ildırım tanrısı, Odinin Yer tanrıçası div Yorddan olan oğludur. Onun adı almanca “şimşək” sözündən əmələ gəlmişdir (müasir alman dilində – Donner, ingiliscə – thunder).

Şimal miflərində Tor özünün qeyri-adı gücü və Asqardı və Midqardı müxtəlif divlərdən qorumaq üçün iştirak etdiyi ilə çoxlu mübarizələri ilə məşhurdur.

O, tanrı Lokinin ondan kəsib aldığı saçların əvəzinə aldığı qızıl saçlı tanrıça Sif ilə evlidir. Sif ilə qızları Trud olmuşdur, sevgilisi div Yarnsaksadan isə iki oğlu Maqni və Modi dünyaya gəlmişdir. Torun ögey oğlu Sifin oğlu Ull sayılır. Tor və onun ailəsi 540 otaqlı Bilskirnir sarayında yaşayır.

Tor havada iki keçinin – Tanqniostr Tanqrisnirin daşıdığı nəhəng atlı arabada uçur. Bu keçiləri o hər gecə yemək hazırlamaq üçün öldürə bilər, lakin səhərə onlar yenidən dirilmiş halda olurlar.

Miölnir (Marvel komiks kainatının təsvirində)

Torun əsas atributu qnomlar tərəfindən hazırlanmış dəmir savaş çəkici Miölnirdir. Hədəfə atıldıqda bu çəkic həmişə sahibinə geri qayıdır. Tor ondan savaşlarında və və ildırım yaratmaq üçün istifadə edir. Miölnirdən əlavə Torun güclərini ikiqat artıran sehirli güc kəməri və dəmir əlcəkləri də vardır.

Raqnarok – tanrıların ölümü vaxtı Tor Lokinin oğlu nəhəng ilan Ermunqand ilə savaşmışdır. Tor bədheybətin başını kəsir, amma özü də Ermunqandın ağzından tökülən zəhər ilə boğulur.

Torun bədheybətlər ilə savaşı, rəssam M. E. Vinqe, XIX əsrin ikinci yarıısı 

Alman və ingilis dilində cümə axşamı Torun şərəfinə adlandırılmışdır (ing. thursday, almanca Donnerstag).

Mənbə: Скандинавская мифология – кратко

Redaktə etdi: Pəri Abbaslı

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin