Sorn Kyerkeqor – Mövcud olma və İroniya

Post date:

Author:

Category:

Sorn Kyerkeqor (Soren Kierkegaard, 1813-1855) Kopenhagendə, Napoleon müharibələrindən sonrakı depressiya zamanında anadan olmuşdur.
Onun atası Qərbi Yutlandiyanın yoxsul rayonundan idi. Buna baxmayaraq, o, iqtisadi böhran şəraitində öz işlərini heç də pis aparmayaraq, kifayət qədər zəngin paytaxt sahibkarı oldu. Kyerkeqor heç bir zaman maliyyə çətinlikləri hiss etməmişdi – özünün bütün qısa həyatını o, atasından qalma mirasın hesabına yaşamışdı. Lakin onun uşaqlıq
illəri mənəvi böhranlarla müşahidə olunurdu.

Atası hökmlü və melanxolik idi. Ailəni ölüm və bədbəxt hadisələr izləyirdi. Gənclik yaşında Kyerkeqor mənəvi əzab keçirmişdi və həssas şəxsiyyət kimi böyümüşdü.

Zahirən o, kifayət qədər sadə həyat sürmüşdü. Onun məşğuliyyətləri teologiyanı və fəlsəfəni əhatə edirdi. Teologiya üzrə o, 1840-cı ildə diplom almışdı, fəlsəfə üzrə isə bir il sonra ironiya anlayışı haqqında əsəri müdafiə edərək magistr dərəcəsini almışdır. Bu halda, onun diqqəti daimi olaraq Sokratda idi (Ot Begrebet Ironi).
O, gözəl, bir qədər ironik, bir qədər polemik izah üslubuna malik idi.
Kyerkeqor atmosferi Hegel fəlsəfənin spekulyativ ruhuna sarınmış Berlinə iki dəfə səfər etmişdi.

Onun həyatının dramatik hadisələri üçün məsul onun özü idi.
Bu, o cümlədən, onun öz nişanlısı Regina Olsen (Regine Olsen, 1823- 1905) ilə münasibətlərinə də aid idi. Lakin demək olar ki, elənişanlanmadan sonra o, onunla birgə həyatın qeyri-mümkünlüyü
barədə nəticəyə gəlmişdi. Nişanı ləğv etməkdən ötrü o, özünü öz nişanlısına olan münasibətdə bağışlanılmaz bir tərzdə aparmışdı.

Bunun ardınca gələn qalmaqal Kyerkeqora güclü təsir göstərmişdi. Nümayiş olunan kəskinlik onun 1854-cü ildə çap olunmuş polemik əsərləri, xüsusən də, yepiskop Münsterin (Mynster, 1854-ci ildə vəfat
etmişdir) ölümü ilə əlaqədar qeydləri üçün də səciyyəvidir. Münster onun atasının mənəvi ustadı idi, amma Kyerkeqor xristianlığın Danimarkada onun fikrinə görə, necə korlanmasına reaksiya verməyi özünə borc hesab edirdi. Kyerkeqor bu konflikt zamanı vəfat etdi.

Əsərləri

Kyerkeqor əsərlərinə özünün ironiiyası və polemikllikliyi ilə ədəbi forma verən əməksevər müəllif idi. O, çox vaxt
təxəllüslərə müraciət edərdi. Onun ən məşhur əsərləri arasında aşağıdakıları xatırlayaq: “Ya – ya da” (Enten-Eller), “Qorxu və titrəmə” (Frygt og Baeven), “Anlayışçılıq-ha” (Begrebet Angst), “Fəlsəfi qırıntılar” (Philosophiske Smuler), “Tamamlayıcı qeyri-elmi sözardı” (Afsluttende uvidenskabelig Efterskrift). Bütün bunlar 1843-
1846-cı illərdə yazılmışdı. Bunların ardınca isə “Ölümə aparan xəstəlik” (Sygdommen til Deden, 1849) və “Nöqteyi-nəzər” (Ojeblikket, 1855) gəlirdi. Onun əsərlərin toplusu 20 cilddən ibarətdir. Kyerkeqorun Gündəlikləri isə onun ölümündən dörddə bir əsr sonra işıq üzü gördü.

Bilavasitə və ekzistensial kommunikasiya

 

Kyerkeqor həm bir şəxsiyyət kimi, həm də bir müəllif kimiz iddiyyətlərlə dolu idi.
Hər şeydən öncə, biz günah və əzab hissləri ətrafında mərkəzləşmiş refleksiv yönümlü təfəkkürlə və utancaqlıqla individual azadlığa və avtonomiyaya tələbat arasında ziddiyyətləri nəzərdə tuturuq. Hər iki mövqeni Kyerkeqor öz tərbiyəsindən və ətrafından əxz etmişdir. Onlar həm protestant pietizm tərəfindən, həm də doğulmaqda olan burjuaziyanın inadkarlığı və onun öz hüquqlarını müdafiə etmək qabiliyyəti tərəfindən törənmişdir.

Bu ziddiyyətlər Kyerkeqorun Hegelə və Romantizmə münasibətinə də təsir göstərir. Ona xas olan müəyyən romantik cizgilər onun haqqında bohemanın estetlik edən nümayəndəsi kimi təsəvvürdə əks olunmuşdur. Amma onda gündəlik və konkret hadisələrin pozitiv aspektinin onun tərəfindən vurğulanması ilə bağlı olan antiromantik xüsusiyyətlər də vardı.

Bəzən o, alman idealistlərinin terminologiyasını yada salan sözlərdən və ifadələrdən də istifadə edir (“subyektiv olan” və “obyektiv olan”, “fərdi” və “universal” və i.a. ). Lakin o, öz tənqidi ironiyasını Hegelin və spekulyativ fəlsəfənin əleyhinə istiqamətləndirir.
Pietizm və avtonomiya, idealizm və romantizm arasında birbiri ilə çuğlaşan ziddiyyətlər Kyerkeqoru yeni orijinal ekzistensial perspektivin işlənib hazırlanmasına doğru aparır.

 O, bizim insani mövcudluğumuzun açılıb göstərilməsinin və analizinin ehtiraslı tərəfdarı kimi çıxış edir. (müasir fəlsəfədə Kyerkeqor ekzistensializmin banisi kimi nəzərdən keçirilir). Amma insani mövcud olma nədir və ona aid olan nəyi Kyerkeqor vacib hesab edir?

Əlbəttə ki, bu suallara cavab vermək o qədər də sadə deyildir. Əvvəla, Kyerkeqor çox vaxt Con Klimakus (John/Johannes Climacus – VI əsrdə yaşamış mistikin adı, o, ruhun səmaya doğru yüksəlişində otuz pilləni təsvir etmişdir; yunanca, climax – pilləkən) və Konstantin Konstansi (arzu olunan və əl çatan daimiliyin obrazı)
kimi təxəllüslərdən istifadə etmişdir. Bu, o deməkdirmi ki, Kyerkeqor özü tərəfindən yazılanların arxasında durmur?

İkincisi, onun əsərləri ironik və ədəbi üslubla yazılmışdır. O, ənənəvi fəlsəfi prozaya nadir hallarda müraciət edir, o ənənəvi fəlsəfi prozaya ki, onun xüsusiyyəti bu və ya digər mülahizələri müzakirə üçün təqdim etməkdir. Deməli, Kyerkeqorun həqiqətən də, nə demək istəyinə əmin olmaq çətindir, hətta əgər o, təxəllüs altında yazılan
əsərin sadəcə olaraq “naşiri” deyil, “qanuni” müəllifi hesab edilsə belə.

Üçüncüsü, kifayət qədər aydın deyildir ki, Kyerkeqor bu və digər mövqeləri dəstəkləyirdimi və ya onlar onun yaradıcı həyatı boyu dəyişilmişlər. O, yepiskop Münsterə və Danimarka din xadimlərinə sonrakı polemik hücumlar zamanı olduğuna nisbətən öz ilk əsərlərində konkret həyati problemlərə daha pozitiv münasibət göstərmişdirmi?
Kyerkeqorun yaradıcılığının tədqiqatçıları üçün açıq qalan sualların bəziləri bunlardır:

Buna görə də, Kyerkeqorun fəlsəfəsinin bir çox müxtəlif şərhlərinin mövcudluğu təəccüblü deyildir. Hətta onun sözün adi mənasında fəlsəfə ilə məşğul olub-olmaması haqqında da məsələ
qoyulur.

Bir çox şərhlərin verilə bilinməsinin mümkünlüyü Kyerkeqorun planlarına müəyyən mənada daxil idi, məsələn, onun aşağıdakı sözlərinə nəzər salaq:

“Təxəllüs altında yazılmış bu kitablarda mənim bircə sözüm də yoxdur. Mənim onlar barədə heç bir mövqeyim, heç bir fikrim yoxdur, yalnız şahid mövqeyindən, şahid fikrindən başqa.
Mənim onların mənası barədə oxucu biliyindən başqa bir biliyim yoxdur. Mənim onlara heç bir aidiyyatım yoxdur”.

Kyerkeqor tərəfindən təxəllüslərdən və ədəbi bədii üsullardan istifadə olunması onun çatdırmağa çalışdığının həqiqi çətinliklərindən irəli gəlmişdir. O, nəyinsə haqqında olan, başqaları tərəfindən oxuna bilən və öyrənilə bilən müddəalar verməyə səy etmir. O, insan olaraq mövcud olmağın nə demək olduğunu ekzistensial dərk olunmasına
yardım etməyə çalışır. Bu, aktiv qoşulmanı (özü üzərində refleksiyaya), özünü dərindən (intensional olaraq) mənalandırma aktlarının həyata keçirilməsini tələb edir. Oxucu bir tərəfdən necə deyərlər, təhrik edilməli və şirnikləndirilməlidir. Digər tərəfdən o, özü ilə məşğul olmaq üçün və özüinkişaf üçün elə bir yolla azad
edilməlidir ki, burada o, görmənin və mövcudluğun daha “özürefleksiv” və daha səmimi üsuluna qabildir.

Adi və ya elmi prozada biz “bilavasitə kommunikasiyaya” qane ola bilərik. O, məsələn, biz “orta Avropa vaxtı ilə indi on iki otuz olduğunu” və ya “fırtınanın cənub-şərqə doğru hərəkət etdiyini” dediyimiz zaman yer alır. Amma birbaşa kommunikasiyanın bu növü Kyerkeqorun nəzərdə tutduğunu ifadə etmək üçün adekvat deyildir.
Burada ifadənin başqa, daha poetik formaları zəruridir. Burada məqsəd yalnız onda deyildir ki, məlumatda nəyinsə barəsində mülahizələr verilsin, məqsəd burada ondan ibarətdir ki, bütövlükdə müəllif mövqeyinin və “ruhun durumunun” verilməsi üçün səy edilsin.

Ruhun durumu onun işlərin vəziyyətini başa düşdüyü mövqedən verilməlidir. Buna görə də, o zaman ki, məsələ insani mövcudluğa toxunur, onda kommunikasiyanın həqiqi mövzusu şəxsiyyətin müxtəlif vəziyyətlərinə münasibətdir! Bu münasibətin nə olduğunu anlamağın mümkün olması üçün onun belə bir üsulla verilməsi
ifadənin dünyada işlərin obyektiv vəziyyəti haqqında informasiya vermə ilə müqayisədə digər xüsusi formalarını tələb edir. Belə bir məlumatın verilməsini arzu edən kəs ədəbi istedada malik olmalıdır və özünə və başqalarına refleksiv münasibət göstərməlidir. Elə buna görə də, Kyerkeqor “ikiqat refleksiv kommunikasiya” barədə danışır.

Buna uyğun olaraq, belə bir kommunikasiya aktı zamanı veriləni mənimsəmək üçün resipiyentə şəxsi spesifik səy göstərmək zəruridir. Əgər resipiyent məlumatı elə bir qaydada başa düşür və mənimsəyir ki, bu, onun dünyaya olan münasibətini dəyişdirir, onda bu, hərtərəfli formativ prosesə – bütün həyatın boyu reallaşdırılan insan kimi yaşamaq formativ təyinatının bir hissəsinə çevrilir. O da, həmçinin, prinsipial olaraq vacibdir ki, oxucu (resipiyent) mətnə (məlumata) öz şəxsi münasibətini seçməkdə azad olsun.

Söhbət o mətnlərdən gedir ki, onlar oxucunu elmi arqumentlər kimi məcbur edə bilmirlər. Onların müəllifi oxucunu mətnin köməyi ilə məcbur etməyə səy etməməlidir, vacib olan odur ki, oxucunun özü şəxsi məsuliyyəti
öz üzərinə götürərək mətnə öz məxsusi münasibətini seçə bilsin. Bu, həm işə ehtiraslı girişməni və refleksiv distansiyanı bərabər ölçüdə tələb edir. Onlar bir yerdə götürüldükdə əzabverici gərginlik törədirlər.

Kyerkeqor heç bir halda yalnız qeyri-reflekiv, burada və indi baş verən bilavasitə yaşantıları qəbul edən və tanıyan vülqar ekzistensialist deyildir. O, həmçinin də, dünyadan ayrı düşmüş nəzəri refleksiyanın da tərəfdarı deyildir. İroniya ilə sarınmış ehtiras və yaxınlaşma olmadan iştirak sözləri görünür ki, onun yaradıcılığını ən yaxşı bir tərzdə səciyyələndirir. Amma oxşar sözlərdən istifadə edərək, biz Kyerkeqora xəyanət etməyə başlayırıq! Axı biz onun
fikirlərini sadə və bilavasitə mülahizələrin köməyi ilə təqdim edirik.

Beləliklə, propozisional mülahizələrin köməyi ilə biz artıq Kyerkeqorun təyinatını və onun tərəfindən seçilən ifadə formalarını öyrənməyə və izah etməyə başlamışıq. Onun məqsədi – ekzistensial özünüdərkin (self-insight) ötürülməsi və dəqiqləşdirilməsidir, bunun üçün vasitə isə – ritorikadan və ironiyadan istifadə etmədir. Elə buna görə də, (özürefleksiya və ritorika çərçivələri daxilində) bizim Kyerkeqoru başa düşməyimizlə bağlı məsələ yaranır.

Bu, belədirmi, yoxsa biz yalnız belə deyirik? Bu vaxta qədər Kyerkeqor “gizli biliklə” məşğul olan (Aristoteldən Haydeggerə kimi) və mühakimələrin köməyi ilə müzakirə predmeti ola bilməyəni “göstərməyə” səy edən (Sokrata və Vitgenşteynə uyğun olaraq) fəlsəfi ənənənin bir hissəsidir. Bu zaman biz Kyerkeqorun “ikili refleksiyasından” və ironik distansiya saxlamasından istifadə etməyə səy etməliyik. Bəlkə də, Kyerkeqordan ümumiyyətlə, yalnız sitat gətirmək daha yaxşı olardı ki, o, özü öz ideyalarını ona xas olan üsulla izah edə biləydi.

Mənbə: Qunnar Skirbekk Nils Gilye – Fəlsəfə Tarixi

STAY CONNECTED

20,128FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...