Slavyanların kökəni və mədəniyyəti

Post date:

Author:

Category:

Ən qədim zamanlardan başlayaraq Mərkəzi və Şərqi Avropada – qədim almanlardan şərqə doğru slavyanlar yaşayırdılar. VI əsrdə onlar qərbdə Laba (Elba) çayından şərqdə Dnepr çayının ortalarınadək, şimalda Baltik dənizindən, cənubda Dunay çayı və Qara dənizə qədər çox geniş ərazini tuturdular.
Sonralar slavyan tayfaları üç qola ayrıldılar: qərb slavyanları, cənub slavyanları və şərq slavyanları.

Çexlər, polyaklar, slavaklar qərb slavyanlarıdır. Onlar Labadan şərqə doğru yaşayan Lababayn tayfaları və Bal-
tik dənizi sahilində yaşayan sahilboyu tayfalar idilər.

Bəzi slavyan tayfaları Balkan yarımadasının bir hissəsində məskən saldılar və burada cənub slavyan xalqları: bolqarlar, serblər, xorvatlar və başqaları formalaşdı.

Şərq slavyanları üç qardaş xalqın – rus, ukrayna və belorusların ulu babaları idilər.
Qədim slavyan məskənlərində qazıntı işləri aparan arxeoloqlar baltalar, oraqlar və dəzgahlar, tuncdan və
dəmirdən balıqtutan qarmaqlar, həmçinin xüsusi çalalarda – taxıl saxlanılan yerlərdə kömürləşmiş dən tapmışlar. Çoxlu miqdarda at, inək, donuz və qoyun sümüklərinə təsadüf edilmişdir. Çox yerdə gildən dizəldilmiş sobaların qalıqları, dulus çarxının köməyi ilə hazırlanmış qəşəng formalı qablar, tunc və gümüş, bəzək şeyləri aşkar olunmuşdur.
Slavyan dillərində əmək alətlərinin, müxtəlif məhsullar və heyvan adlarının uyğun olması alimlərin diqqətini çoxdan cəlb edirdi. Bütün slavyanlar taxılı «jito» adlandırırdılar ki, bu da «jit» – «yaşamaq» sözündəndir. Xış, dəryaz, oraq, toxa, öküz, qoyun sözləri müxtəlif slavyan adlarının hamısının dillərində oxşar  şəkildə səslənir. Deməli, bu sözlər çox qədimdə – slavyanların ümumi dili olanda meydana gəlmişdir. Slavyanlar öz təqvimlərində aylara kənd təsərrüfatı işlərinin növünə görə ad verirdilər. Məsələn, avqust – «serpen» (biçin ayı) – «serp» yəni, «oraq» sözündəndir, sentyabr – «vresen» (duman ayı) – «vreşşi», yəni, «taxıl döyümü» sözündəndir) adlanırdı.

IX əsrə qədər slavyanların yazısı olmamışdır. Lakin slavyanlar haqqında Şərqi Roma imperiyası tarixçilərinin əsərlərində çoxlu qiymətli məlumatlar qalmışdır. Məsələn, «Onların çoxlu cürbəcür mal-qarası və torpaqda yetişən məhsulları, xüsusilə darıları və buğdaları var».
Torpağın kimə məxsus olduğunu, ondan necə istifadə edildiyini alimlər «Əkinçilik qanunu»ndan öyrəndilər. «Əkinçilik qanunu» VIII əsrdə tərtib olunmuşdu. Bu, slavyanlar məskən saldıqdan sonra Şərqi Roma imperiyası ərazisində tətbiq olunan məhkəmə adətləri toplusu idi. Slavyanlar bu adətlər əsasında mübahisələri araşdırır, məhkəmə işlərinə baxırdılar.
Arxeoloji qazıntılar zamanı bəzi qəbirlərdən qızıl və gümüş bəzək şeyləri, qiymətli silah, bahalı qab-qacaq qırıqları tapılmışdır. Lakin qəbirlərin çoxundan ancaq sadə muncuqlar, ev əşyası, ox və nizə ucluqları aşkar edilmişdir.

Alman salnaməsinin müəllifi təsdiq edir ki, Baltik sahilində yaşayan slavyan tayfasında bütün işləri xalq yığıncağı-veçe («veşşat» yəni, «bilmək, söyləmək» sözündəndir) həll edirdi. Salnaməçi yazır: «Bütün bu
tayfaları ayrıca bir hökmdar idarə etmir. Onlar bir yerə toplaşıb öz ehtiyacları haqqında götür-qoy edir, nə etmək lazım olduğu barədə yekdilliklə razılığa gəlirlər».
VII əsrin sonunda Balkan dağlarından şimala doğru, Dunayın aşağı boyundakı torpaqlarda Bolqarıstan
çarlığı meydana gəldi. Bu dövlətin şimal qonşuları valaxlar və moldavanlar, cənub qonşusu isə Şərqi Roma imperiyası idi. IX əsrdə Bolqarıstan öz sərhədlərini genişləndirdi: bir zamanlar, hətta imperiyanın özü də bolqarla-
ra bac verməyə məcbur oldu. Lakin feodalizm quruluşunun inkişafı nəticəsində Bolqarıstanda feodalların

müstəqilliyi gücləndi, çar hakimiyyəti isə zəiflədi. Şərqi Roma imperiyası bundan istifadə edib IX əsrin əvvəlində
Bolqarıstan çarlığını işğal etdi.
IX əsrdə şərq slavyanlarının erkən feodal dövləti olan qüdrətli Kiyev Rus dövləti yarandı.
X əsrin əvvəlində Çexiya dövləti yarandı. Praqa ətrafında yaşayan çex tayfasının knyazları əyanların
köməyi ilə başqa tayfaları da öz hakimiyyətləri altında birləşdirdilər. Çexiya Müqəddəs Roma imperiyasının
tərkibinə daxil olmağa məcbur oldu. Lakin Çexiya knyazı ölkəni müstəqil idarə edirdi. Sonralar o, kral ləqəbi
qəbul etdi.
X əsrin ortalarına yaxın Polşa knyazı Meşko, Visla çayı boyunca yaşayan tayfaları özünə tabe etdi. O, öz
drujinası ilə birlikdə xristian dinini qəbul etdi. Polşa dövləti yarandı. Polşa tayfalarının birləşdirilməsi knyaz
Boleslavın hakimiyyəti illərində başa çatdı. Onun zamanında Polşa müqəddəs Roma imperiyasına qarşı uzun
sürən müharibələr aparmalı oldu. Polşa bu müharibədən qələbə ilə çıxdı və hətta öz sərhədlərini də genişləndirdi. Boleslav kral ləqəbi qəbul etdi.
VII-X əsrlərdə slavyanların erkən feodal dövlətləri yarandı, bu dövlətlər xarici düşmənlərin hücumlarını
uğurla dəf edirdilər.
Slavyanların qərb qonşuları Müqəddəs Roma imperiyası idi. X əsrdə alman feodalları şərqə hücum siyasəti
yeridirdilər. Baltik sahilində və Lava boyunda yaşayan slavyanlar hələ dağınıq tayfalar halında idilər. Onlar
mərdliklə müqavimət göstərsələr də, yadellilərin basqınını dəf edə bilmədilər. Alman feodalları onların torpaqlarında mülklər saldılar, qalalar və monastırlar tikdilər, slavyanların özlərini isə meşələrə və bataqlıqlara
sıxışdırdılar.

983-cü ildə slavyanlar üsyana qalxdılar və yenidən azadılq əldə etdilər. Bu 150 ilə qədər davam etdi. Alman feodalları Laba ilə Odra (Oder) arasındakı ərazini yalnız XII əsrdə tuta bildilər.

IX əsrin sonunda cənubi Ural dağlarının ətəyindən macar tayfaları Avropaya doğru hərəkətə başladılar.
Onlar orta Dunay boyunda məskən salıb slavakları özlərinə tabe etdilər. Qərbi Avropa ölkələrinə basqınlar edən
macar atlıları, hətta Parisə qədər gedib çıxdılar. Almaniya və Çexiyanın birləşmiş qüvvələri macarları darmadağın etdi. Çox çəkmədən macarların basqınları dayandı və onlar oturaq həyata keçdilər. X əsrin sonuna yaxın Macarıstan krallığı yarandı.
Böyük monastırlarda kitab emalatxanaları var idi. Bu emalatxanalarda rahiblər kitab üzü köçürürdülər.
Yazı üçün perqamentdən istifadə edirdilər. Perqament xüsusi olaraq yazı üçün emal edilib hazırlanmış dana və  oyun dərisinə deyilirdi. Əlyazısı halında olan kitab əsil incəsənət əsəri idi. Bir kitab üzərində uzun müddət çoxlu adam çalışırdı: bəziləri gözəl xətlə mətni yazır, başqaları baş hərflərə təmtəraqlı bəzək vurur, onların üzərinə bütöv rəsmlər həkk edir, digərləri başlıqlar üçün şəkillər və naxış yaradır, başqa bir qrup isə miniatür çəkirdi.
VIII-IX əsrlərdə qədim dövrün alim və yazıçılarının çoxlu əsərlərinin üzü köçürüldü. Bunun sayəsində
həmin əsərlər dövrümüzə qədər gəlib çatdı.
Kitablar az idi və çox baha idilər. Onları ancaq bəzi çox varlı adamlar əldə edə bilirdilər. Krallar və feodal əyanlar ən təntənəli hadisələr zamanı – müqavilələr bağlayarkən, uşaq doğularkən, toy münasibətilə bir-birinə kitab bağışlayırdılar.
Bir çox slavyan xalqları, xristian dinini Şərqi Roma imperiyasından qəbul etmişlər. Dini kitabları slavyan dilinə tərcümə etmək lazım idi. Bunun üçün əvvəlcə slavyan yazısı yaradılmalı idi.
İlk slavyan maarifçiləri alim-rahiblər Kiril və Mefodi oldular. IX əsrin ortalarında Kiril yunan əlifbası əsasında slavyan əlifbası düzəltdi. O, Mefodinin köməyi ilə yunan dilində olan dini kitabları slavyancaya tərcümə etdi.

Kiril və Mefodi Bizansdan qərb slavyanları arasında xristianlığı yaymaq üçün göndərilmişdilər. Sonralar
onların alman feodalları tərəfindən təqib olunan şagirdləri Bolqarıstanda məskən saldılar. Onlar çoxlu yunan
kitablarını slavyan dilinə çevirdilər. Slavyan yazısı Bolqarıstandan Qədim Rus dövləti ərazisinə də yayıldı.

Orta əsrlərdə insanlar, başlıca olaraq, Bibliyanı və «Müqəddəslərin tərcümeyi-hallarını» oxuyurdular.
Bunlarda isə kilsənin müqəddəs hesab etdiyi rahiblərin igidliklərindən və törətdikləri möcüzələrdən bəhs edilirdi. Rahiblərin özlərinin dünya nemətlərinə olan həvəslərini necə boğmaları, bədənlərini zəncirlə və ya kəndirlə sarıyaraq özlərinə necə əzab vermələri, özlərini qırmanlamaları təsvir olunurdu. Kilsə mömin adamları  müqəddəslər»ə oxşamağa çağırır, onların dözümlüyünü, etiqadlarında möhkəm olmalarını nümunə göstərirdi.
Monastırlarda salnamələr yaradılırdı. Həmin salnamələrdə bəşəriyyətin tarixi, adətən dünyanın xəlq olmasından başlayır, həyatda baş verən hadisələrin səbəbləri ilə «allahın iradəsi»lə izah olunurdu.

Məzlum binəsib xalq öz mədəniyyətini yaradırdı. Kəndlərdə və feodal qəsrlərində, yollarda və karvansaralarda köçəri həyat sürən artistlər – oyunbazlar (jonqlyorlar) çıxış edirdilər. Nə bir kənd toyu, nə də cəngavər yarışı onlarsız keçmirdi. Oyunbazlar musiqi sədaları altında qəhrəmanlıq nəğmələri oxuyar, hərbi yürüşlər və vuruşmalar haqqında dastanlar söyləyər, qəhrəmanların igidliklərini kəşf edərdilər. Onlar özləri ilə ayılar və meymunlar gəzdirər, fokuslar və akrobatik çıxışlar, kiçik səhnəciklər göstərərdilər.
Bəzən oyunbazlar kilsə xidmətçilərini və feodalları kinayə və məsxərəyə qoyurdular. Salnamələrdən birində deyilir ki, bir nəfər oyunbaz iki meymuna oyuncaq dəmir köynək – zireh geyindirib itlərə mindirmiş və cəngavər turnirini nümayiş etdirmişdi. Feodalların hərbi bu cür öldürücü surətdə ələ salınması sadə xalq kütləsi içərisində canlı razılıqla qarşılanmışdı.
Oyunbazların cəsarətli zarafatları və yumoru ağaların xoşuna gəlmirdi. Kilsə köçəri həyat sürən bu artistləri amansızcasına təqib edir, hər yerdən qovur, hətta onların xristian qəbiristanlığında basdırılmasını qadağan edirdi.
Xalq yaradıcılığında çox vaxt əməkçi xalqın feodal və kilsə zülmünə qarşı kəskin etirazı ifadə olunurdu

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...